Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə30/35
tarix07.04.2018
ölçüsü0,95 Mb.
#36498
1   ...   27   28   29   30   31   32   33   34   35

48

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2011

İcmalarla işimiz 

Əməliyyat obyektlərimizə yaxın ərazilərdə 

davamlı inkişafa nail olmaq 2011-ci ildə də icmaların inkişafı 

proqramımızın əsas diqqət mərkəzində olub

İl ərzində həyata keçirdiyimiz müxtəlif inkişaf 

təşəbbüsləri Azərbaycanın 117 icmasını əhatə 

edib. Əvvəl olduğu kimi, burada əsas diqqətimiz 

icmalar üçün gəlir və daha geniş iqtisadi imkanlar 

yaratmağa yönəlib. Tərəfdaşlarımızla birlikdə 

İcmaların İnkişafı Təşəbbüsünə 800 min dollara 

yaxın vəsait ayırdıq və bir çox layihələrə dəstək 

verdik. Bu layihələrə aşağıdakılar daxil idi:



Goranboy rayonunda istixana təsərrüfatı 

layihəsi

Layihənin əsas məqsədi Goranboy rayonunda 

istixana təsərrüfatı yaratmaqla kənd yerlərinin 

inkişafına dəstək vermək idi. Gəncə Aqrobiznes 

Assosiasiyası (GABA) tərəfindən 2010-cu ilin 

iyun ayından həyata keçirilən layihə 2011-ci 

ilin noyabrında başa çatdı. Layihə müddətində 

27 istixana quraşdırıldı. Proqram çərçivəsində 

gəmirici, həşərat və xəstəliklərə nəzarət, gübrə 

verilməsi, tərəvəzlərin və şitillərin yetişdirilməsi 

üzrə kənd təsərrüfatı təlimləri keçirildi. Bu 

fəaliyyətlər üçün ayrılan ümumi büdcə 171 255 

dollar idi ki, bunun 34 071 dolları 2011-ci ildə 

xərcləndi.



İqtisadi imkanların genişləndirilməsi 

proqramı

Layihənin məqsədi Kürdəmir, Ucar və Ağdaş 

rayonlarında sahibkarlığın inkişafı üçün 

əlverişli mühit və gənclər üçün iş imkanlarının 

yaradılmasına dəstək vermək idi. “Ümid” sosial 

inkişafa dəstək (SİD) təşkilatı tərəfindən həyata 

keçirilən proqram 2009-cu ilin oktyabrında 

başlayıb 2011-ci ilin mayında başa çatdı. 2011-ci 

ildə layihə çərçivəsində səkkiz müəssisə öz 

səriştələrini təkmilləşdirdi, 13 icmaya biznes 

planı hazırlamaqda dəstək verildi. 

Paralel olaraq 44 gənc biznes sahəsində 

bilik və bacarığını gücləndirdi, 42 gənc usta 

yanında şagirdlik proqramını uğurla bitirdi, 14-ü 

isə öz biznesini yaratmaq üçün qrant əldə etdi. 

Layihənin büdcəsi 326 155 dolları idi ki, bunun 

58 270 dolları 2011-ci ildə xərcləndi.

Süd və süd məhsulları istehsalçılarına icma 

əsaslı dəstək

Layihənin məqsədi kiçik və orta fermer 

təsərrüfatları tərəfindən süd məhsulları 

istehsalını genişləndirmək və regional süd 

toplama mərkəzləri ilə Azərbaycandakı 

kommersiya emalçıları arasında əlaqələri 

möhkəmləndirmək idi. Layihənin əsas donoru 

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə 

birgə Azərbaycanda BP və onun tərəfdaşlarıdır.

Layihə Ümid SİD tərəfindən yerinə yetirildi 

və 2012-ci ilin iyulunda başa çatdı. 2011-ci il 

ərzində Samux, Yevlax və Goranboy rayonlarının 

üç kəndində süd toplama məntəqəsi açıldı. 

Nəzərdə tutulan icmalardan 125 nəfər qadın 

da daxil olmaqla 460 nəfər süd istehsalçısı 

süd sağımı, mal-qaraya qulluq üzrə 29 təlim 

məşğələsində iştirak etdi. Layihənin büdcəsi 

106 835 dolları idi ki, bunun 39 998 dolları 

2011-ci ildə xərcləndi.

Davamlı gəlir imkanları, bacarıq və 

vərdişlərin yaradılması

İkiillik layihəni GABA, Gəncədəki Azərbaycan 

Dövlət Aqrar Universiteti ilə əməkdaşlıq 

şəraitində həyata keçirir. Layihənin məqsədi 

kənd təsərrüfatı sektorunda çalışan icma üzvləri 

üçün davamlı gəlir imkanları yaratmaq, onları 

lazımi bacarıq və vərdişlərlə təmin etməkdir. 

Onun məqsədlərinə 132 istixana təsərrüfatı, 

bir çörəkbişirmə müəssisəsi, 96 arıçılıq 

təsərrüfatının yaradılması və üstəlik bu təsərrüfat 

və biznesləri idarə etmək üçün təlimlərin 

keçirilməsi daxildir. 2011-ci ilin noyabrında həyata 

keçirilməyə başlayan layihənin büdcəsi 787 

629 dolları idi ki, bunun 4 974 dolları 2011-ci ildə 

xərcləndi.

Gənclərin səriştə və bacarıqlarının 

artırılması

Layihənin məqsədi beş qərb rayonunda – 

Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafada 

Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru 

kəməri boyunca yerləşən 30 icmada və Bakının 

Qaradağ rayonunda üç icmada – Ümid, Sahil 

və Səngəçalda gənclərin səriştə və sahibkarlıq 

bacarıqlarını inkişaf etdirməkdir. “Ümid” SİD 

tərəfindən həyata keçirilən layihənin 2012-ci ildə 

başa çatması gözlənilir. 500 min dollarlıq ümumi 

büdcənin 490 203 dolları 2011-ci ildə xərcləndi.

Ümumilikdə, 200 gənc usta yanında şagirdlik 

proqramına cəlb edildi və 2011-ci ildə 20 nəfər 

məzun 9 192 dollar məbləğində qrant aldı. 

Səngəçal qəsəbəsində dəyəri 11 216 dollar 

olan Tullantıların toplanması məntəqələri tikildi. 

Biznes planının yazılması üzrə keçirilən on təlim 

məşğələsində usta yanında şagirdlik edən 96 

nəfər iştirak etdi. Marketinq və işdə təhlükəsizlik 

üzrə də təlimlər keçirildi və 17 sosial tədbir 

keçirildi.

Gənclərin iqtisadi inkişafı layihəsi 

Avrasiya Tərəfdaşlıq Fondu tərəfindən həyata 

keçirilən bu layihə 2011-ci ilin fevralında başa 

çatdı. Şəmkir, Samux, Tovuz, Ağstafa və 

Goranboy rayonlarında gənc icma üzvlərinin 

sahibkarlıq bacarıqlarını təkmilləşdirmək 

məqsədilə həyata keçirilən layihənin niyyəti 

gənclərə öz şəxsi bizneslərini qurmaq üçün 



Peşə təlimi gəlir əldə etmək imkanı 

yaradır 

Aytən Qasımovanın 26 yaşı var və o, 

valideynləri ilə birlikdə Azərbaycanın 

şimal-qərbində yerləşən Şəmkir şəhəri 

yaxınlığındakı Bayramlı kəndində yaşayır. 

Onun üç qardaşı var. Biri orduda xidmət edir, 

ikisi isə Rusiyada işləyir. Aytən orta məktəbi 

2002-ci ildə bitirib.

Bir gün Aytən dostundan eşitdi ki, BP öz 

tərəfdaşları ilə birlikdə Gəncə Peşə Təlimi 

Mərkəzində təlimlərə sponsorluq edir. 

Rəfiqələr bu təlim kurslarında birlikdə iştirak 

etmək qərarına gəlirlər, axı kəndlərində subay 

qızlar adətən yola tək çıxmır. 

Az sonra hər iki gənc xanım toxuma 

kursuna yazıldı. Aytən tezliklə öyrəndiyi 

peşənin dərinliklərinə yiyələndi və həm 

özü, həm də kənd sakinləri üçün paltar 

toxumağa başladı. O, tacirlik “sənəti”nin də 

incəliklərinə vardı, belə ki, 0,80 dollara ip alır, 

iki saat ərzində papaq toxuyaraq onu 5 dollara 

satırdı. Bir azdan o, günün səkkiz saatını 

paltar toxumaq, həmçinin rəfiqələrinin saçını 

kəsməklə məşğul idi. Aytənin müəlliməsi 

Zita Qordina deyir: ”Aytən qrupda ən yaxşı 

tələbələrdən biridir. O, hər şeyi tez öyrənir və 

hər şüyə çox yaradıcı yanaşır”. 

BP-nin maliyyələşdirdiyi bu təlim kursunu 

bitirdikdən sonra, Aytən Gəncə Peşə Təlimi 

Mərkəzində daha mürəkkəb toxuma və 

kosmetologiya üzrə iki əlavə təlim kursuna 

daxil oldu. Təhsil haqqı və yol xərclərini 

toxumaqla əldə etdiyi pulla ödəyir. İndi o, 

Bayramlı kəndində toxuculuq dərnəyi açmaq 

istəyir və kəndlərindəki digər gənc xanımları 

da ondan nümunə götürməyə həvəsləndirir.




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə