Bizim Dijital Matbaa 160x244 Şablon



Yüklə 3,2 Mb.
səhifə16/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   12   13   14   15   16   17   18   19   ...   97
Alimler EN SON tamversiya GUNEL

Bayramoğlu

Məmməd

(1939)

18 dekabr 1939-cu ildə Gürcüstan respublikasının Marne-uli rayonunun Əzizkənd kəndində anadan olmuşdur. 1946-cı ildə Əzizkənd 8 illik məktəbinin birinci sinfinə getmiş, 1957-ci ildə isə Gorarx (indiki Algeti) on bir illik orta məktəbini bitir-mişdir. Məktəbi bitirən il, 1957-ci ildə V.İ.Lenin adına APİ-nin (indiki ADPU) Fizika-riyaziyyat fakültəsinə daxil olub, 1962-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutu bitirdikdən sonra hərbi xidmətə getmişdir. 1965-ci ildə Azər-baycan EA-nın (indiki AMEA) Riyaziyyat və Mexanika İnsti-tutunun aspiranturasına qəbul olunmuşdur. 1969-cu ildə F.Maq-sudov və M.Qasımovun rəhbərliyi ilə Bakıda “Öz-özünə qoşma və qoşma olmayan operatorların spektral nəzəriyyəsinə dair” mövzusunda namizədlik, 1987-ci ildə Tbilisidə Razmadze adına Riyaziyyat İnstitutunda “Diferensial operator tənliklərin spek-tral məsələləri” mövzusunda isə doktorluq dissertasiyası müda-fiə etmişdir. 1989-cu ildən professor elmi adını daşıyır.

M.Bayrmoğlunun əsas elmi nəticələri operator əmsallı diferensial tənliklər üçün qoyulmuş sərhəd məsələlərinin tədqiqi və uyğun operatorların müxtəlif spektral xassələrinin öyrənil-məsidir.

Onun çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 150, onlardan xaricdə çap olunanlarının sayı isə 30-dur. Onun əsərləri Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Amerika, Ya-poniya və bir sıra Avropa ölkələrinin nüfuzlu jurnallarında çap olunmuşdur. M.Bayrmoğlunun rəhbərliyi ilə Azərbaycanda 12 nəfər elmlər namizədi, 2 nəfər elmlər doktoru, Türkiyədə 9 nəfər riyaziyyat doktoru (hal-hazırda onlardan 5 nəfəri dosent, 2 nəfəri isə professor vəzifəsində çalışır) dissertasiya müdafiə etmişdir.

M.Bayrmoğlu 1969-cu ildə Azərbaycan EA-nın Riyaziyyat və Mexanika institutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır. O, bu institutda, sonralar baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışmış, eyni zamanda müxtəlif il-lərdə ADU (indiki BDU), Sumqayıt Sənaye İnstitutunda pro-fessor vəzifəsində işləmişdir. 1993-2009-cu illərdə Türkiyənin İstanbul şəhərində Yıldız Teknik Universitetində professor və-zifəsində çalışmışdır. O, 2009-cu ildə yenidən Azərbaycana qayıtmış, AMEA Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi vəzifəsinə təyin edilmişdir. Hal-hazırda da M.Bayramoğlu AMEA Riyaziyyat və Mexanika İnstitutunun Diferensial tənlik-lər şöbəsində baş elmi işçi vəzifəsində çalışır.


Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə