Böyük Azərbaycan yolçusu
125
İsmayıla, Şah İsmayıldan Cavad xana və ən nəhayət
Azərbaycanın ikiyə bölünərək işğal olunmasını əhatə edən bir
çıxış etdim və sonda isə hamıya Azərbaycanın birləşdiyi günü
görməyi arzuladım. Bayram təşkilatçılarından iki nəfər gəlib
məni yuxarı başa dəvət etdi və aparıcı “dilə bizdən, nə dilərsən“
deyə arzumu sordu. Mən aşığın bir Ruhani havası çalmasını
istədim və gəldiyim kimi hiss olunmadan çadırın arasından
çıxıb getdim.
9. Bir həqiqət var ki, gizli təşkilatdan olan dostlarımızın
hamısı eyni imkanlara sahib idi. Bütün günü müzakirələr, ora-
bura yol döyəndən sonra çox vaxt günorta yeməyimizi ya
Əsgər Qəliloğlunun atasının çayxanasında Əsgərin, ya da
Məmməd İsmayılovun işlətdiyi çayxanada Məmmədin hesa-
bına yeyirdik. Bu gün çox yuxarıdan baxıb bəzi dostlarımızı, o
cümlədən Əsgəri görməyənlər o zaman Əsgərin atasının
çayxanasında çayçı işləyirdi. Qismət olsa xatirələrimi yazanda
bu mövzunu daha geniº və dəqiq iºləyəcəm.
10. İnstitutu qurtarıb kəndə qayıdandan sonra Gizli
Təşkilatdakı dostlarımla əlaqələrim daha da artdı. 1987-ci ildə
soyadımın sonluğunu dəyişdim. Naxçıvan şəhərində Tarix
muzeyində qurduğumuz “Yurd” birliyi fəaliyyətini 1987-ci
ildə daha da genişləndirib qısa müddətdə çox məşhurlaşaraq
ətrafına həddən çox dinləyici və üzv topladı.
Həm mə-
dəniyyətimizə xidmət etmək üçün, həm də izi azdırmaq üçün
Bəhruz Kəngərlinin qəbrinin və İmamzadə türbəsinin abadlaş-
dırılması ilə bağlı işlər gördük. Bu dövrdə mən də Nehrəmdə
bir qrup nehrəmli ilə “Aşkarlıq” birliyini qurdum. ”Aşkarlıq”
birliyinin tədbirlərindən Novruz bayramı, Amerikada yaşayan
nehrəmli Məmmədhüseyn Niftəliyevlə, Qaqauz türklərindən
Tudora Arnaut, Altay türklərindən Ejer Çolakov, Almaniyada
yaşayan Gündüz Varolla görüş, tanınan nehrəmlilərlə
müzakirələr, ərəb əlifbası və rus dili öyrənmə kursları oldu.
Böyük Azərbaycan yolçusu
126
TƏLƏBƏLİK İLLƏRİ
1. 1981-ci ildə orta məktəbi bitirdim. Mən əsasən həmin
dövrün ən nüfuzlu Ali məktəbi
və yeganə universiteti olan
Azərbaycan Dövlət Universitetinə hazırlaşırdım, amma
evdəkilər mənim əmim oğlu Məmməd Hacıyevin işlədiyi
Politexnik İnstitutunda oxumağımı istəyirdilər. Mən bunu
istəməsəm də onlara heç nə demir əl altından həm də Bədən
Tərbiyəsi institutu üçün sənəd hazırlayırdım.
2. Sənəd qəbulu vaxtı qardaşım Hüseynlə birlikdə gəldik
Bakıya. Getdik əmim oğlu Məmməd müəllimgilə. Söhbət
əsnasında əmim oğlunun yoldaşı Şəfiqə xanım əmim oğluna
çox qəti və sərt şəkildə “ana tərəfindən kim gəlib kömək
eləmisən. Dədə tərəfindən birinci adamdı. Buna da kömək
eləməyib kimə kömək edəcəksən? Əlindən nə gəlirsə kömək
elə” dedi. Bu sözdən sonra əmim
oğlu Məmməd müəllim
qardaşım Hüseynə sabah aparın sənədləri verin gedin kəndə bir
də imtahanlarda gələr. Özüm nə lazımsa həll edəcəm deyə
mənə hər cür kömək edəcəyini bildirdi. Və beləliklə
əmioğlumgildən çox xoş və razı halda ayrıldıq. Səhər sənədləri
verməmiş mən qardaşım Hüseyni kəndə yola saldım və
sənədlərimi isə Politexnik İnstitutunun əvəzinə Bədən Tərbiyə
İnstitutuna verdim. Qəbul olandan sonra kəndə teleqramma
vuranda qardaşım çox hirslənsə də, anamgil qəbul olduğum
üçün onu mənə mehriban olmağa razı salmışdılar.
3. Yuxarıda qeyd etdiyim kimi 1981-ci ildə Sergey
Mironoviç Kirov adına (bunu qəsdən yazıram: 1. Bilinsin ki,
bir zamanlar Azərbaycanda yer adları, müəssisə adları və s.
adlar rus imperiyasının diktəsi
və assimlriyasiya siyasəti
məqsədi ilə Azərbaycana yad olan adamların adı ilə
adlandırılırdı, 2. Bu adlar bir anda bir qərarla ləğv olundu)
Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna (indiki
ADBTİA ) qəbul oldum.
Böyük Azərbaycan yolçusu
127
4. Həm qəbul vaxtı, həm də qəbul olduqdan sonra bir
müddət bacım qızı Zeynəbgildə qaldım. Zeynəbin yoldaşı
Yasin çox gözəl insandı. Mənə və Bakıya gələn bütün
qohumlarımıza o qədər mehriban idi ki... Elə bu mehribanlığın
hesabına idi ki, beş uşaqları olmasına baxmayaraq Bakıya gələn
bütün qohumlarımız onların evinə qonaq düşürdü. Sonralar
əvvəl Əhmədlidə, sonra Binəqədidə və Sovetskidə kirayə
qaldım. Yasamalda qalanda isə böyük bir qrupla davaya
güşdüm. Buna görə də Muxtar bəyin (Kazımoğlu və
Məmmədəli bəyin (Qıpcaq) məsləhəti ilə bir müddət
Məmmədəli bəyin rəssamlıqda oxuyan qardaşı ilə birlikdə
Dərnəgüldə qaldım.
5. Tələbəlik dövrüm çox maraqlı və qaynar keçib. Bizim
74108-ci qrup əsasən güləşçilərdən və boksçulardan ibarət idi.
2-3 nəfər isə başqa idman növləri ilə məşğul olurdu.
Mühazirələrdə birləşdiyimiz (potok olduğumuz ) 74109-cu
qrup isə əsasən futbolçulardı. Elə ilk vaxtlardan uşaqlarla yaxşı
münasibətim yarandı. Amma mən həm də uşaqlara gizli
təşkilata üzv olmaları baxımından yanaşırdım. Buna görə
Borçalıdan olan Bayram Hümbətov (Allah
rəhmət eləsin,
Rusiyada qətlə yetirildi), Göyçədən olan Mirsənhan
Bayramov, Qəmbər Cəfərov və Bakıdan , Hökməli kəndindən
olan Elçin Novruzovla və bir də başqa qrupda olan ordubadlı
Maqsudla daha sıx ünsiyyət qurmağa başladım. İnstitutu
qurtaranda Bayram Hümbətov demək olar ki, hazır idi. Bayram
millətçi və vətənsevər kimi digər uşaqlardan çox fərqlənirdi.
Arxangelskdə tələbə inşaaat dəstəsində olanda da mən, Bayram
və Mirsənhan (mən ona hər zaman Ya Şeyx deyə müraciət
edirdim) hər zaman birlikdə olurduq. Tələbə yoldaşlarımızdan
Masallıdan Əliniyaz Mirzəyev, Nehrəmdən Səməd Bağırov,
Hacıqabuldan Zakir Həsənov, Qazaxdan Tapdıq Hacıyev,
Culfadan Hidayət Behbudov və Naxçıvandan
Zakir Babayev
bizdən yaşlı idilər. Tələbə yoldaşlarım Sumqayıtdan Nuşirəvan
Böyük Azərbaycan yolçusu
128
Abdullayev, Zöhrab Eyvazov, Sərdar Şükürov, Xəqani
Şəbiyev, Nazim Nuriyev, Bakıdan Nazim Mirhüseynov, Asəm
Əliyev, Gəncədən Hüseyn Hüseynov, Siyəzəndən Yavər
Ramazanov, Mingəçevirdən
Fəxrəddin Şaxtaxtiniski, Ağdaşdan
Loğman Mirzəliyev sonradan bizim qrupa gələn Şəkidən Azər
Sadiqov, Sabirabaddan Təyyar Hüseynov və Tərtərdən Elbrus
Qəndilov hərəsi bir sahədə uğur qazandı. İndi biz tez-tez əlaqə
saxlayır və ara-sıra görüşürük.
6. Dərslər başlayandan bir neçə həftə sonra İnstitutun Rus
dili kafedrasının müdiri Arif Əliyevlə tanış oldum. Arif
müəllimlə tanışlıq mənim tələbə həyatıma və sonrakı
fəaliyyətimə ciddi təsir elədi. Belə ki, sonradan mən Arif
müəllimin təklifi ilə elmi məqalələr işləyərək Tələbə elmi
cəmiyyətində və konfranslarda iştirak edib I yerə layiq
görüldüm. Daha sonra isə həmin araşdırmaları davam etdirərək
“Azərbaycan qəhrəmanlıq dastanlarında fiziki tərbiyə
məsələləri” mövzusunda diplom işi yazdım və uğurla müdafiə
elədim. Bu araşdırmaları apararkən Respublika Əlyazmaları
İnstitutndakı materiallardan da istifadə etmək lazım gəldi.
Burda isə rəhmətlik Əbülfəz bəylə tanış oldum. Əbülfəz bəy
mənə “Şah İsmayıl “ dastanının oxunmasında
və tərcüməsində
kömək etdi. Arif müəllim sonralar çox təkid elədi ki, mən bu
mövzunu biraz da genişləndirib namizədlik dissertasiyası edim,
amma həm vaxtım olmadığı üçün, həm də maddi cəhətdən
imkansılığıma görə razılıq vermədim. Buna baxmayaraq
respublika mətbuatında bu mövzuda bir-neçə elmi məqaləm
çap olundu.
7. İşlərim çox yaxşı gedirdi. Elə birinci kursda ikən sərbəst
güləş üzrə respublika yığma komandasına dəvət olundum. Həm
məşqlər, həm dərslər və həm də gizli təşkilat maraqlarına
uyğun fəaliyyəti heç cür çatdıra bilmirdim. II kursda artıq
məşqlərdən imtina etdim və əsas vaxtımı elmə və gizli təşkilat
fəaliyyətinə verdim.