Bizim Dijital Matbaa 160x244 Şablon


Eyvaz oğlu (1929-2017)



Yüklə 3,2 Mb.
səhifə9/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   5   6   7   8   9   10   11   12   ...   97
Alimler EN SON tamversiya GUNEL

Eyvaz oğlu

(1929-2017)

1929-cu il sentyabrın 17-də Şuşa şəhərində anadan olmuş-dur. O,1945-ci ildə Bakı şəhərində 1 saylı orta məktəbi bitirmiş, lakin Şuşada oxuduğu illər üçün qiymət cədvəli olmadığından attestatını ala bilməmişdir.

1946-cı ildə Şuşa şəhərində məktəbi "əla" qiymətlərlə bi-tirmiş və qızıl medala təqdim edilmişdir. Lakin Maarif Nazir-liyində riyaziyyat fənnindən "əla" qiymətini, "yaxşı" ilə əvəz edərək gümüş medal vermişlər.

Cəlal Allahverdiyev 1951-ci ildə Azərbaycan Dövlət Uni-versitetini (indiki BDU-nu) bitirmişdir. Sonra Moskva Dövlət Universitetinin aspirantı olmuş, 1957-ci ildə Mstislav Keldışın rəhbərliyi ilə "Öz-özünə qoşma olmayan tənliklərin bəzi sinif-lərinin məxsusi və birləşmiş funksiyalar sisteminin tamlığı haqqında" mövzusunda namizədlik, 1968-ci ildə SSRİ EA Tət-biqi Riyaziyyat İnstitutunda "Spektral parametrdən rasional ası-lı öz-özünə qoşma olmayan operatorların məxsusi qiymətləri və məxsusi elementləri haqqında" mövzusunda doktorluq disser-tasiyasını müdafiə etmişdir. SSRİ AAK tərəfindən ona 1969-cu ildə professor elmi adı verilmişdir.

Onun əsas elmi nəticəsi Allahverdiyev teoremi adı altında bir çox kitablara, o cümlədən funksional analiz dərsliklərinə sa-lınmışdır.

Cəlal Allahverdiyevin Milli Aviasiya Akademiyasının el-mi məqalələr jurnalında tələbələri ilə birgə dərc edilmiş bir sıra əsərlərində kompyuterlərin iş prinsiplərinin nəzəri əsaslarının araşdırılması, təkmilləşdirilməsi, təbii dillərdə, o cümlədən Azərbaycan dilində kompyuterlə ünsiyyət mexanizmlərinin iş-lənib hazırlanması və Azərbaycan dilinin qrammatikasının tək-milləşdirilməsi, Azərbaycan dilinin formal qrammatikasının ya-radılması istiqamətində fundamental məsələlər araşdırılmış və mühüm elmi nəticələr alınmış, deduktiv maşında qeyri-səlis çoxluqların təsviri və deduktiv nəticə alınmasının uyğun mexa-nizmi verilmişdir.

Cəlal Allahverdiyev 1957-ci ildə əmək fəaliyyətinə Azər-baycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində müəllim kimi başlamış, sonra isə 1960-cı ilə kimi baş müəllim işləmişdir.

1960-cı ildə Azərbaycan SSR EA-da yeni yaradılmış Hesablama Mərkəzində şöbə müdiri, sonra isə elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır.

1960-cı ildən AMEA Kibernetika İnstitutunun (indiki İdarəetmə Sistemləri İnstitutu) "İdarəetmənin riyazi məsələləri" laboratoriyasının müdiri olmuşdur. 1969-1970-ci illərdə Azər-baycan SSR EA Kibernetika İnstitutunda elmi işlər üzrə direk-tor müavini, 1970-1988-ci illərdə həmin institutda direktor vəzi-fəsində çalışmışdır.

1988-1994-cü illərdə Bakı Dövlət Universitetinin elmi işlər üzrə prorektoru işləmişdir. 1994-cü ildən bu universitetin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin   “Əməliyyatların tədqiqi və riyazi modelləşdirmə” kafedrasının müdiri olmuşdur.

1975-ci ildə ABŞ, 1976-cı ildə isə Böyük Britaniyanın bir sıra universitetlərində mühazirələr oxumuşdur. 1996-cı ildə Hindistan, 1997-ci ildə isə Argentinada keçirilmiş məktəblilərin Beynəlxalq riyaziyyat olimpiadasında Azərbaycan komandası-nın rəhbəri olmuşdur. Azərbaycan Sovet Ensiklopediyasının el-mi redaksiya şurasının üzvü olmuşdur. 1982-ci ildən Azərbay-canın Əməkdar elm xadimidir.

C.Allahverdiyev 19.01.2017-ci ildə 87 yaşında Bakı şəhərində vəfat etmişdir.





Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə