Böyük Azərbaycan yolçusu
105
MƏHƏMMƏD CƏFƏR
OĞLU MƏMMƏDLİ
Tələbəsi
Mən azadlıq cəbhəsində bir fədai əsgərəm,
Çün azadlıq istiyirəm, bir də azad bir Vətən!
Qoy səngərlər evim olsun, dağlar başı məskənim,
Quzğunlardan, bayquşlardan təmizlənsin gülşənim!
Qoy gül açsın bundan
sonra çəmənlərdə nəstərən,
Çün azadlıq istiyirəm, bir də azad bir Vətən!
Səhənd
1986-cı il Sovet imperiyasının milli ruhlu, azadlıq
yanğısını ürəyində gəzdirənləri amansız təqib etdiyi ildə tanış
olduq. O zamanlar əlbəttə ki, tam olaraq
milli kimlik və Vətən
haqda açıq fikirlər deyilməsə də Bünyamin müəllimin hələ
həyata təzə qədəm qoyan 3-cü sinif şagirdi ilə maraqlanması
milli ruhu aşılaması sonradan kimliyin tanınmasında çox
əhəmiyyətli idi.
Çox ehtiyatla: - Şah İsmayılı tanıyırsanmı? sualına
çiyinlərimi çəkmişdim. Əvəzində bir gün sonra qəribə də olsa
“mükafat” – Fərman Kərimzadənin “Xudafərin körpüsü”
kitabını almışdım. Al, oxu! Şah İsmayılın kim olduğunu
Böyük Azərbaycan yolçusu
106
bilərsən, demişdi mənə. Sonradan bu kitab həyatıma işıq
olacaqdı. Nəinki Şah İsmayılı tanıyacaq
böyük ulusumun
görkəmli şəxslərini məhz Bünyamin müəllimin sayəsində
tanıyıb, sevəcəkdim. Onun zəngin kitabxanası sanki Vətən
tarixinin səhifələri idi. Hər səhifə isə bir başqa dünya.
Beləcə başladı tanışlığımız.
Sonradan milli azadlıq hərəkatı geniş vüsət aldı. Əlbəttə
ki, artıq Bünyamin müəllimin ətrafında demək olar ki, hər
təbəqə və yaşda adamlar vardı. Xüsusən Bünyamin müəllimin
məktəbdəki şagirdlərlə yorulmadan apardığı davamlı təşviqat
işləri bir çoxlarının həyatında dönüş yaratdı. Yadıma gəlir hələ
5-ci sinifdə oxuyanda sinifimizin “Fədailər” divar qəzeti də
məhz Bünyamin müəllimin tövsiyyə və tapşırıqları ilə çıxırdı.
O
qədər həvəsli idik ki, sinif yoldaşlarımızdan birinin atasının
evdəki çap makinasında onu çap variantında hazırlayardıq.
Başqa bir sinif isə “Qızılbaşlar” adlı divar qəzeti çıxarırdı.
Milli ruhun, özünüdərkin və kimliyin şagirdlərə aşılanma-
sında Bünyamin müəllim bütün günü yorulmadan çalışırdı. Bu
gün təqvimimizə bayram kimi çox sonralar salınan, bəzilərinin
isə hələ də salınmadığı bayramlarda tədbirlərin təşkil edilməsi
və demək olar ki, məhz milli oyanışa xidmət edən şeirlərin,
mahnıların həmin tədbirlərdə ifası buna nümunədir. Yuxarıda
Səhəndin həmin tədbirlərdən birində dediyim üçün yadımda
qalan və sonralar həyat himnimə çevrilən misralarıdır.
Bu gün də Bünyamin müəllim Vətən və dövlət qarşısında
əsl vətəndaş borcunu yerinə yetirir. Neçə-neçə tələbənin
gələcək fəaliyyətinə işıq saçır.
Bünyamin müəllim haqqında çox danışmaq, çox yazmaq
olar. Bünyamin müəllim sözün əsl mənasında MÜƏLLİMDİR.
Vətən
sevgisini, millət eşqini məndə oyatdığınıza görə Sizə
minnətdaram əziz MÜƏLLİMİM.
Əziz müəllimim, 50 yaşınız mübarək! 50 yaş nədir ki,
hələ Sizin Bütöv Azərbaycanı görmək arzunuz var. Arzu
Böyük Azərbaycan yolçusu
107
edirəm ki, sizin 51 yaşınızı Cıdır düzündə, 52 yaşınızı Şuşada,
53 yaşınızı Göyçə mahalında, 54 yaşınızı Borçalıda, 55 yaşınızı
Dərbəndin Narınqalasında, 60 yaşınızı Təbrizdə - Ərk qalasının
ətəyində keçirmək şərtilə 100 yaşınızı qeyd edək inşallah. Sizə
ehtiyacı olan hələ neçə-neçə tələbə var.
Bu müqəddəs yolda
Sizə uğurlar diləyərək, Tanrıdan möhkəm can sağlığı və uzun
ömür arzulayıram!
Nə yaxşı ki, varsınız!
Sonsuz hörmət və ehtiramla
Böyük Azərbaycan yolçusu
108
ÞZÖNDßN GÞRÖNßN ÞMÖR
ÖZLÜYÜM (Tərcümeyi-halım) RƏQƏMLƏRLƏ
Anam Lala Əli qızı məni 1964-cü il martın 20-də
(Nehrəmdə buna Bayram ayı deyirlər) plovu süzüb dəmə
qoyduqdan sonra dünyaya gətirib. Evin sonbeşiyi olmuşam.
1969-cu il dekabrın 31-də dədəm Kərbəlayi Nağdalı Hacı
Nəzəralı oğlu ALLAHIN rəhmətinə qovuşub.
1971-ci ildə Nehrəm kənd C. Məmmədquluzadə adına orta
məktəbin I sinfinə getmiş,1981-ci ildə həmin məktəbin X
sinfini bitirmişəm.
1980-ci ildə X sinifdə oxuyarkən Naxçıvanda fəaliyyət
göstərən gizli təşkilata üzv qəbul olundum.
1981-ci ildə Sergey Mironoviç Kirov adına
Azərbaycan
Dövlət Bədən Tərbiyə İnstitutuna qəbul olmuş, 1985-ci ildə isə
həmin institutu bitirmişəm.
1985-ci ildə Babək rayon Nehrəm kənd 8-illik məktəbində
müəllim kimi fəaliyyətə başlamış və 1996-cı ilə qədər həmin
məktəbdə (1987-ci ildə orta məktəbə çevrildi) işləmişəm.
1990-cı ildə Nehrəm kəndindən Naxçıvan MSSR Ali
Sovetinə (1990-cı il noyabrın 17-dən Naxçıvan MR Ali
Məclisi) deputat seçildim.
1991-ci ildə evləndim.
1993-cü ildə ilk övladım dünyaya gəldi. Adını Əbülfəz
Elçibəy (Allah rəhmət eləsin) Bayxan qoydu.
Amma Bayxan
beş aylığında dünyasını dəyişdi.
1995-ci ildə ikinci övladım dünyaya gəldi və anamın adını
qoydum.
1996-cı ildə Azərbaycan Respublikasının o vaxtkı Cinayət
Məcəlləsinin 220-ci maddəsinin I hissəsi (qanunsuz silah