Böyük Azərbaycan yolçusu
109
saxlama) ilə saxta ittihamla həbs edilmiş, 1997-ci il dekabr
ayının 30-u sərbəstliyə buraxılmışam.
Həbsdən çıxdıqdan sonra əvvəlki işimə bərpa olundum
1998-ci ildə üçüncü övladım Uğur dünyaya gəldi.
1999-cu ildə anam haqqın rəhmətinə qovuşdu.
2003-cü ildə Azərbaycan Respulikası Cinayət Məcəlləsi-
nin 315-ci maddəsi ( vəzifəli şəxsi vəzifə başında döymək
ittihamı ) ilə 3 il 6 ay müddətinə şərti cəza ilə məhkum
olundum
2008-ci ildə Bakı şəhərinə köçdüm və Yasamal rayonun-
da, 20 saylı məktəb-liseydə müəllim fəaliyyətimi davam
etdirdim.
2009-cu ilin iyun ayında “Nehrəm” Xeyriyyə Cəmiyyə-
tinin sədri seçildim və 2010-cu ilin dekabr ayında istefa verdim.
2009-cu ildən Azərbaycan Turizm İnstitutunda müəllim
işləyirəm.
2012-ci ilin martında
BAXCP sədrinin müşaviri, 2013-cü
ilin yanvarında isə BAXCP Təşkilat Məsələləri üzrə katibi
təyin olundum.
Bu mənim rəqəmlərlə olan ömür cizgilərim idi. İndi isə
bu cizgilərdə gizlənən yaşantılarımdan yadımda qalanların
bəzilərini paylaşmaq istəyirəm.
Böyük Azərbaycan yolçusu
110
NEHRƏM
Doğulduğum Nehrəm kəndi Azərbaycanın ən maraqlı
yerlərindən biridir. Nehrəmə fenomen kənd də deyə bilərik.
Çünki, bu kənddə olub bitənləri, əhalinin yaşam tərzini, adət-
ənənəsini, daxili münasibətlər sistemini, ailə münasibətlərini,
düşüncə tərzini və s. öyrənəndə görürsən ki,
həqiqətən Nehrəm
fenomen bir kənddir. Mənim düşüncəmlə Nehrəmdə baş
saxlamaq asandır, amma ad saxlamaq çətin. Yəni son dövrlərə
qədər Nehrəmdə heç bir dava üçün, hətta qan tökülsə, ölüm
olsa belə şikayət edilməz, adam tutdurmazdılar. İki ağsaqqal
düşərdi qabağa istənilən məsələni yoluna qoyardı. Amma kim
olmağından asılı olmayaraq hər bir adam xasiyyətinə,
xarakterinə, insanlara münasibətinə,
işinə-peşəsinə görə və
elədiyi əməllərə uyğun ayama-ad qazanardı. Çox az adam
olardı ki, əlavə adı - ayaması olmasın. Bu indi də belədir.
İki nehrəmli hətta düşmən olsa belə Nehrəmdən kənarda
başqa nehrəmlinin döyülməsinə, təhqir olunmasına,
alçaldılmasına dözməz, düşmən olmalarına baxmayaraq orda
həmin düşmənini müdafiə edər, kənddə isə düşmənliyini davam
etdirərdi. Burda iki incə məsələ var:
-Bir nehrəmlinin kənarda döyülməsi, söyülməsi və ya
alçaldılması hər bir nehrəmli üçün qəbuledilməzdi, buna
qarşı çıxmamaq isə təsibsizlik və qeyrətsizlik sayılır;
-İki nehrəmlinin düşmənliyi
bir ailənin iki fərdinin
münasibəti kimidi və kənar adamların o ailənin bir üzvünə qarşı
hərəkəti bütün ailəyə edilmiş hesab olunur.
Nehrəmin tarixi demək olar ki, öyrənilməyib. Təkcə elə
kəndin adı haqqında bir çox versiya var. Nehrəm sözünü ərəb
dilində olan “nehr” – çay sözü ilə əlaqələndirən də var,
ALLAHIN Elçisi həzrəti Nuhla əlaqələndirən də. Naxçıvan
sözünün də Nuhla əlaqələndirilməsini, Haçadağ və Gəmiqaya
Böyük Azərbaycan yolçusu
111
haqqında əfsanələri və s. nəzərə alsaq Nehrəmin adının Nuhla
bağlı versiyası məncə daha çox məntiqli olar. Eyni zamanda
Nehrəmin tarixi ilə bağlı kənddəki bir çox tikili (o
cümlədən
XVIII əsrə aid hamam dağılıb), kəndin həm tarixini, həm
mədəniyyətini özündə yaşadan bir çox adət-ənənə, mərasim və
oyunlar unudulub ki, bunların da öyrənilməsi həm kəndin
vətənimizin tarixinə, həm də millətimizin tarixinə və
mədəniyyətinə ışıq tutmaq üçün çox yararlı olardı.
Nehrəmin bir çox mənəvi-psixoloji ölçülərə görə belə saf
və təmiz qalmasının əsas səbəblərindən
biri də kəndin yüz
illərlə qapalı həyat yaşaması, başqa yaşayış məskənləri ilə
əlaqələrinin ailə bağı ilə yox yalnız ticarət və heyvandarlıq
əlaqəsində olması ilə bağlıdır. Hətta yüz illər boyu başqa
yerlərdən yaşamaq üçün Nehrəmə gələn ailələri və insanları
belə kəndin içərisində məskunlaşmağa qoymayıb kəndin
kənarlarında onlara yaşayış haqqı tanıyıblar. Məncə burda bir
neçə səbəbi əsas götürüblər:
-Yeni gələnlərin əxlaqi, mənəvi, psixoloji vəziyyətlərini
bilmədiklərindən onların yerli əhaliyə mənfi təsir edəcəyi
düºünülüb;
-Yeni gələnlərin məqsəd və məramını bilmədiklərindən kəndə
verə biləcəkləri zərəri heçə endirmək hesablanıb;
-Kəndə qarşı kənardan ola biləcək bir çox təhlükələrin
(oğurluq, soyğunçuluq və s.) qarşısını almaq məqsədi ilə bufer
zona
yaratmaq nəzərdə tutulub;
-Kəndin bütün müsbət keyfiyyətlərini qorumaq məqsədi ilə qan
qarışığının qarşısının imkan daxilində alınması məqsədi ilə
kənar yerlilərlə ailə münasibətlərinin qarşısının alınması əsas
götürülüb.
Kənardan gələn ailələr tamamı ilə kəndin adət-ənənəsinə,
psixologiyasına və ruhuna uyğunlaşana qədər kənd əhalisi ilə
qaynayıb qarışmasının qarşısının alınması hesabınadır ki, bu
gün də Nehrəmdə Türkə məxsus bir çox müsbət (mərd,
Böyük Azərbaycan yolçusu
112
qorxmaz, etibarlı, sözü bütöv, düz, qeyrətli, namuslu, iradəli,
əliaçıq və gözü-könlü tox, dostluğa sadiq və düşmənə amansız
olmaq və s.) keyfiyyətlər, adət-ənənə (bir
çox bayramlar,
mərasimlər və oyunlar) qorunub saxlanıb.
Nehrəmdə elə təkcə məhəllələrin adının (kəndin əsas
qədim məhəllələrinin adları Qumqala, Təpəbaşı, Çaylaq,
Xəndək (Xəndək deyilən məhəllə heç də çuxur, çökək deyil,
məncə bu söz təhrif olunub), Bağarası) araşdırılmasının özü
həm kəndin və vətənimizin tarixi, toponomikası və həm də bu
kənddə yaşayan əhalinin kimliyi və necəliyi haqqında çox ma-
raqlı bilgi verir. Nehrəmdəki məhəllələrin adları bütün türk-
lərdə olduğu kimi əsasən yerin xüsusiyyətinə uyğun adlan-
dırılıb.
Nehrəmin tarixinin araşdırılması baxımından dinə
münasibətinin də öyrənilməsi vacibdir. Belə ki, kəndin qədim
hissəsində (yəni qədimdən yaşayış məskəni olan hissəsində)
dörd məscid bir İmamzadə olub ki, böyük bir ərazini əhatə edən
və Nehrəmin tarixinin araşdırılmasında xüsusi əhəmiyyətli olan
kənd qəbristanlığı da bu İmamzadənin ətrafında salınıb (və ya
İmamzadə bu qəbristanlığın ortasında tikilib). İslam dininə
mənsub bir belə ibadət yeri olmasına
və Cəfəri məzhəbinin çox
bərk oturuşmasına baxmayaraq burda Novruz bayramının
qorunub saxlanılması, odun müqəddəsliyinə inam və bir çox
oyunların bu günə qədər yaşamasının özü ayrıca araşdırmanın
mövzusu ola bilər. Bir sözlə Nehrəm həqiqətən çox maraqlı
kənddir və mən də NEHRƏMLİ OLMAĞIMLA QÜRUR
DUYURAM!
Bu gün xarakterimdə, xasiyyətimdə, əməllərimdə yaxşı nə
varsa bunun üçün ATA-ANAM BAŞDA OLMAQLA
AİLƏMƏ, MƏNSUB OLDUĞUM UCA TÜRK MİLLƏTİNƏ
və DOĞULDUĞUM NEHRƏM KƏNDİNƏ BORCLUYAM!