Bizim Dijital Matbaa 160x244 Şablon


Bəndəliyev Rövşən Əlifağa oğlu



Yüklə 3,2 Mb.
səhifə17/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   13   14   15   16   17   18   19   20   ...   97
Alimler EN SON tamversiya GUNEL

Bəndəliyev Rövşən Əlifağa oğlu

(1974)

26 iyul 1974-cü ildə Hacıqabul rayonunda anadan ol-muşdur. 1997-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakultəsinin riyaziyyat ixtisası üzrə bakalavr pilləsini, 1999-cu ildə həmin Universitetin “Riyazi analiz” ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 1993-1999-cu illərdə Bakı Dövlət Universitetində  R.Ə.Bəndəliyev, AMEA-nın müxbir üzvü, prof. V.S.Quliyevin,  f.r.e.d., prof. B.İ.Musayevin riyazi analiz kursundan və ixtisas kursundan mühazirələrini dinləmiş, 1999-cu ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinə əyani aspiran-turaya qəbul olmuşdur. 2002-ci ildə AMEA-nın müxbir üzvü, prof.V.S.Quliyevin rəhbərliyi altında “Banaxqiymətli funksiya-lardan ibarət anizotrop çəkili Sobolev fəzasında daxilolma teoremləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2014-cü ildə “Banax funksional fəzalarında Harmonik analizin inteqral operatorları və bəzi tətbiqləri”adlı dissertasiya işini müdafiə edərək riyaziyyat üzrə elmlər doktoru elmi dərə-cəsini almışdır. Qeyd edək ki, R.Ə.Bəndəliyevin doktorluk dis-sertasiyası işində yeni dəyişən dərəcəli və qarışıq normalı funk-sional fəzalar daxil edilmiş və hal-hazırda bu fəzalarda müxtəlif riyaziyyatçılar tərəfindən tədqiqatlar aparılır və bir neçə fəlsəfə doktorluğu və elmlər doktorluğu üzrə dissertasiya işləri yazıl-mış və bəziləri müdafiə edilmişdir.

R.Ə.Bəndəliyev qısa müddətdə bir sıra elmi nəticələr əldə etmişdir:

1. Banax funksional fəzalarda harmonik analizin əsas inteqral operatorları üçün yeni məhdudluq və kompaktlıq me-yarları alınmışdır;

2. Dəyişən dərəcəli və qarışıq normalı, Lebeq fəzasına da-xil edilmişdir və bu fəzanın əsas struktur xassələri öyrənilmiş-dir. Daxil edilmiş fəzada Sobolev tipli daxilolma teoremləri is-bat edilmişdir;

3. Banaxqiymətli funksiyalardan ibarət çəkili Sobolev fəzasında bəzi daxilolma teoremləri və tətbiqləri;

4. Dəyişən dərəcəli çəkili Lebeq fəzasında Hardi operatorunun məhdud olması üçün ilk dəfə olaraq Dini-Lipşits tipli şərtdən imtina edilmişdir və yeni metod təklif olunmuşdur;

5. Dəyişən dərəcəli Lebeq və Sobolev fəzalarında da-xilolma teoremləri və bəzi xüsusi törəməli diferensial tənliklərə tətbiqləri;

6. İlk dəfə olaraq ikiölçülü Hardi operatorunun çəkili və qarışıq normalı Lebeq fəzasında iki sayda qeyri-xətti diferensial tənliyin həll olunma məsələsinə baxılması. Bu zaman tənliyin əmsalları rolunda fəzanı təyin çəki funksiyaları oynayır;

7. Kvazinorma ilə verilmiş dəyişən dərəcəli Lebeq fəza-sının struktur xassələrinin tədqiqi. Bu fəzada klassik Hardi ope-ratorunun tədqiqi. Bəzi əsas bərabərsizliklər;

8. Metrik fəzada təyin olunmuş kvazinormaya malik dəyi-şən dərəcəli Lebeq fəzasında Kolmoqorov-Ris tipli kompaktlıq meyarlarının alınmıası. Yeni üsul və yanaşmalar verilmişdir;

9. Orliç-Musielak fəzasında harmonik analizin əsas inteqral operatorları üçün yeni məhdudluq meyarları alınmışdır;

10. Hausdorf operatorunun ümumi şəkildə verilmiş çəkili Lebeq fəzasında məhdud olması üçün ayrı-ayrılıqda həm zəruri, həm də kafi şərtlərin tapılması. Hausdorf operatorunun çəkili Lebeq fəzasında kompakt olması üçün kafi şərtlər tapılmışdır. İlk dəfə olaraq kvazinorma ilə verilmiş Lebeq fəzasında Haus-dorf operatorunun məhdudluğu;

11. Hausdorf operatorunun dəyişən dərəcəli Lebeq fəza-sında məhdudluq məsələsi öyrənilmişdir. Bu zaman müəyyən yeni üsul təklif edilmişdir.

R.Ə.Bəndəliyev çаp оlunmuş 63 еlmi əsərin müəllifidir və həmin məqalələrin 17-si Thomson Reuters siyahısına daxil olan nüfuzlu jurnallarda, bəziləri Scopus bazasına daxil olan jurnal-larda, digərləri yerli və xarici jurnallarda çap olunmuşdur. İndi-yə qədər məqalələrinə 95 istinad olunmuşdur.

R.Ə.Bəndəliyev 2003-cü ildən başlayaraq AMEA  Riya-ziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsində əv-vəlcə kiçik elmi işçi, sonra isə byük elmi işçi vəzifəsinə təyin edilmişdir. Hal-hazırda AMEA Riyаziyyаt və Mехаnikа İnstitu-tundа baş еlmi işçi vəzifəsində çalışır. Bütün bunlarla yanaşı R.Ə.Bəndəliyev 2011-2014-cü illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunda fəaliyyət göstərən D 01.111 doktorluq dissertasiya şurasının nəzdindəki elmi tematik seminarın elmi katibi olmuşdur. 2015-2016-cı illərdə D 01.111 doktorluq dissertasiya şurasının elmi katibi olmuşdur. Eyni zamanda 2003-cü ildən başlayaraq müxtəlif universitetlərdə saathesabı dərslər aparmışdır. R.Ə.Bəndəliyev müntəzəm olaraq beynəl-xalq, ümumittifaq və respublika elmi konfranslarda çıxış edir. 2008-ci ildə Rusiyanın Novosibirsk şəhərində akademik S.L.Sobolevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq konfransda Sobolev adına olan medalla təltif  olunmuşdur. 2013-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Na-zirliyi tərəfindən elan olunmuş “Gənclər üçün Prezident müka-fatı” müsabiqəsinə Riyaziyyat və Mexanika İnstitutu tərəfindən namizədliyi irəli sürülmüş və elmdə fərqləndiyinə görə AMEA-nın Fəxri fərmanı ilə təltif olunmuşdur.

Hal-hazırda dünyada fəaliyyət göstərən ən məşhur univer-sitetlərin professorları ilə əməkdaşlıq edir. Onların dəvəti ilə müxtəlif universitetlərdə ezamiyyətdə olur, həmin universi-tetlərdə elmi seminarlar aparır.




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə