Bizim Dijital Matbaa 160x244 Şablon



Yüklə 3,2 Mb.
səhifə5/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   2   3   4   5   6   7   8   9   ...   97
Alimler EN SON tamversiya GUNEL

Əbdülrəhman oğlu

(1905-1987)

1905-ci ildə Şuşa şəhərində sənətkar ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini Bakıda rus-tatar məktəbində al-mışdır. Əmək fəaliyyətinə 1920-ci ildə başlamışdır. Çox keçmir ki, B.Ağayev Şuşa darülmüəlliminə daxil olur və məktəbi 1925-ci ildə bitirir. O, məktəbi bitirdikdən sonra Cəbrayıl qəzasının (indiki Füzuli) Qaryagin rayonunun Çvarlı kəndindəki ibtidai məktəbdə işləyir. B.Ağayevin işgüzarlığını və bacarığını görən maarif orqanları onu rayondakı ikidərəcəli məktəbə köçürürlər. Onun orta pedaqoji təhsili olmasına baxmayaraq, o, məktəbdə riyaziyyat və fizika fənlərini yetərincə tədris edir.

B.Ağayevdə riyaziyyat fənninə həvəs birdən-birə yaran-mamışdır. Onda riyaziyyat fənninə maraq və həvəsin oyan-masında sevimli müəllimlərin böyük rolu olmuşdur. Riyaziy-yata dair oxuduğu kitablar B.Ağayevin müəllimlik sənətinə, xüsusilə riyaziyyat müəllimi olmağa gündən-günə həvəsi artır. Ona görə də yüksək ixtisaslı kadrlar hazırlamaq üçün səylə ça-lışmağa başlayır. O, əvvəlcə V.İ.Lenin adına Azərbaycan Peda-qoji İnstitutunda, sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində pedaqoji fəaliyyətini davam etdirir.

B.Ağayevin 40 ildən artıq bir dövrü əhatə edən elmi-pedaqoji fəaliyyətində Riyaziyyatın tədrisi metodikası əsas yer tutur. B.Ağayev ayrı-ayrı illərdə V.İ.Lenin adına APİ və ADU-nun riyaziyyat fakultəsində Riyaziyyatın tədrisi metodikası, Riyaziyyat tarixi, Nəzəri hesab, Ali cəbr, Həndəsə fənlərindən müxtəlif ixtisas qrupları üzrə mühazirələr oxumuş və praktik məşğələlər aparmışdır. O, 1935-1936- cı illərdə Elmi-Tədqiqat Pedaqogika İnstitutunun elmi işçisi, 1938-1941-ci illərdə V.İ.Lenin adına APİ-nin Fizika-riyaziyyat fakultəsinin dekanı, 1944-1946 və 1949-1951-ci illərdə institut direktorunun müa-vini, 1951-1954-cü illərdə həmin institutun direktoru vəzifələ-rində çalışmışdır.

B.Ağayev orta məktəb şagirdləri, ali məktəb tələbələri və müəllimləri üçün qiymətli kitablar yazmışdır. Məsələn: onun ali məktəb tələbələri və müəllimləri üçün yazdığı “Riyaziyyat təd-risinin ümumi metodikası” kitabı ən samballı əsərlərdən biri he-sab edilir. Bu kitab 1951-ci ildən nəşr edilmiş, sonralar yenidən işlənərək daha da təkmilləşdirilmiş, ikinci dəfə nəşr olunmuş-dur.

B.Ağayev başqa müəlliflərlə birlikdə yazdıqları iki cildli "Riyaziyyat məsələləri" kitabları dəfələrlə çap edilmişdir.

B.Ağayevin böyük həcmli əsərlərindən biri, onun dok-torluq dissertasiyasının əsasını təşkil edən "Sovet Azərbayca-nında riyaziyyat tədrisinin tarixi" adlı monoqrafiyasıdır. O, "Səkkizillik məktəbdə riyaziyyatın tədrisi metodikası" kitabının əsas müəlliflərindən biridir. Onun 60-a yaxın elmi məqaləsi çap olunmuşdur. Bir sıra dərsliklərin və dərs vəsaitlərinin tərcümə-çisi elmi redaktoru olmuşdur. B.Ağayevin təşəbbüsü ilə ilk dəfə 1946-cı ildə V.İ.Lenin adına APİ-də "Riyaziyyat tədrisi metodikası" kafedrası təşkil edilmiş və o, 1950-ci ilə qədər hə-min kafedranın müdiri işləmişdir. O, respublikamızda yaranmış işgüzar metodistlər məktəbinin banisi hesab edilir. Tanınmış metodistlərdən elə biri tapılmaz ki, onun forma-laşmasında Bəylər müəllimin xidməti olmasın. B.Ağayevin elmi-pedaqoji fəaliyyəti təkcə respublikamızda deyil, hətta ondan kənarda da yüksək qiymətləndirilir. O, tez-tez Moskvada, Özbəkistanda, Qırğızıstanda və digər yerlərdə təqdir olunur.

Onun məktəb riyaziyyatının inkişafında, istedadlı gənc riyyaziyatçıların yetişdirilməsində rolu az olmamışdır.

B.Ağayev 15 ildən artıq məktəblilərin respublika riyaziy-yat olimpiadasının təşkilat komitəsinin üzvü olmuş, münsiflər heyətinə sədrlik etmişdir. Xidmətlərinə görə B.Ağayev respub-likanın “Əməkdar müəllim”i adına layiq görülmüşdür. B.Ağa-yev 1987-ci ildə Bakı şəhərində vəfat etmişdir.




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə