Bizim Dijital Matbaa 160x244 Şablon



Yüklə 3,2 Mb.
səhifə23/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   19   20   21   22   23   24   25   26   ...   97
Alimler EN SON tamversiya GUNEL

Əfəndiyev Məsud

Arif oğlu

(1953)

21 oktyabr 1953-cü ildə Zaqatala rayonunda qulluqçu ailə-sində anadan olub. 1970-ci ildə Zaqatala şəhərindəki Şıxəli Qurbanov adına orta məktəbi qızıl medalla bitirərək, S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Mexa-nika-riyaziyyat fakültəsinə qəbul olunub. İki il oxuduqdan sonra Məsud Əfəndiyev təhsilini M.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib, aspirantura, doktorantura pillə-sinə qalxaraq, uğurla namizədlik, sonra isə doktorluq disserta-siyalarını müdafiə edib.

1994-cü ildən Almaniyada yaşayan alim, ölkənin müxtə-lif universitetlərində, o cümlədən Münhen, Ştutqart, Berlin uni-versitetlərində dərs deyib. Hazırda H.Helmholts adına Münhen Elmi-Tədqiqat Mərkəzində «Dinamik sistemlər» şöbəsinin mü-diridir.

2005-ci ildə Yaponiyanın nüfuzlu «Japan Society for the Promotion of Science-JSPS» təşkilatının mükafatına layiq gö-rülüb. M.Əfəndiyev postsovet məkanında dünyanın altı aparıcı elmi jurnalının redaksiya heyətinin üzvü olan yeganə riya-ziyyatçı alimdir. Dünya elmində ən yüksək təltiflərdən («kiçik Nobel mükafatı») sayılan, Almaniya hökumətinin təsis etdiyi “Aleksander fon Humboldt” mükafatının ilk azərbaycanlı laureatı kimi tarixə düşüb.

2014-cü ildə Münxendə M.Əfəndiyevin 60 illiyinə həsr olunan “Biologiya, fizika və mexanikada qeyri-xətti təzahür” beynəlxalq konfransı keçirilib.


Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə