Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə27/35
tarix07.04.2018
ölçüsü0,95 Mb.
#36498
1   ...   23   24   25   26   27   28   29   30   ...   35

42

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2011

meyillər və bitki örtüyünün vəziyyətini izləmək 

üçün sırf qeyri-əkin sahələri üçün bitki 

örtüyünün təhlilindən ilbəil alınan məlumatlar 

istifadə olundu. 



Əməliyyatlarla bağlı ətraf mühitin 

monitorinqi

2011-ci ildə BP-nin Azərbaycandakı 

obyektlərində ətraf mühitin əməliyyatlarla 

bağlı hərtərəfli monitorinqi həyata keçirildi. 

Aşağıdakılar istisna olmaqla, bütün nəticələr 

hasilatın pay bölgüsü sazişləri, həmçinin 

ətraf mühit və sosial sahəyə təsirin 

qiymətləndirilməsi (ƏMSTQ) kimi sənədlərdə 

layihəyə dair öhdəliklərin tələblərinə uyğun 

oldu:


• 

PSA2 (nasos stansiyası) və İPA1 (aralıq 

ərsinburaxma stansiyası) obyektlərində güclü 

yağışlar zamanı bağırsaq çöpü bakteriyasının 

analizinin nəticələri hər 100 ml (millilitr) üçün 

400 standart göstəricisinə qarşı hər 100 ml 

üçün 700-dən 16 000-dək dəyişdi.

• 

PSA2 biotəmizləmə nohurundan əldə edilmiş 



bütün nəticələr ESTP standartlarına uyğun 

oldu, martda və sentyabrda məcmu fosfor 

istisna olmaqla: 2 mq/l-ə (milliqram/litr) qarşı 

8,4 və 7,9 mq/l.

• 

BTC PSA2 əsas neft xətti turbinlərində 



aparılmış monitorinqin nəticələri göstərdi 

ki, NOx konsentrasiyaları bu qurğu üçün 

BTC ESTP-də müəyyənləşdirilmiş 75 mq/

m

3



 (milliqram/kubmetr) həddindən çoxdur, 

BTC-nin Azərbaycan üzrə ƏMSTQ sənədində 

göstərilən 125 mq/m

3

 həddindən isə aşağıdır.



• 

PSA2 yaşayış düşərgəsi yaxınlığındakı ABV-7 

generatorunda aparılmış ətraf mühitdə səs-

küyün monitorinqinin nəticələri gecə vaxtı 

üçün standartlardan yüksək olub. 

BP və Azərbaycan Respublikası Dövlət 

Neft Şirkəti (ARDNŞ) 2011-ci il ərzində 

ətraf mühit məsələləri ilə bağlı əməkdaşlığı 

davam etdirdilər. Tədqiqat və monitorinqlərin 

aparılması üzrə ən yaxşı təcrübələrin 

mübadiləsinə xüsusi diqqət yetirildi. 

BP-nin Azərbaycanda ətraf mühitlə bağlı 

həyata keçirdiyi bir neçə monitorinqdə ARDNŞ 

nümayəndələri müşahidəçi kimi iştirak etdilər. 

Buraya dənizdəki tədqiqatlar, məməlilər və 

herpetofaunanın tədqiqatı, bataqlıq tədqiqatı, 

Səngəçal terminalı ətrafında səth və yeraltı 

suların tədqiqatı, eləcə də Səngəçal terminalı 

və Sərəncə TTİEQ-ə yaxın ərazilərdə havanın 

keyfiyyətinin monitorinqi daxil idi. Bu, iş 

əsnasında təlimlərə kömək etdi və təşkilatlar 

arasında əməkdaşlığın artmasına yol açdı. 

"Təcrübə mübadiləsi, eləcə də 

Azərbaycanda təbii sərvətlərdən istifadə və 

ətraf mühitin mühafizə edilməsi üçün davamlı 

yanaşmanı təşviq etmək üçün ARDNŞ ilə 

bu əməkdaşlığı davam etdirəcəyik, – BP-nin 

Azərbaycanda ətraf mühitlə bağlı icazələrin 

alınması və hökuməti təmsil edən maraqlı 

tərəflərlə əlaqələr üzrə mütəxəssisi Səadət 

Qafarova deyir, – BP ilə ARDNŞ ekoloqları 

arasındakı əlaqələr sənayedə əməkdaşlığın 

gözəl bir nümunəsi ola bilər”. 

BP-ARDNŞ əməkdaşlığı ətraf mühit sahəsində inkişaf edir

Yaxın ətraf mühitin tədqiqat nəticələrinin xülasəsi, 2010

Quruda


 

Sərəncə təhlükəli 

tullantıların idarə edilməsi 

qurğusu (TTİEQ) – havanın 

keyfiyyətinin monitorinqi 

Sərəncə TTİEQ-də havanın keyfiyyəti üzrə iki dəfə keçirilən monitorinqin nəticələri, havada bərk 

hissəciklərin səviyyəsi istisna olmaqla, bütün göstəricilərin beynəlxalq standartlara uyğun olduğunu 

göstərib. Yaxınlıqdakı qəsəbələrdə bərk hissəciklərin aşkar edilmiş nisbətən yüksək səviyyəsinin 

səbəbi, yəqin ki, hal-hazırda bu ərazidə aparılan genişmiqyaslı tikinti işləri olub.  

Sərəncə TTİEQ – yeraltı 

suların monitorinqi

Bütün monitorinq müddətində əldə edilmiş nəticələrin təhlili göstərir ki, Sərəncə TTİEQ ərazisinin 

yaxınlığında yeraltı suların heç bir ardıcıl və ya davamlı cirklənməsi yoxdur. 

Səngəçal – səs-küyün 

monitorinqi

2010-cu ildə Səngəçal terminalının ətrafındakı üç yaşayış ərazisində – Əzimkənd, Ümid kəndləri və 

Səngəçal qəsəbəsində gecə və gündüz səs-küy səviyyələrinin monitorinqi keçirilib. Gündüz vaxtı 

nəticələr Dünya Bankı standartlarına uyğun olub. Gecə vaxtı nəticələr Səngəçal qəsəbəsində səs-küy 

səviyyəsinin bir qədər artıq olduğunu göstərib ki, bu da, çox güman ki, qəsəbənin özü, qonşuluqdakı 

elektrik stansiyası və yaxınlıqdakı daş karxanasından daş daşıyan ağır yük maşınlarına görədir.

Azərbaycan ixrac boru 

kəmərləri – səs-küyün 

monitorinqi 

Azərbaycan ixrac boru kəmərlərinin yerüstü qurğuları və blok siyirtmələri ətrafında yaranan səs-küyün 

layihənin texniki tələbləri çərçivəsində olmasını təmin etmək məqsədilə yaxın ətraf mühitin səs-küy 

monitorinqi keçirilib. 2010-cu il ərzində heç bir göstərici qoyulmuş hədləri keçməyib. 

Azərbaycan ixrac boru 

kəmərləri – yeraltı və səth 

sularının keyfiyyətinin 

monitorinqi 

Bakı-Tbilisi-Ceyhan/Cənubi Qafqaz qaz boru kəməri (BTC/CQBK) marşrutu boyunca müxtəlif yerlərdə 

aparılmış səth və yeraltı suların monitorinqindən əldə olunan nəticələr ilkin vəziyyətin göstəricilərinə 

uyğun olub. 

Azərbaycan ixrac boru 

kəmərləri – yaxın ətrafda 

havanın keyfiyyətinin 

monitorinqi

2010-cu ildə BTC-nin Azərbaycandakı PSA2 nasos stansiyası və İPA1 ərsinburaxma stansiyasında ətraf 

havanın keyfiyyətinin monitorinqi keçirilib. Monitorinqin nəticələri bütün parametrlərə görə BTC üzrə 

ekoloji və sosial tədbirlər planına (ESTP) riayət olunduğunu göstərib. 

Azərbaycan ixrac boru 

kəmərləri – bitki örtüyü 

növ müxtəlifliyinin 

monitorinqi 

2010-cu ildə aparılmış bioloji bərpanın monitorinqi bitki örtüyünə aid dördillik faiz göstəricilərini və bitki 

müxtəlifliyinə aid ikiillik məlumatları əhatə edib. Boru kəməri boyunca 55 transekt boyu məlumatlar 

toplanıb. 

Bitki örtüyünə aid məlumatlar göstərib ki, boru kəməri dəhlizi transektlərinin yarıdan çoxunda bitki 

örtüyünün vəziyyəti 10%-lik çərçivədə ona bitişik toxunulmamış ərazilərdə olduğuna bərabər və ya daha 

yaxşıdır. Transektlərin əksəriyyətində (84%) dördillik monitorinq ərzində boru kəməri dəhlizində bitki 

örtüyünün artdığı müşahidə olunub. 

Ümumilikdə, dəhlizdəki bitkilərin bərpası gözlənilən modelə uyğun olub – bitki növləri dəhlizi 

mənimsədiyinə görə orada bitki örtüyü nisbətən sürətlə yaranır, lakin bunlar əsasən yaxınlıqdakı 

toxunulmamış bitki örtüyü üçün səciyyəvi olmayan alaq otlarından ibarət olur. 

Nadir bitki novlərinin 

monitorinqi 

 

 

 



 

 

 



 

BTC-nin tikintisi üzrə ESTP-də Iris acutiloba süsən çiçəyinin tikinti başlamazdan əvvəl boru kəməri 

dəhlizindən başqa yerə köçürülməsi və tikintidən sonra öz yerinə gətirilməsi tələb olunurdu. Bu tələbə 

əməl edilib və 2010-cu il ərzində Iris acutilobanın öz yerinə qaytarılması proqramının monitorinqi davam 

edib. Alınan nəticə göstərib ki, boru kəməri dəhlizindən kənarda 2 645 və dəhlizdə 671 bitki aşkar edib. 

Yeri dəyişdirilmiş Iris acutiloba sayının azalmağa davam etməsinin intensiv otarma və bitki gövdəsinin 

qida ehtiyatlarının aşağı olmasının nəticəsi olduğu ehtimal edilir. 

Uyğunlaşma səviyyəsi aşağı olduğuna görə monitorinqin növbəti mərhələsi 2012-ci ilə qədər təxirə 

salınıb və əks-tədbirlər proqramı planlaşdırılıb. Bundan əlavə, tikinti layihəsi ilə əlaqədar sökülməli olan 

Qaradağ sement zavodunun ərazisindən 11 787 Iris acutiloba bitkisi 2010-cu ilin noyabr-dekabr aylarında 

boru kəməri dəhlizinin Qobustan ərazisindəki 7, 11.8, 24.1, 25 və 26-cı kilometrlərinə köçürülüb. 



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə