Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə24/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   ...   20   21   22   23   24   25   26   27   ...   40

Böyük Azərbaycan yolçusu 
 
 
101 
aktivləşdiyi zamanlar isə Naxçıvan Muxtar Respublikasına 
qayıdıb, bu bölgədə öndə  gələn hərəkat nümayəndəsinə 
çevrilmişdir. Qoşulduğu mübarizə ona xeyli fürsətlər verməsinə 
baxmayaraq heç vaxt şəxsi mənfəətini milli maraqlardan önə 
çıxarmamış, həmişə öz məfkurəsinə  sədaqət nümayiş 
etdirmişdir. 
           Təəssüf ki, öz amalına sadiq qalan insanların qədrinin 
bilinmədiyi zamanımızda Bünyamin bəy də öz layiqli qiymətini 
ala bilməyib. Xalq hərəkatı dövründə proseslərin mərkəzində 
yer alan, torpaqlarımızın müdafiəsi yolunda əlindən gələni 
əsirgəməyən, yaşadığı Nehrəm kəndindən Naxçıvan Muxtar 
Respublikasına deputat seçilən bu adam indi idman müəllimi 
işləyir. Sözsüz ki, müəllimlik gözəl peşədir və dostumun 
xarakteri böyük təhsil işçisi olmasına təminat verir, Yəqin ki, 
özü də bu işin tələblərini sevərək yerinə yetirir. Necə olsa, 
istənilən vətənpərvər üçün gənc nəslin yetişdirilməsindən daha 
böyük, ülvü, müqəddəs dəyər ola bilməz. Ümidvaram ki, 
Bünyamin bəy də bu müqəddəs vəzifəsini yerinə yetirərkən 
mənəvi rahatlıq tapır. Bununla belə dövlətimizin perspektivi, 
gənc nəslin vətənpərvər böyüməsi naminə  həyatlarını 
müstəqillik uğrunda mübarizəyə  həsr edən insanların daha 
yüksək vəzifələrə  gətirilmələri, könüllərində daşıdığı amalları 
reallaşdırmaları üçün onlara daha münbit şəraitlər yaradılması 
dövlətçiliyimizin maraqları baxımından vacibdir. 
            Bu  il  uşaqlıq dostum həyatının  ən  əlamətdar günlərin-
dən birini qeyd edəcək. Yazda onun 50 yaşı tamam olacaq. 50 
yaş insanın müdriklik, kamillik dövrüdür. Yarıməsrlik  şərəfli 
bir ömür yolunun yolçusu  olan Bünyamin bəyə əsri tamamla-
mağı və ömrünün sonuna qədər sükanı bu cür saxlamağı arzula-
yıram. 
Böyük Azərbaycan yolçusu 
 
 
102
 
 
 
HACI SƏYAVUŞ 
MUSTAFAYEV 
 
 
 
 
 
 
 
 
 
 
HƏYATIMIZIN ÇOX  
HİSSƏSİ OXŞAR OLUB 
 
           Həyatda elə adamlar var ki, onlarla görüşmək həmişə 
yeni bir təəssürat yaradır. Bünyamin bəy də belələrindəndir. 
Bizim tanışlığımız yetmişinci illərdən başlasa da tale elə gətirib 
ki, həyatımızın cox hissəsini demək olar ki, paralel olaraq 
yaşamışıq. 
           Biz  Naxcivan  şəhər dinamo cəmiyyətində güləşlə 
məşğul olurduq. Həm də ikimiz də Babək rayonundan 
olduğumuzdan (o məşhur Nehrəm kəndindən, mən isə  şəhərə 
bitişik olan Qaraxanbəyli kəndindən) rayon və Muxtar 
Respublika yarişlarinda da tez tez görüşürdük. Onlar bizdən 
yaşlı qrup olduğu ücün biz onlardan öyrənməyə calışırdıq. 
Sonra Bünyamin bəy Azərbaycan  Dövlət Bədən Tərbiyəsi 
İnstitutuna qəbul olub Bakıya oxumağa getdi. Tətillərdə 
Naxçıvana gələndə görüşurduk. Mən də idman institutuna 
getmək istədiyimdən ondan qəbul qaydalarını  və institut 


Böyük Azərbaycan yolçusu 
 
 
103 
haqqında danışmağını istəyirdim. Sonralar mən də bu instituta 
qəbul oldum və  mən  əsgərliyə gedənə kimi Bakıda bir yerdə 
oxuduq. Mən qayıdandan sonra milli hərəkata qoşuldum. 
Bünyamin bəy də  hərəkatın ilk günlərindən hərəkatın 
öncüllərindən idi. Mən institutu bitirib Naxçıvana dönəndə 
Bünyamin bəy artıq Babək rayon Xalq Cəbhəsinin və Naxçıvan 
Muxtar Respublika Xalq Cəbhəsinin rəhbərlərindən idi. Beləcə 
biz milli hərəkatda da bərabər fəaliyyət göstərməyə başladıq. 
1989 - cu il sərhəd hərəkatını indi kimlərsə öz adına cıxmaq 
istəsə  də bu hərəkatın üc dörd rəhbərindən biri bilavasitə 
Bünyamin bəy özü idi. Belə ki, 21 Azər günündə (dekabrın 12-
də) sərhəd boyu insan zənciri yaratmaqdan, sonra çadır 
qurmaqdan tutmuş 31 dekabrda sərhəddin sökülməsinə  qədər 
bu iş bir neçə nəfərlə bərabər Bünyamin bəyin çiyinlərində idi. 
Sərhəd sökülən gün isə mən və bir qrup iştirakçı cəbhədaşımız 
əynimizə  kəfən geyib ölümü gözümüzə almağımız da onun 
təşəbbüsü idi. Sonrakı görüşlərimiz əsasən dağlarda ermənilərlə 
döyüşlərdə olurdu. Belə ki, Ordubadın Kotan, Kilid 
kəndlərindən tutmuş,  Şahbuzun Batabat, Şada  ətrafinda, 
Babəkin Aşağı - Yuxarı Buzqov, Kərməçataq,  Şərurun, 
Sədərəyin bütün sərhəd boyu kəndlərinə  və yüksəklilklərinə 
( Mil,Ucubiz,Qırmızı torpaq, Beşbarmaq, Əjdəkan, Əlquluşağı) 
qədər bütun döyüş meydanlarında bərabər döyüşmüşük. 
Baxmayaraq ki, həmin vaxtlar Bünyamin bəy millət vəkili idi, 
demək olar ki, o vaxtının çoxunu Ali Məclisdən çox döyüş 
meydanında olurdu. Daha sonra isə milli hökumət devrildikdən 
sonra biz ikimiz də  həbsxanaya düşdük. Həbsxana divarları 
arxasında görüşə bilməsək də bilirdim ki, Bünyamin bəy də 
başqa hərəkat yoldaşlarımız kimi bu ağır imtahandan üzü ağ 
çıxacaq və  çıxdı da. Bünyamin bəy gözəl ailə başçısı, layiqli 
dost olmaqla bərabər həm də  əsil vətəndaş, vətənpərvər 
insandır. Həmişə böyük kiçik yeri bilən Bünyamin bəy bu gün 
də Bütöv və Böyük Azərbaycan uğrunda milli hərəkatda iştirak 
Böyük Azərbaycan yolçusu 
 
 
104
etməklə  bərabər həm də pedaqoji fəaliyyətini davam etdirərək 
Azərbaycan Turizm İnstitutunda dərs deyir.  
          Mən çox vaxt Azərbaycandan kənarda olmağıma 
baxmayaraq Bakıya qayıdanda mütləq Bünyamin bəylə 
görüşüb yenilikləri bölüşür, ciddi müzakirələr aparır  və səmimi 
söhbət edirik. Mən Bünyamin bəyə bu əlli illik yubileyi 
münasibəti ilə can sağlığı, ailə xoşbəxtliyi və  çəkdiyi 
əziyyətlərə görə ideya və arzularının reallaşmasını, eyni 
zamanda  şəxsi həyatında isə haqq etdiyi yeri tutmasını 
arzulayiram. 
  
                                           11. 12. 2013 Aktau, Qazaxstan 
 
 


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə