Bizim Dijital Matbaa 160x244 Şablon



Yüklə 3,2 Mb.
səhifə11/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   7   8   9   10   11   12   13   14   ...   97
Alimler EN SON tamversiya GUNEL

Aslanov Həmdulla

İsrafil oğlu

(1950)

1950-ci il fevralın 16-da Şamaxı rayonunun Cəyirli kən-dində anadan olmuşdur. 1957-ci ildə Şamaxı rayonunun Cəyirli kəndində birinci sinifə getmiş, 1967-ci ildə rayonun Nəri-mankənd orta məktəbini bitirmişdir. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexa-nika-riyaziyyat fakültəsinə daxil olmuş, 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1972-ci ildə Azər-baycan SSR Elmər Akademiyasının Riyaziyyat və Mexanika institutnun aspiranturasına daxil olmuş, 1975-ci ildə aspi-ranturanı bitirmiş, 23 iyun 1976-cı ildə Riyaziyyat və Mexanika İnstitutunda akademik Mirabbas Qasımov və professor Məm-məd Bayramoğlunun rəhbərliyi ilə “Bəzi öz-özünə qoşma olan və öz-özünə qoşma olmayan diferensial operatorların məxsusi ədədlərinin asimptotik paylanması” mövzusunda namizədlik, 1996-cı ildə “Hilbert fəzasında xüsusi törəməli operator-dife-rensial tənliklər üçün, həllolunma, tamlıq və spektrin asimp-totikası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

H.İ.Aslanov əmək fəaliyyətinə 1975-ci ildə Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi kimi başlamış, 1978-1988-ci illərdə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin mər-kəzində Sovet Azərbaycanının 60 illiyi adına Stepanakert Pe-daqoji İnstitutunda baş müəllim, dosent və “Riyazi analiz” ka-fedrasının müdiri işləmişdir. 1988-ci ildə Dağlıq Qarabağda baş verən hadisələrlə əlaqədar olaraq həmin institutda öz fəaliy-yətini dayandırmış, həmin ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnsitutunun “Ali riyaziyyat” kafedrasına dosent vəzi-fəsinə keçirilmişdir. 1997-ci ildə Azərbaycan Texniki Univer-sitetinin “Ali riyaziyyat” kafedrasının professoru vəzifəsinə se-çilmişdir. Professor H.Aslanov 170 elmi, tədris-metodiki, elmi-populyar məqalələrin, tədris proqramlarının və 6 dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi ilə 3 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. Hazırda 3 nəfər doktoranta elmi rəhbərlik edir. 2006-cı ildən AMEA-nın Riyaziyyat və Mexanika İnsti-tutunda baş elmi işçidir. 2013-cü ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Riyazi analiz” şöbəsinin müdiridir.

H.Aslanov Azərbaycanda funksiyalar nəzəriyyəsi və funk-sional analiz sahəsi üzrə mütəxəssisdir. Onun əsas elmi nəticə-ləri Elliptik tip diferensial operatorların məxsusi ədədlərinin asimptotik paylanması, operator, diferensial tənliklərin Qrin funksiyasının, məxsusi ədədlərinin və çəkili izinin tədqiqi, Hibert fəzalarında xüsusi törəməli operator-diferensial tənliklə-rin birqiymətli, normal və Fredholm mənada həll olunması isbat edilmiş, məxsusi və qoşulmuş funksiyaların tamlığı araşdırıl-mış, məxsui ədədlərin asimptotik paylanması tədqiq edilmişdir. Alınmış mücərrəd nəticələrin sonsuz oblastda elliptik tənliklər üçün sərhəd məsələlərinə tətbiqləri verilmişdir.

H.Aslanovun aşağıdakı elmi əsərləri vardır:

1) “Riyazi fizika tənliklərinin şəbəkə üsulu ilə həlli”. AzTU-nun nəşri, 1997.

2) “Adi diferensial tənliklər və riyazi fizika tənlikləri”. “Adiloğlu” nəşriyyatı, 2001.

3) “İnteqral tənliklər. Təqribi həll üsulları”. AzTU, 2003.

4) “Çoxdəyişənli funksiyalar. Əyrixətli çoxqat və səth inteqralları”. AzTU, 2004.

5) “Funksional analiz”. “MBM”, 2012.

6) “İnteqral tənliklər və onların bəzi tətbiqləri”. AzTU, 2015.

H.Aslanov “Azərbaycan Prezidentinin yanında Ali Attes-tasiya Komissiyasının Riyaziyyat və Ekspert Şurası”nın üzvü-dür.

O, 2010-cu ildə anadan olmasınin 60 illiyi münasibəti ilə, 2015-ci ildə isə səmərəli elmi fəaliyyətinə görə AMEA-nın Fəxri fərmanı ilə təltif edilmişdir.





Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə