Bizim Dijital Matbaa 160x244 Şablon



Yüklə 3,2 Mb.
səhifə92/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   89   90   91   92   93   94   95   96   97
Alimler EN SON tamversiya GUNEL

Səlimov Arif

Ağacan oğlu (1956)

1956-cı ildə Azərbaycanın Ağsu şəhərində anadan olmuş-dur. 1973-cü ildə Ağsu şəhər 1 saylı orta məktəbi bitirmişdir. 1973-1978-ci illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almışdır. 1978-1980-ci illərdə AMEA-nın Kibernetika İnstitutunda mühəndis-riyaziyyatçı ki-mi çalışmış, 1980-1983-cü illərdə isə Rusiyanın Kazan Dövlət Universitetinin aspiranturasında "həndəsə və topologiya" ixtisa-sı üzrə təhsil almışdır. 1984-cü ilin yanvar ayında Kazan şəhə-rində məşhur sovet həndəsə alimi V.V.Vişnevskinin elmi rəh-bərliyi altında namizədlik dissertasiyasını müdafiə etmişdir. 1984-1995-ci illərdə Bakı Dövlət Universitetinin həndəsə ka-fedrasında müxtəlif vəzifələrdə çalışmışdır. 1998-ci ilin sent-yabr ayında Kazan Dövlət Universitetində "həndəsə və topolo-giya" ixtisası üzrə doktorluq dissertasıyasını müdafiə etmişdir. Arif Səlimov Azərbaycanda "həndəsə və topologiya" ixtisası üzrə doktorluq elmi dərəcəsinə sahib olan yeganə alimdir.

Arif Səlimov Tenzor operatorlar nəzəriyyəsində aldığı fundamental nəticələr və lift nəzəriyyəsində yaratdığı yeni metod  ilə diferensial həndəsə sahəsində dünyada tanınmış mü-təxəssisdir. 10-dan çox tələbəsi riyaziyyat (həndəsə) üzrə fəlsə-fə doktorluğu dissertasiyası müdafiə etmişdir. 50-dən çox bey-nəlxalq konfranslarda elmi məruzələrlə çıxış etmişdir. 100-dən çox elmi əsəri vardır. Bunlardan bir çoxu ABŞ, Yaponiya, Cə-nubi Koreya, Çin, Hindistan, Sinqapur, Meksika, Rusiya, İngil-tərə, Fransa, İtaliya, Hollandiya, Polşa, Türkiyə və s. ölkələrin SCIE kateqoriyalı nüfuzlu elmi jurnallarında çap olunmuşdur. Arif Səlimovun "Tensor operators and their applications" adlı kitab-monoqrafiyası ABŞ-ın nüfuzlu "Nova Science Publishers, Inc., New York" elm nəşriyyatında çap edilib.

A.Səlimov 1978-1980-ci illərdə Azərbaycan EA-nın Ki-bernetika İnstitutunda mühəndis riyaziyyatçı vəzifəsində, 1984-1995-ci illərdə ADU-nun Həndəsə kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır.

1995-ci ildən Türkiyənin Atatürk Universitetində çalış-mağa başlamış, hazırda bu universitetin "matematik bölü-mü"ndə professor vəzifəsindədir. A.Səlimovun elmi nailiyyət-ləri yüksək qiymətləndirilmişdir:

Layihə rəhbəri olduğu 4 layihəsi (TBAG-105T551, TBAG-108T590, MFAG-112T111, MFAG-116F230) Türkiyə Dövlətinin Elmi və Texnoloji Tədqiqat Komitəsinin (TÜBİTAK-ın) qrantlarını almışdır;

Onun “Tensor operators and their applications” adlı kitabı 2013-ci ildə Türkiyədə “AÜ Bilimsel Teşvik Birincilik Ödülü” mükafatına layiq görülmüşdür;

Arif Səlimov 2015-ci ildə Türkiyə Dövlətinin ən prestijli mükafatlarından biri olan “TÜBİTAK PPÖ-Proje Performans Ödülü”nə layiq görülmüşdür;

2016-cı ildə isə Arif Səlimov Atatürk Universitetinin "Sıtkı Alp Bilimsel Teşvik Ödülü"nü almışdır.



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə