Böyük Azərbaycan yolçusu
121
bizə daha çox maraqlı gəlir, onların söhbətlərində adını
çəkdikləri əsərləri, şeirləri və kitabları tapıb oxumaq üçün
bəzən bir-birimizlə rəqabət aparırdıq. Zaman ötdükcə biz də
oxuduqlarımızın və eşitdiklərimizin hesabına bu söhbətlərə
qoşulur, bəzən isə hətta bizdən böyüklərlə mübahisəyə də
girişirdik. Mənimçün bu proses 1980-ci ilə qədər davam etdi və
Asif Kələntərli ikiyə bölünmüş Azərbaycanı birləşdirmək üçün
çoxlu adamların fəaliyyət göstərdiyini və hətta gizli təşkilatlar
olduğunu dedi. Həftədə 3-4 dəfə görüşdüyümüz üçün və bu
söhbətlər hər gün daha da dərinləşdiyindən mən bir gün bizim
məktəbdə də Qulu Vəliyev (indi Kanadada yaşayır) və Nizami
Məmmədovla (sonralar hərbi məktəb qurtardı, əvvəl Naxçıvan
Sərhəd dəstəsinin Komandiri, sonra
isə Milli Təhlükəsizlik
sistemində işlədi) belə bir təşkilat qurduğumuzu dedim. Asif
Kələntərli hər söhbətimizdə mənə ehtiyatlı olmağı, onunla olan
söhbətləri heç kimə deməməyi, bu gizli təşkilatların bir sirr
olduğunu, onun və dostlarının (yuxarıda bir qisminin adlarını
çəkdim) mənə inandığını və etibar etdiyini aşılaması onunçün
məni hazırlamaq idisə mənimçün artıq özünəgüvən, etibarlı və
inanılan bir adam olduğum qətiyyəti idi. Və 1980-ci ilin
sonlarında Asif Kələntərli heç kimə deməmək şərti ilə mənə bir
sirr açmaq istədiyini dedi. Mən söz verib and içəndən sonra
Asif onların da belə bir təşkilatı olduğunu, istəsəm məni də
qəbul edəcəklərini dedi. Mən heç bir tərəddüd etmədən və qəti
şəkildə istədiyimi bildirdim. Beləliklə mən də gizli təşkilatın
üzvü oldum və bir neçə ay sonra isə tez-tez bizimlə görüşən,
çay içən, söhbət edən bizdən yaşca böyük dostlarımızın
hamısının da bu təşkilatın üzvü olduğunu öyrəndim.
Bundan sonra çoxlu sayda inqilabi ədəbiyyat,
Azərbaycan
dili, tarixi və mədəniyyəti ilə bağlı əsər oxumağa başladım ki,
bu da mənim sonralar insanlarla münasibətimdə mühüm rol
oynadı.
Böyük Azərbaycan yolçusu
122
2. Gizli təşkilat dövründə Ordubad rayonunda Şəfa
bulağında, Babək rayonunda Uzunoba gölündə, Xalxal və
Şıxmahmud meşəsində, Şərurda və Naxçıvan şəhərində,
dostlarımızın evində dəfələrlə gizli yığıncaqlarımız olub. Hər
adi bir şeyi,-doğum gününü, toyu, il dönümünü və s. bəhanə
edib yığıncaq keçirirdik. Bu yığıncaqlarda adlarını yuxarıda
qeyd etdiklərimlə yanaşı Şərurdan İnqilab Orxan, Muxtar
Rzayev, Mehman Qaraağac (Allah rəhmət eləsin),
Hüseyn bəy
(soyadını unutmuşam) və 2-3 nəfər adını unutduğum
dostlarımız, Şahbuzdan Fərzuq bəy, Babəkdən Fərəc Yusifov
və Salman bəy (soy adını unutmuşam), Culfadan Bayram
Muradov, Fətəli İmanov, Əhliman Ərəfsəli (Allah rəhmət
eləsin, soyadını unutmuşam) , Ordubaddan iki Hüseyn adlı
dostumuz, Şəmil bəy (soyadlarını unutmuşam) və adlarını
unutduğum dostlarımız daimi iştirak edirdilər.
3. Biz türkçülüyün təbliği və bizə qarşı yeridilən assimliya-
siya siyasətinin zərərlərinin qarşısının alınması üçün 250-300
oğlan, elə bir bu qədər də qız adı yazmışdıq ki, yeni doğulan
körpələrə bu adların verilməsinə çalışırdıq. Bu gün həmin
dövrdə doğulanlardan milli adları daşıyanların sayı çoxdur.
Mən də qardaşım Hüseynin həmin dövrdə doğulan qızına Turan
adı qoymuşam.
4. Səhv etməsəm 1986-cı ildə Asif Kələntərlini, İbrahim
İbrahimlini və Fərəc Yusifovu təşkilata pul qazanmaq məqsədi
ilə Rusiyaya alma yığımına göndərdik.
Düzdü onlar pul qazana
bilmədilər, amma Naxçıvana qayıdan kimi DTK Asifi və
İbrahimi bir-bir çağırdı və sorğu sual elədi. Bundan sonra bir
müddət fəaliyyətimizi yavaşlatdıq.
5. Bu dövrdə çoxlu yazı-pozularımız da vardı. Bunların bir
qismi iki dəfə məndə məhv oldu.
-Sənədlərin bir qismi məndə idi. Ələ keçməsin deyə o vaxt
suvarmadığımıza görə həyətimizdə torpağa basdırmışdım. Sel
gəldi basdı və bütün sənədlər məhv oldu.
Böyük Azərbaycan yolçusu
123
- DTK bizim uşaqlardan Asifi və İbrahimi çağıranda hər an
məni də çağıra və ya tuta bilərlər deyə məndə olan sənədləri ələ
keçməməsi üçün yandırdım.
6. Instituta qəbul olandan sonra Bakıya getmək vaxtı
çatanda Asif Kələntərli mənə Bakıda təşkilatın Bakı bürosunu
yaratmağın vacib olduğunu dedi.
7. İnstitutda oxuduğum müddətdə;
- Təşkilata yeni üzvlər cəlb etmək məqsədi ilə bir neçə nəfər
üzərində işləyirdim;
- Təşkilatı genişləndirmək məqsədi ilə iki dəfə Gəncəyə bir
dəfə də Xarkova getdim;
- 1984-cü ildə təşkilatın Bakı bürosunun rəhbərliyini Neymət
Pənahlıya
təhvil verdim
- II kursda-1982-ci ildə Söhrab Tahirin ədəbiyyat dərnəyinə
üzv yazıldım. Burada əsasən yeni yazılan şeirlər oxunur və
müzakirə edilirdi. Mən bura şeir oxuyub müzakirə etməkdən
çox gizli təşkilatın məqsədləri üçün gəlsəm də hər dəfə bir şeir
oxuyurdum. İşlərim pis getmirdi. Mənim hər dəfə vətənsevərlik
mövzusunda oxuduğum şeirə Söhrab Tahir çox xoş yanaşır, hər
dəfə mənim haqqımda xoş sözlər deyirdi. Burda bir çox güneyli
ilə tanış olmuşdum. Onlardan xüsusi ilə yadımda qalan Həmid
Herisçi və Vəli adlı biri ilə daha çox yaxınlıq edir, tez-tez dər-
nəkdən sonra özümüz söhbətləşirdik. Bu vəziyyət 1984-cü ilə
qədər davam elədi. 1984-cü ildə təşkilatda Rusiyanın müxtəlif
şəhərlərindən Azərbaycanda
yaşayan əslən türk olduğunu
bildiyimiz vəzifəli şəxslərə, elm, ədəbiyyat və incəsənət
adamlarına çoxlu sayda (təxminən 5 - 10 min məktub nəzərdə
tuturduq), amma eyni məzmunda məktublar göndərməyi
planlaşdırırdıq. Bu məqsədlə həm çoxlu pul lazım idi həm də
ciddi əlaqələr. Buna görə 1984-cü ildə təşkilatın tapşırığı ilə
Söhrab Tahirə bizim Güney Azərbaycanla işləmək istədiyimizi
və bununla bağlı bizə iki tərəfli
- Güneylə əlaqə yaratmağımıza yardımçı olması,
Böyük Azərbaycan yolçusu
124
- İmkan daxilində maddi kömək etməsini dedim.
Söhrab Tahir kömək etməyi bir yana,
mənə çox sərt şəkildə
bir də buralara gəlib belə sözlər danışma, axırıncı dəfə olsun
sənin bura gəlməyin deyərək məni qovdu!
Eyni məsələni Məmməd Araza da açdım. M.Araz Söhrab
Tahirdən fərqli olaraq əvvəlcə bizə həmin müddət təzə çapdan
çıxan və satışda tapılmayan “Dünya sənin, dünya mənim...”
kitabından müəyyən qədər (100-200 ədəd ) verməklə kömək
edəcəyini dedi. Düzdü sonradan nədənsə bu olmadı, amma nə
məni qovdu, nə də münasibətimizdə soyuqluq yaratdı. Əvvəlki
kimi (bəlkə əvvəlkindən də daha yaxın və səmimi)
dostluğumuz davam elədi. Hətta bundan sonra məni kiməsə
təqdim edəndə bir çox xoş sözlərlə yanaşı “çox ağıllı, qeyrətli
və dəyərli oğlandı” deyə təqdim edirdi. Bundan sonra
oxuculardan və bir çox sayılıb seçilən adamdan ona gələn
məktubları oxuyub cavab yazmaq üçün mənə verirdi. Əvvəllər
yazdığım məktubları ona oxusam da sonralar buna da ehtiyac
görmədi.
Bakıda oxuduğum dövrdə Mirəli Seyidov,
Məmməd Araz,
Yaşar Əliyev, Abbas Abdulla və b. ilə yaxın əlaqə yaratdım.
8. 1983-ci ildə Novruz bayramını birlikdə keçirmək üçün
Asif Kələntərli məni axşam evlərinə dəvət etdi. Yemək zamanı
çal-çağır səsi gəlirdi. Mən bunun nə olduğunu soruşduqda Asif
digər bir gizli təşkilat qrupunun ( Aydın Qasımov, Oqtay
Daşoğuz, Fəxrəddin Şeyxələsgərsoy (Allah rəhmət eləsin) və
b. bu təşkilatda idilər) bayram keçirdiyini dedi. Yeməkdən
sonra şəhərə çıxdıq. Bayram çadırı Asifgilə yaxınlıqda Şahab
məhəlləsində qurulmuşdu. Gözəl saz çalınırdı. Asifə bəlkə biz
də gedək dedim. Asif DTK-nın ona xəbərdarlıq etdiyini
bildirib getmədi. Mən getdim. Çadıra girib elə girişdəcə
dayanıb heç kimin gözləmədiyi bir halda uca səslə bir təbrik
sözü dedim: “Sağda oturan sağ bəylər, solda oturan sol bəylər,
dibdə oturan xas bəylər, sözüm sizədi”
deyib Atabəylərdən Şah