Bizim Dijital Matbaa 160x244 Şablon



Yüklə 3,2 Mb.
səhifə94/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   89   90   91   92   93   94   95   96   97
Alimler EN SON tamversiya GUNEL

Süleymanov Nadir

Məhəmməd oğlu

(1932)


1932-ci ildə  Ucar rayonunun Rəstəcə kəndində anadan olmuşdur. 1951-ci ildə Ucar şəhər orta məktəbini bitirdikdən sonra, həmin il S.M.Kirov adına Azərbaycan Dövlət Universi-tetinin (indiki BDU) Fizika-riyaziyyat fakültəsinə daxil olmuş-dur. Universiteti bitirdikdən sonra “İstilikkeçirmə tənliyi üçün Koşi məsələsinin ümumiləşmiş funksiyalar sinfində tədqiqi” mövzusunda yazdığı diplom işinə görə ona SSRİ ali təhsil nazi-rinin birinci mükafatı və Fəxri fərmanı verilmişdir.

1959-1962-ci illərdə Moskva Dövlət Universitetində aspiranturada təhsilini davam etdirib, məşhur riyaziyyatçı, professor Qeorqi Şilovun elmi rəhbərliyi ilə “Diferensial-operator tənliklər üçün yarım fəzada korrekt sərhəd məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1982-ci ildə “Evolyusion tənliklər üçün Viman-Valiron tipli qiymət-ləndirmələr və diferensial tənliklərin keyfiyyət nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib. 1984-ci ildən professor elmi adına layiq görül-müşdür.

Professor N.Süleymanov Funksional analiz, Diferensial tənliklər və Ehtimal nəzəriyyəsi sahəsində görkəmli mütəxəssis, tanınmış elm xadimidir. Onun əldə etdiyi elmi nəticələr dife-rensial tənliklərin keyfiyyət nəzəriyyəsində tamamilə yeni elmi-tətqiqat istiqaməti olub. Bu nəticələri almaq üçün o, ehtimal nəzəriyyəsi əsasında yeni bir elmi tətqiqat metodu işləyib hazır-layıb.

Beləliklə, N.Süleymanov nəinki diferensial tənliklər üçün yeni növ teoremlər əldə edib, həm də tam funksiyalar sahəsində yeni, daha dəqiq və ümumi elmi nəticələrə nail olub. Alimin ən böyük uğuru Evolyusion tənliyinin həlli üçün yeni növ qiymət-ləndirmələrin - Viman-Valiron tipli nəticələri almasıdır.

1956-cı ildə Azərbaycan Elmlər Akademiyasının Fizika-Riyaziyyat İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb və 1959-cu ilə kimi orada işləyib. 1965-1970-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi, 1970-1975-ci illərdə Bakı Dövlət Universitetində dosent, 1984-1990-cı illərdə Bakı Dövlət Uni-versitetində professor, sonra “Ehtimal nəzəriyyəsi” kafedrasının müdiri, daha sonra “Funksional analiz” kafedrasında professor vəzifələrində çalışıb. 2014-cü ildən isə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun baş elmi işçisi – professorudur.

Tanınmış alim 80-dən çox elmi məqalənin, tezislərin, dərs vəsaitinin, monoqrafiyanın müəllifidir. 2012-ci ildə onun “Ehti-mal, tam funksiya və Evolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətləndirmələr” adlı monoqrafiyası Moskva Dövlət Universitetinin nəşriyyatında çapdan çıxıb. O, əsəri MDU-da nəşr olunan ilk azərbaycanlı alimdir.

Nadir Süleymanovun rəhbərliyi altında bir çox elmlər namizədi yetişib, bir tələbəsi isə elə bu günlərdə Ehtimal nəzə-riyyəsi üzrə elmlər doktoru dissertasiyasını müdafiə edib. Görkəmli alim hazırda da elmi işlərini davam etdirir, habelə ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir. 

2009-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Nadir Süleymanova “Azərbaycanın Əməkdar müəllimi” fəxri adı verilib. Dekabrın 23-də Ucarda Nadir Süleymanovun 85 il-lik yubileyi qeyd olunmuşdur. Yubiley mərasimində çıxış edən-lər Nadir Süleymanovun alim kimi zəhmətsevərliyindən, həm də yüksək insani keyfiyyətlərindən danışmışlar.




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə