Bizim Dijital Matbaa 160x244 Şablon



Yüklə 3,2 Mb.
səhifə6/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   2   3   4   5   6   7   8   9   ...   97
Alimler EN SON tamversiya GUNEL

Ağayev Həşim

Niyaz oğlu

(1916-1988)


1916-cı il sentyabr ayının 12-də Azərbaycanın cənubunda Lənkəran şəhərində fəhlə ailəsində anadan olmuşdur. Həşim Ağayev 3 saylı şəhər orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1936-cı ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universi-tetinin (indiki BDU) Fizika-riyaziyyat fakültəsinə qəbul olunur. 1941-ci ildə universiteti bitirdikdən sonra, Bakı şəhərinin Maş-tağa rayonunun 129 saylı tam orta məktəbin direktoru vəzifə-sinə təyin olunur. 1943-cü ilin mart ayından SSR-nin EA-nın Azərbaycan filialının fizika sektorunda ”Riyaziyyat” şöbəsində kiçik elmi işçi vəzifəsində çalışırdır. 1944-1947-ci illər ərzində həmin şöbənin aspirantı olmuşdur. O, 1947-ci ildə aspiranturanı bitirdikdən sonra namizədlik dissertasiyasını müdafiə etmişdir.

H.Ağayev 1948-1953-cü illərdə Azərbaycan SSR-nin EA-nın Fizika və Riyaziyyat İnstitutunun ”Riyaziyyat” şöbəsində baş elmi işçi vəzifəsində çalışmış, 1948-1950-ci illərdə isə Pe-daqoji İnstitutun Qiyabi şöbəsində ”Cəbr” kafedrasına rəhbərlik etmişdir. 1953-1954-cü illərdə Bolqarıstana ezam olunmuş və orada Sofiya Universitetinin ”Riyazi analiz” kafedrasına rəhbər-lik etmişdir. Həmin dövrdə onun tərəfindən universitetin türk şöbəsi üçün riyazi terminlərin lüğəti tərtib edilmişdir. Eza-miyyətdən qayıdandan sonra, 1954-cü ildə Azərbaycan SSR-nin EA-nın Rəyasət heyəti (Prezidiumu) tərəfindən Həşim Ağayev ”Riyaziyyat” şöbəsinin rəhbəri, 1957-1959-cu illərdə Fizika və Riyaziyyat İnstitutunun elmi hissə üzrə direktor müavini vəzifə-sinə təyin olunmuşdur. 1959-cu ilin may ayında Riyaziyyat və Mexanika İnstitutunun yaradılmasından sonra H.Ağayev həmin İnstitutun elmi hissə üzrə direktor müavini vəzifəsinə təyin olu-nur və 1963-cü ilədək bu vəzifədə çalışır. 1964-cü ilin sentyabr ayından 1967-ci ilin fevral ayınadək Azərbaycan SSR-nin EA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktor vəzifəsini icra edir və eyni zamanda, İnstitutun ”Diferensial tənliklər” şöbəsinə rəhbərlik edirdi. 1970-1981-ci illərdə H.Ağayev V.İ.Lenin adı-na Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutun (indiki ADPU) rektoru olmuşdur. Bu dövrdə onun tə-rəfindən Ali məktəblərdə bir sıra təlim-tərbiyyə islahatları keçi-rilmişdir. SSR-i Nazirlər Şurası yanında Ali Attestasiya Komis-siyasının qərarı ilə 1972-ci il may ayın 19-da Həşim Ağayev professor elmi adına layiq görülür. H.N.Ağayevin qeyri-xətti operator tənliklərinin tədqiqinə həsr olunmuş silsilə işləri onun doktorluq dissertasiyasının əsasını təşkil edir. O, 1977-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizi-ka-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alır.

H.Ağayevin Funksional analiz, Xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsi, Funksiyalar nəzəriyyəsi və topologiyanın bir çox sahələrinə böyük elmi marağı olmuş və bu sahələrdə apardığı tədqiqatlar mühüm nəticələr vermişdir. H.Ağayevin elmi işləri əsasən kvazi-xətti tənliklər və müxtəlif tipli xüsusi törəməli tənliklər sistemi, qeyri-xətti operator və diferensial-operatorlu tənliklər, ortoqonal funksiyalar sistemi nəzəriyyəsi kimi riyaziyyatın aktual məsələlərinə həsr olunmuşdur. Bir çox görkəmli mütəxəssislərin rəylərinə görə, H.Ağayevin işləri riya-ziyyatın bir çox həssas və çətin məsələlərinin həllində əhəmiy-yətli irəliləyişlərə səbəb olmuşdur. H.N.Ağayevin dərc olunmuş son məqalələrində kəsilən əmsallı yüksək tərtibli kvazixətti, el-liptik və parabolik tipli tənliklər üçün sərhəd məsələlərin həllinin təyin edilməsində (qurulmasında) Zere-Şauder prinsi-pinin tətbiq edilməsinə dair bir sıra mühüm nəticələr vardır. H.N.Ağayevin Ümumittifaq və Beynəlxalq konfranslarında dəfələrlə olan çıxışları, məqalələrinin bir çox sovet və xarici elmi jurnallarında çap olunması onun alimlər arasında nüfuzu-nun artmasına imkan yaratmışdır. H.N.Ağayevin elmin fəlsəfi, tarixi və metodoloji məsələlərinə və həmçinin, onun dünyada geniş yayılmasına böyük əhəmiyyət verirdi. Onun bir sıra mə-qalə, broşür və kitabları bu məsələlərə həsr olunub. Onların arasından ”Həqiqi ədədlər və limitlər” adlı kitabı və ”Riyazi təkliflər (hökmlər) və isbatlar” adlı broşüru qeyd etmək olar. Onun rəhbərliyi altında uzun illər ərzində Riyaziyyat və Me-xanika İnstitutunda müvəffəqiyyətlə təbiətşunaslığın (təbiət elmlərinin) fəlsəfi məsələlərinə həsr olunmuş seminar keçi-rilmişdir. 1944-cü ildən başlayaraq ömrünün sonuna qədər H.N.Ağayev respublikanın Ali məktəblərində durmadan peda-qoji fəaliyyət ilə məşğul olmuş, ixtisas və ümumi kurslarda mü-hazirələr oxumuş, ixtisas seminarları keçirmiş, diplom işlərinə və aspirantlara rəhbərlik etmişdir. Respublikanın Ali məktəblə-rində apardığı daimi əməkdaşlıq ona dərin düşünən, ciddi mü-hazirəçi adını qazandırmışdır. Həşim Ağayev Respublikada ali təhsil sahəsində görkəmli elm xadimi olmuşdur. Onun elmi rəh-bərliyi altında 15-dən çox namizədlik dissertasiyası müdafiə olunmuşdur. Onun tərəfindən 100-dən çox elmi məqalə, dərslik, broşür, dərs vəsaitləri dərc edilmişdir.

H.N.Ağayev 2 iyul 1988-ci ildə 72 yaşında Bakı şəhərində vəfat etmişdir.Onun əziz xatirəsi onu sevənlər tərəfindən həmi-şə yad edilir.





Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə