Bizim Dijital Matbaa 160x244 Şablon



Yüklə 3,2 Mb.
səhifə19/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   15   16   17   18   19   20   21   22   ...   97
Alimler EN SON tamversiya GUNEL

Cabbarov İlqar

Şikar oğlu

(1954)
14 may 1954-cü ildə Gəncə şəhərində ziyalı ailəsində ana-dan olmuşdur. 1961-1971-ci illərdə Gəncə şəhərində 37 saylı orta məktəbdə oxumuşdur. Orta məktəbi bitirdikdən sonra 1971-1975-ci illərdə Gəncə Dövlət Pedaqoji İnstitutunun Fizi-ka-riyaziyyat fakültəsində təhsil almışdır.

1980-1982-ci illərdə Azərbaycan EA Riyaziyyat və Mexa-nika İnstitutunda aspirant olmuşdur. 1988-ci ildə SSRİ Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda professor A.A.Karat-subanın rəhbərliyi altında Dirixle L-funksiyasının sıfırları və or-ta qiymətləri mövzusunda namizədlik dissertasiyası müdafiə et-mişdir. Hal-hazırda “Çoxqat triqonometrik inteqrallar üzrə təd-qiqatlar” mövzusunda doktorluq dissertasiyası hazırlayaraq AMEA Riyaziyyat və Mexanika İnstitutunda müdafiə şurasına təqdim etmişdir. Dissertasiyanın elmi məsləhətçisi Moskva Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinin deka-nı professor Çubarikov Vladimir Nikolayeviçdir. Bu disserta-siyada




şəklində çoxqat triqonometrik inteqralların qiymətləndirilməsi və onunla bağlı bəzi həlli açıq qalmış məsələlər tədqiq olun-muşdur. Eksponentə daxil olan funksiya çoxhədlidir.

Bu problemin həlli bir ölçülü halda məlumdur. Lakin çox-ölçülü halda məsələ diferensiallanan çox obrazların quruluşu və onlarda metrik məsələlərin həllinə gətirilir. Dissertasiyaya için-də aşağıdakı problemlər həll olunmuşdur:

1. Həqiqi cəbri çoxluqların təbii topologiyada quruluşu öyrənmişdir;

2. (1) şəklində inteqrallar üçün dəqiq qiymətləndirmələr alınmışdır. Bu qiymətləndirmələr elementləri verilən funksiya-nın dəyişənlərə görə eyni tərtibli bütün xüsusi törəmələrinin da-xil olduğu Gram matrisinin sinqulyar ədədləri vasitəsilə ifadə olunur;

3. Terri probleminin məxsusi inteqralının yığılma göstəri-cisi tədqiq olunmuşdur. Yığılma göstəricisinin dəqiq qiyməti haqda məsələ birölçülü halda həll olunsa da çox ölçülü hal, demək olar ki, tədqiqatlar yığılma göstəricisi üçün dəqiqlikdən çox uzaq qiymətləndirmələrin alınması ilə yekunlaşmışdır. Dis-sertasiya işində XIX əsrin 60-cı illərində qoyulan bu məsələnin demək olar ki, tam həlli verilmişdir;

4.Yığılma göstəricisi haqda alınan nəticələr və onların ümumiləşməsi diferensiallanan çoxobrazlıların ekstremallığı məsələsinə tətbiq olunmuşdur. Bu, Diofant yaxınlaşmaları nəzə-riyyəsində həlli mürəkkəb olan bir sıra məsələləri sadə yolla və daha ümumi şəkildə həll etməyə imkan verir;

5.Diferensiallanan çoxobrazlılarda bəzi ölçülərin (sahələ-rin) qiymətləndirilməsi məsələsi həll olunmuşdur.

İ.Ş.Cabbarovun əsas tədqiqat sahəsinə Ədədlər nəzəriy-yəsi, Dinamik sistemlər, Funksional analiz, Drixle sıraları, Fur-ye analizi, Cəbri çoxobrazlılar və s. aid etmək olar.

İ.Cabbarov 1982-ci ildə Gəncə Elm mərkəzində əmək fəa-liyyətinə başlamışdır. 1991-1992-ci illərdə Gəncə Dövlət Uni-versitetində baş elmi işçi, 1992-1994-cü illərdə GDU-nun Hən-dəsə və Cəbr kafedrasında müəllim, eyni zamanda Mingəçevir Politexnik İnstitutunun Ali riyaziyyat kafedrasında 0,5 ştat do-sent vəzifəsində işləmişdir.

1994-1999-cu illərdə Rusiya Federasiyasının Barnaul Dövlət Pedaqoji Universitetinin Cəbr kafedrasında dosent vəzi-fəsində çalışmışdır.

1999-cu ildən GDU-də çalışır. 2011-ci ildən hal-hazıradək Həndəsə və Cəbr kafedrasının müdiri vəzifəsində işləyir. Uni-versitetdə Ali riyaziyyat, Ehtimal nəzəriyyəsi və riyazi sta-tistika, ədədi sistemlər, qrup nəzəriyyəsi və cəbrlərin təsviri fən-lərində mühazirələr oxuyur.

İ. Cabbarov 20-dən çox elmi məqalənin və aşağıdakı dərs vəsaitlərinin müəllifidir.

1.Ədədlər nəzəriyyəsindən məsələlər, Gəncə, 2007.

2.Ehtimal nəzəriyyəsi və riyazi statistika, (müştərək) Mingəçevir, 2008.

3.Ədədlər nəzəriyyəsi, (müştərək) Gəncə, 2013.

4.Ali cəbr kursu, (müştərək) Bakı, Mütərcim, 2017.




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə