Bizim Dijital Matbaa 160x244 Şablon


Sadıqov Misrəddin Allahverdi oğlu (1954)



Yüklə 3,2 Mb.
səhifə91/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   87   88   89   90   91   92   93   94   ...   97
Alimler EN SON tamversiya GUNEL

Sadıqov Misrəddin Allahverdi oğlu (1954)

10 dekabr 1954-cü ildə Qərbi Azərbaycanın Krasnoselo rayonunun Cil kəndində anadan olmuşdur. 1962-1972-ci illərdə Krasnoselo rayonunun Cil kənd orta məktəbində oxumuş, 1972-1977-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təh-sil almışdır. 1981-1984-cü illərdə Azərbaycan EA-nın Riyaziy-yat və Mexanika İnstitutunda dissertant olmuş, 1984-cü ildə “Diferensial daxilolmanın optimal trayektoriyasının xassəsi” mövzusunda namizədlik dissertasiyası, 1993-cü ildə isə “Çox-dəyişənli hamar olmayan variasiya məsələsinin və diferensial daxilolmanın tədqiqi” mövzusunda doktorluq dissertasiyası mü-dafiə etmişdir.

M.A.Sadıqov əmək fəaliyyətinə 1978-ci ildə Azərbay-can EA-nın Kibernetika İnstitutunda baş laborant kimi başla-mış, 1979-1981-ci illərdə isə mühəndis-proqramçı vəzifəsində işləmişdir. O, 1981-ci ildə Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunda proqramçı-riyaziyyatçı vəzifəsində işlə-məyə başlamış, eyni zamanda həmin institutun dissertantı ol-muşdur. Namizədlik dissertasiyası müdafiə etdikdən sonra həmin institutda kiçik elmi işçi, 1987-1993-cü illərdə vəzifələ-rində çalışmışdır. 1994-1998-ci illərdə şöbə müdiri işləmişdir.

M.A.Sadıqov 1997-1998-ci illərdə BDU-nun Tətbiqi-ri-yaziyyat fakültəsinin Optimallaşdırma və idarəetmə kafedra-sında baş müəllim, 1998-2008-ci illərdə professor vəzifəsində işləmişdir.

2008-ci ildən hal-hazıra kimi Mexanika-riyaziyyat fakül-təsinin İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasında professor vəzifəsində işləyir. Tələbələrə dərin və əsaslı bilik verməyə çalışır. O, universitetdə Variyasiya hesabı, Stoxostik optimal idarəetmə məsələsi, Oyunlar nəzəriyyəsi, İdarəetmə və müşahidə və s. fənlərindən mühazirələr oxuyur.

M.A.Sadıqov 94 elmi məqalənin və 5 monoqrafiyanın,8 kitabın müəllifi, 20-dən artıq beynəlxalq seminar, simpozium, konfrans iştirakçısıdır.




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə