Böyük Azərbaycan yolçusu
113
AİLƏM
Dünyaya gəlişimlə bağlı həqiqət və düşüncəm belədir:
Doğuldum il üzünə,
Düşdüm bayram izinə.
Quyladı göbəyimi,
Anam odun közünə
Mən yurdumda bəy oldum!
Anam həqiqətən məni plovu dəmə qoyandan sonra
dünyaya gətirib.
1. Hər gün səhər yuxudan duran kimi qaçıb girərdim
dədəmin yanına və dədəm yorğanını mənim üstümə örtüb, məni
qucaqlayıb yatardı. Bugün də elə elədim. Yuxudan duran kimi
qaçıb girdim dədəmin yanına. Amma dədəm məni qucaqla-
madı.
Dədəmin məni qucaqlaması hər zaman çox xoşuma gəlirdi
deyə dədəmi bir neçə dəfə çağırdım ki, oyanıb məni qucaqlasın
və üstümü örtüb yatsın. Amma dədəm oyanmırdı. Bacım Zəkirə
yenicə doğduğu üçün anam bacımın yanında qalırdı. Evdə
dədəm, iki bacım və mən idim. Dədəm oyanamdığından və
mən də bunun nə demək olduğunu bilmədiyimdən bacımı
çağırıb dədəmi oyatmasını istədim. Bacım da dədəmi oyada
bilməyəndə birdən “dədəm ölüb” dedi və ağlamağa başladı.
Ölümün nə olduğunu bilməsəm də bacımın ağlamasından pis
bir şey olduğunu başa düşdüm və mən də ağlamağa başladım.
O ağlamaqdır ki,
hələ də yetim görəndə, bir sınıq qəlbli insanla
rastlaşanda və ya bir insana qarşı haqsızlıq görəndə içim qan
ağlayır.
2. Dədəm çox dindar olub. Biri piyada olmaqla iki dəfə
Kərbəlanı ziyarətə gedib. Quranı çox sərbəst oxuyurdu. Dədəm
uzun müddət dəmiryolunda - Nehrəm və Dərəşam stan-
Böyük Azərbaycan yolçusu
114
sıyalarında işləyib. Dəmir yolunda işlədiyi üçün müharibəyə
aparmayıblar. Nehrəm stansiyası bizdən təxminən 10 km-ə
yaxın, Dərəşam isə ondan da uzaq bir məsafədədir.
Hər gün bu
yolu piyada gedib qayıdırmış. Yolun belə uzaqlığı və işin
ağırlığı onu vaxtsız qocaltmışdı. Sonralar günəbaxan tumu
satmaqla ailəni dolandırırdı. Dədəm həm də gilənar (bəzən ərik,
bəzən də dağdağan çubuğundan düzəldirdilər) çubuğundan
düzəldilmiş uzun müşdüklə əvvəllər eşmə (papiros kağızının və
ya qəzet parçasının arasına tütün qoyub bükərək çəkilən papiros
variantı), sonralar isə papiros çəkirdi.
3. Dədəm öləndən sonra anam mənə həm ata olub həm ana.
Bacılarım mənə görə öz həyatlarını qurban verdilər. Bir də
qardaşım Hüseynin haqqı çox olub üstümdə. Anam da,
bacılarım da, qardaşım Hüseyn (Allah rəhmət eləsin) də
çalışıblar mən yetimliyi hiss etməyim. Nə etsələr belə hər
addımda, hər yerdə, hər münasibətdə bu özünü göstərir.
Yetimlik çox ağır bir yaşam halıdır. Bunu yaşamayan bilməz.
Necə ki, bir bayatımızda deyilir:
Əzizim neçə dağlar,
Saymadım neçə dağlar.
Yetim yanağı bilir,
Göz yaşı necə dağlar.
Mən isə düşünürəm :
Bütün yetimliklər ötəndi, Dədə!
Yetimlik hamıya yetəndi, Dədə!
Ən köməksiz yetim Vətəndi, Dədə!
Yetimlik dağıdan tufandı, Dədə!
4. Dədəmdən sonra 1970-ci ildə bacım Məsmə haqqın
rəhmətinə qovuşdu. Bacım Məsmə öləndə balaca qızı
Məhəbbət 3 aylıq idi və anam onu kimsəyə verməyərək özü
saxlayıb böyütdü. Bundan bir az sonra isə bacım Zeynəbin
yoldaşı motosikl qəzasında öldü. Bütün bunlar həm bütövlükdə
ailəmizə, həm də ayrılıqda anama çox ağır təsir etdi. Demək
Böyük Azərbaycan yolçusu
115
olar ki, hər gün dərsdən gələndə anamı bayatı-ağı deyib ağlayan
görürdüm. Anam dağ idi bir belə dərdə dözürdü. Məndə
bayatıya, ağıya sevgi də bu dönəmdə yarandı.
5. Sonralar hər axşam anamın ögey atası Aşıq Nəmət
(ALLAH ondan razı olsun. Anamı doğma övladlarından
seçmirmiş. Əsl adı yəqin ki, Neymət imiş)
bütün qohum-
əqrəbanı başına yığıb nağıl (nağıl və dastan ) danışardı, bir çox
dini və həyati məsələlərdən, əhvalatlardan söhbət edərdi. O
dövrdə radio-televiziya olmadığından bütün qohum əqraba,
hətta yaxın qonşular belə babamgilə yığışardılar. Bütövlükdə
məndə ədəbiyyata və folklorumuza maraq anamın və babamın
vasitəsi ilə o dövrdə yarandı.
6. Həm evdə, həm də ətrafda insanlar qəlbimə dəyməsinlər
deyə çox vaxt məni etdiyim hərəkətə görə tənbeh etməz, mənə
qadağa qoymazdılar. Bu da mənim çox sərbəst və bir az da
şıltaq bir uşaq kimi böyüməyimə səbəb olub. Bununla yanaşı
məni
demək olar ki, heç bir fiziki işdə işlətmirdilər ki,
dərslərimi oxuyum. Bu isə mənim fiziki əməkdə bişməməyimə,
bacarıqsız və tənbəl olmağıma səbəb olub.
7. Bacılarım Zəhra və Kubra mənə görə çox əziiyət
çəkiblər və demək olar ki, həyatlarını mənə qurban verdilər.
Hər ikisi mənim oxumağım və korluq çəkməməyim üçün ən
ağır zəhmət olan, qul əməyi deyilən pambıq, tütün və üzüm
tarlalarında çalışırdılar. Mən
orta məktəbdə oxuyanda mənim
dərsdən qalmamağım və oxumağım üçün, Zəhra və Kubra
institutda oxuyanda isə mənə pul göndərmək üçün hər əzaba
dözüblər. Bu indi də belədir, mənə görə hər cür əzab-əziyyət
çəkirlər. Mən institutda oxuyanda bacılarımla yanaşı qardaşım
Hüseyn də həm öz ailəsini saxlayır, həm də mənə kömək edirdi.
8. Məhəbbəti bacım qızı yox bacı bilirəm.Bəlkə də digər
bacılarımdan çox istəyirəm. Məhəbbətə hər cür imkanı olan
ataların övladına elədiyi toydan üstün toy elədim. Amma
Böyük Azərbaycan yolçusu
116
Məhəbbət gəlin gedəndə bilmirəm sevincdən idi ya ayrılıqdan
idi məni bərk ağlamaq tutdu. Heç cür özümü ələ ala bilmədim.
9. Anamı hədsiz dərəcədə çox sevirdim. Həqiqətən elə
bilirdim anamdan ayrı düşsəm ölərəm. Amma ölmədim. Anam
da deyəsən məni övladlarının içində hamıdan çox istəyirdi.
Bəlkə də mənə belə gəlir. Ancaq rəhmətlik
ölənə qədər heç bir
qohum nədi, hətta heç bir övladının evində belə qalmırdı. Sözü
də bu idi ki, ”yox ayrı yerdə qalammıram” və ya “Bünyamingil
tək qalar”. Dayılarım bəzən zarafata salıb deyirdilər ki, ”niyə
Bünyaminə süd verirsən?”. Mən həbsdə olanda anam bərk
xəstələnir. Bizim ailə həkimimiz Əli Ələsgərovu gecə saat 1-də
çağırmalı olurlar. Əli həkim qışın o şaxtasında 3-4 km məsafəni
piyada gəlir və nə dava-dərman lazımsa edir (ALLAH ondan
razı olsun, həm həkim kimi, həm də dost kimi.). Bu müddət
anamın yanına gələn qohum-əqraba,
qonum-qonşu anama
təsəlli üçün deyirlər ki, narahat olma İNŞAALLAH tezliklə
sağalarsan. Anam isə hamıya eyni cavabı verir ki,” narahat
olmayın Bünyamin gələnə qədər ölmüyəcəm”. Anam 1999-cu
il avqustun 12 təxminən günorta saat 4-də rəhmətə getdi. Ana-
mın dünyasını dəyişməsi ilə birdən-birə ailəmdə və həyatımda
bir boşluq yarandı. 36 yaşında olmağıma baxmayaraq özümü
tamamı ilə kimsəsiz və yetim hiss elədim. Uzun zaman özümə
gələ bilmədim.
10. Anam rəhmətə gedəndə çox adam telefonla və qəzetlər
vasitəsi ilə başsağlığı verdi. Amma Əbülfəz Elçibəyin “Azad-
lıq” qəzetində verdiyi başsağlığı tamam fərqli idi. ”Əbülfəz
Elçibəy Bünyamin Qəmbərliyə anasının vəfatı münasibəti ilə
dərin hüzünlə başsağlığı verir. ALLAH rəhmət eləsin”
11. 1991-ci ildə evləndim. Toya heç kimə dəvətnamə
vermədim. Çünki kimisə unudacağımdan və incidəcəyimdən
qorxdum. Sadəcə bir neçə yerdə kim
istəsə buyurub gəlsin
deyə ümümi şəkildə dəvət etdim. Toyda 1000 nəfərə yaxın
adam iştirak etdi. Təxminən 400-500 adamlıq çadır qurmuşduq.