Bizim Dijital Matbaa 160x244 Şablon



Yüklə 3,2 Mb.
səhifə8/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   4   5   6   7   8   9   10   11   ...   97
Alimler EN SON tamversiya GUNEL

A xundzadə Məhəmməd

Yusif Hacı Ələsgər oğlu

(1909-1985)

1909-cu ildə Gəncəbasarda-Şəmkir bölgəsində, Dəllər-Cırdahan kəndində, Mollalılar ocağında ruhani ailəsində göz aç-mışdır. İbtidai təhsilini atası Axund Hacı Ələsgərdən, böyük qardaşı Axund Məhəmməd Sadiqdən almış. Sonra Şəmkirdə yeddillik məktəbdə oxumuşdur. 1926-cı ildə Gəncə Pedaqoji Texnikumunu bitirmişdir. Şəmkirdə alman kalonunda və Gədə-bəy bölgəsinin Xarxar kəndində bir il müəllim işləmişdir.

1928-ci ildə Azərbaycan Sənaye İnstitutunun Maşınqa-yırma fakultəsinə daxil olmuş, 1933-cü ildə institutu bitirmişdir və həmin institutda müəllim kimi əmək fəaliyyətinə başlamış-dır. 1933-1938-ci illərdə institutun “Materiallar müqaviməti və tikinti texnikası” kafedrasında müəllim işləmişdir. Qısa müd-dətdə onun işgüzarlığı, dərin zəkası, istedadı, mükəmməl elmi-pedaqoji fəaliyyəti hamının diqqətini cəlb etmişdir. M.Axund-zadə Azərbaycan Sənaye İnstitutunda mühəndis qrafiki, materi-allar müqaviməti, nəzəri mexanika və riyaziyyatdan mühazirə-lər oxumuş, seminarlar aparmışdır. Onun əsas elmi araşdırma-ları örtüklər nəzəriyyəsi, zəlzələlərin səbəbləri, tarixi abidələrin örtüklərinin riyazi tənliklərinin verilməsi ilə bağlı olmuşdur. 1937-ci ildə atası Axund Hacı Ələsgər, qardaşı Axund Məhəm-məd Sadiq həbs edilərək "vətən xaini" damğası ilə güllələn-mişdir. Az sonra saxta ittihamlarla M.Axundzadə də həbs edil-miş və Uzaq Şimalda bir neçə il sürgünlük həyatı yaşamışdır.

1947-ci ildə həbsdən vaxtından əvvəl azad olunduqdan sonra M.Axundzadə sürgünlükdə yazıb başa çatdırdığı disser-tasiya işini ixtisaslaşmış şurada müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsini almışdır.

M.Axundzadə 1947-ci ildən müəllimlik fəaliyyətini Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Ali riyaziyyat və materiallar müqaviməti” kafedrasında davam etdirmişdir.

M.Axundzadə 1956-cı ildə Sank-Peterburqda (Leninqrad) "Az qabarıqlı silindrik örtüklərin hesabatının yeni metodikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1957-ci ildə professor elmi adını almışdır. Örtüklər nəzəriyyəsi sahəsin-də dünyada tanınmış alimlər V.Z.Vlasov, M.Y.Musxelişvili, Y.N.Bekua, X.M.Muştan, Z.Y.Xəlilov və başqaları M.Axund-zadənin elmi işinə yüksək qiymət vermişlər. Alimin tədqiqat əsərləri bütün dövrlərdə aktual olmuşdur. O, yüksək mühən-dislik, riyazi qabiliyyəti sayəsində örtüklərin tənliklərini müəy-yən edərək onların həllini dord tərtibli xüsusi törəməli diferen-sial tənliklərin həllinə gətirmiş və təqribi həlləri üçün üsullar vermişdir. Alimin elmdə ən böyük xidməti isə fəzada uçan obyektlərin trayektoriyasını funksiyalar nəzəriyyəsinin köməyi ilə verən akademik M.V.Keldişin, bu məsələləri sinqulyar operatorlar və sinqulyar inteqral tənliklər vasitəsilə araşdıran akademik N.Y.Musxelişvilinin işləyib hazırladıqları nəzəriy-yələrin praktiki olaraq reallaşmasına təkan vermişdir.

M.Axundzadə çox qısa müddətdə "Ali riyaziyyat və materiallar müqaviməti" kafedrasını təşkil etmiş, istedadlı gənc-ləri ətrafına toplamış, riyaziyyat, mühəndislik qrafiki, örtüklər nəzəriyyəsi sahəsində böyük uğurlar qazanaraq, güclü məktəb yaratmışdır. Bu məktəb SSRİ-də 7 məktəbdən biri hesab olu-nurdu.

M.Axundzadə elm fədaisi olmaqla yanaşı, həm də gözəl pedaqoq olmuşdur. Uzun illər Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda, riyaziyyat, materiallar müqaviməti, nəzəri mexani-ka və s. fənlərindən mühazirələr oxumuşdur. Onun Azərbaycan gənclərinin elmlərə marağının artmasında böyük xidməti ol-muşdur.

O, bilik və bacarığını dilindən və dinindən asılı olmayaraq heç kəsdən əsirgəməmişdir. Xüsusilə Şimali Qafqaz və Orta Asiya respublikalarından olan aspirant, dissertant və doktorant-ların elmi işlərinə köməklik etmiş, həvəslə onların opponenti olmuşdur. M.Axundzadə Bakı, Tiflis, Kazan, Almaata, Kiyev, Novosibirsk şəhərlərində keçirilmiş konfranslarda və semi-narlarda maraqlı məruzələrlə çıxış etmişdir.

1970-ci ildə SSRİ EA-nın tapşırığı ilə hazırlanan və çap olunan dörd cildlik "Vətən riyaziyyatının tarixi" toplusunda 1917-1960-cı ilə qədər dövrü əhatə edən hissədə "Örtüklər nəzəriyyəsi"nin nəhəngləri ilə yanaşı M.Axundzadənin elmi işlərinin istiqamətləri və tərcümeyi-halı haqqında məlumat verilmişdir.

Professor M.Axundzadə SSRİ EA-nın keçirdiyi Beynəl-xalq konfranslarda və qurultaylarda daim iştirak etmiş və elmi məruzəçi olmuşdur. Professor M.Axundzadənin minlərlə tələ-bəsi, rəhbərlik etdiyi dissertantlar, doktorantlar dünyanın müx-təlif ölkələrində çalışırlar. O, işlədiyi dövrdə 3 elmlər doktoru, 22 elmlər namizədi hazırlamış, onlarla gənc alimin rəsmi oppo-nenti olmuşdur.

Professor M.Axundzadə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun, Azərbaycan Politexnik İnstitutunun (indiki ATU) Elmi Şurasının üzvü, Azərbaycan EA-nın Riyaziyyat və Mexa-nika, Gürcüstan Politexnik, Gürcüstan EA-nın Razmadze adına Riyaziyyat və Mexanika İnstitutunun ixtisaslaşmış müdafiə şu-rasının üzvü, SSRİ dövründə AAK-nın eksperti, müxtəlif elmi jurnalların redaksiya heyətinin üzvü olmuşdur.

Alim çoxlu sayda elmi əsərlərin, dərsliklərin, dərs vəsaitlərinin, sanballı monoqrafiyaların müəllifidir.

Professor M.Axundzadə şərəfli bir ömür yaşamışdır. Bütün həyatını dünyada texniki və riyaziyyat elmlərinin inki-şafına həsr etmişdir. O, elm aləmində qibtə ediləcək dərəcədə müvəffəqiyyətlər qazanan görkəmli alim idi.

Professor M.Axundzadə 1985-ci ildə 76 yaşında Gəncə şəhərində vəfat etmişdir.
Allahverdiyev Cəlal


Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə