Bizim Dijital Matbaa 160x244 Şablon



Yüklə 3,2 Mb.
səhifə10/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   6   7   8   9   10   11   12   13   ...   97
Alimler EN SON tamversiya GUNEL

A

lıquliyev Ramiz


Məhəmməd oğlu

(1961)

1961-ci il martın 20-də Bərdə rayonunda anadan olmuş-dur. Orta təhsilini Bərdə rayonunda başa çatdırdıqdan sonra, 1978-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Univer-sitetinin (indiki Bakı Dövlət Universiteti) “Tətbiqi riyaziyyat” fakültəsinə daxil olmuş, 1983-cü ildə həmin fakültəni bitir-mişdir.

2002-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitu-tunda namizədlik (fizika-riyaziyyat elmləri üzrə), 2010-cu ildə AMEA Kibernetika İnstitutunda doktorluq (texnika elmləri üz-rə) dissertasiyasını müdafiə etmişdir.

Ramiz Alıquliyev əmək fəaliyyətinə 1983-cü ildə başla-mış, 1983-1988-ci illərdə Azərbaycan Elmlər Akademiyası-nın Kibernetika İnstitutunda, daha sonra Riyaziyyat və Mexa-nika İnstitutunda işləmişdir. 2003-cü ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda işləyir. Hal-hazırda institutda şöbə müdiri vəzifəsində çalışır.

Data mining; big data analitika; text mining; klasterləş-dirmə; təsnifatlaşdırma; paylanmış hesablamalar; neyron şəbə-kələr; genetik alqoritmlər; qarışqa alqoritmləri; diferensial təka-mül alqoritmləri; arı alqoritmləri; particle swarm optimization alqoritmləri; sosial şəbəkələrin analizi; elektron dövlətin anali-zi; elmmetriya və s. onun əsas tədqiqat istiqamətləridir.

R.Alıquliyev mətnlərin avtomatik referatlaşdırılması və klasterləşdirilməsi üçün bir sıra optimallaşdırma modelləri tək-lif etmişdir.

Optimallaşdırma modellərinin həlli üçün diferensial təka-mül, qarışqa və particle swarm optimization alqoritmlərinin mo-difikasiyalarını işləmişdir.

Müxtəlif növ mətn plagiatlığı aşkarlamaq üçün cümlələ-rin sintaktik və semantik quruluşuna əsaslanan metod təklif edilmişdir.

Mətnlərin məzmun yaxınlığını hesablamaq üçün yeni öl-çülər daxil etmişdir.

Referatlaşdırma məqsədilə mətndən semantik yükə malik cümlələrin seçilməsinə imkan verən çoxkriteriyalı optimallaş-dırma modelləri təklif etmiş və optimallaşdırma modellərinin həlli üçün alqoritmlər işləmişdir.

Loq fayllar əsasında veb-istifadəçilərin aktivliyinin öyrənilməsi və maraq dairəsinin avtomatik identifikasiyası üçün modellər və alqoritmlər təklif etmişdir.

Tam ədədli xətti və kvadratik proqramlaşdırma məsələlə-rinin və Korteveqade Friz-Bürgers tənliyi üçün qarışıq məsələ-nin neyron şəbəkədə həll alqoritmlərini təklif etmişdir.

Elmi əsərlərin, jurnalların və tədqiqatçıların elmi fəaliyyə-tinin qiymətləndirilməsi üçün indeks və metodlar təklif etmiş-dir.

İnstitutun Tədris-İnnovasiya Mərkəzində doktorant və dis-sertantlara “İnformatika” fənnini tədris edir, texnika, fizika və riyaziyyat istiqaməti üzrə kuratorluq fəaliyyətini həyata keçirir.

Ramiz Alıquliyev 156 əsərin müəllifidir. Onun 110 əsəri xaricdə (ABŞ, Almaniya, Böyük Britaniya, Cənubi Koreya, Çin, Fransa, Hindistan, İsveçrə, Latviya, Niderland, Rusiya, Sinqapur, Ukrayna və s. ölkələrdə) çap edilmişdir. O, 7 müx-təlif jurnalın redaksiya heyətinin üzvüdür. Bir çox nəşriy-yatlarda dərc olunan 30-dan çox jurnalın rəyçisidir. Beynəlxalq və respublika səviyyəli konfransların proqram və təşkilat komi-təsinin üzvü olmuşdur. Bir fəlsəfə doktoru hazırlamışdır. Hal-hazırda 5 doktorant və dissertantın elmi rəhbəridir.

2005-ci ildə AMEA-nın Fəxri fərmanı ilə təltif edilmişdir. 2013-cü ildə “İKT ili” çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun Rabitə və İnfor-masiya Texnologiyaları Nazirliyi ilə birgə keçirdiyi “3-cü birgə İKT üzrə mükafat müsabiqəsi”ndə “Mətn tipli sənədlər çoxlu-ğunun referatlaşdırılması üçün öz-özünə adaptiv mutasiya və krossover parametrli diferensial təkamül alqoritmi” məqaləsi İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərə görə 1-ci yerə layiq görülüb.

P rezident İlham Əliyevin 6 fevral 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycanda informasiya-kommunikasiya və kosmik sənaye sahələrinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.


Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə