Bizim Dijital Matbaa 160x244 Şablon



Yüklə 3,2 Mb.
səhifə12/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   8   9   10   11   12   13   14   15   ...   97
Alimler EN SON tamversiya GUNEL

Aslanov Əfqan

Əkbər oğlu

(1959)

1959-cu il aprelin 18-də Ağcabədi rayonunun Taynaq kəndində anadan olmuşdur. O, 1965-ci ildə Taynaq kənd orta məktəbinin birinci sinfinə getmiş, orta təhsilini başa vurduqdan sonra indiki Gəncə Dövlət Universitetinin riyaziyyat ixtisasına qəbul olmuş və 1978-ci ildə yüksək qiymətlərlə bitirmişdir. Əfqan Aslanov 1987-ci ildə AMEA-nın Riyaziyyat İnstitutunda funksional analiz ixisası üzrə namizədlik dissertasiyası müdafiə edərək Riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır.

Əfqan Aslanov 1989-1993-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, 1993-1995-ci illərdə baş müəl-lim işləmişdir. Həmçinin 1992-2001-ci illərdə Xəzər Universi-tetində dosent, sonra professor vəzifələrini tutmuşdur. O, 2009-cu ildə Türkiyə Cümhuriyyətində dosent elmi adını almışdır. 2014-cu ildə Beykent Universitetində professor vəzifəsinə təyin olmuşdur. Hal-hazırda Bilgi Universitetinin riyaziyyat bölü-mündə çalışır.

Əfqan Aslanovun əsas tədqiqat sahəsi kimi riyazi və funk-sional analiz, adi diferensial tənliklər, çoxparametrli spektral nəzəriyyə və s. göstərmək olar. O, qeyd etdiyimiz sahələr üzrə müxtəlif elmi əsərlər yazmışdır. Onlardan 20-dən çoxu Beynəl-xalq jurnallarda dərc olunmuşdur. Əfqan Aslanovun 15-dən ar-tıq beynəlxalq konfrans materiallarında da əsərlərinə rast gəl-mək olar.

Ə .Aslanov dünya şöhrətli riyaziyyatçıdır və Amerika Tət-biqi və Hesablama riyaziyyatı jurnalının redaksiya heyətinin üz-vüdür.


Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə