Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə26/35
tarix07.04.2018
ölçüsü0,95 Mb.
#36498
1   ...   22   23   24   25   26   27   28   29   ...   35

41

Ətraf mühit

Buraya dəniz dibindən və su sütunundan 

fiziki və kimyəvi nümunələrin, eləcə də 

bentik və planktonik populyasiyaların fauna 

nümunələrinin götürülməsi daxil idi.

Sahilyanı tədqiqatlar

Səngəçal terminalında ŞD Mərhələ 2 layihəsi 

üzrə genişləndirmə işlərindən əvvəl Səngəçal 

buxtasında ilkin vəziyyətin öyrənilməsi, eləcə 

də buxtanın hazırkı ekoloji vəziyyətinin və 

Yaxın ətraf mühitin tədqiqat nəticələrinin xülasəsi, 2010

Dənizdə


 

SDX-5 quyusunun 

qazılmasonrası tədqiqatı

Ümumilikdə, SDX-5 quyusu ətrafında tədqiqat məntəqələrində metal və karbohidrogen 

konsentrasiyalarının aşağı səviyyədə dəyişdiyi çox xırda, yaxşı çeşidləşmiş, lilli çöküntülər aşkar olunub. 

İlkin vəziyyətin daha əvvəl aparılmış tədqiqatları ilə müqayisə quyuya qonşu olan bir məntəqədə 

dəyişiklik olduğunu göstərib. Həmin yerdən götürülmüş nümunələr su əsaslı qazma məhlulu ilə 

çirkləşmiş qazma şlamlarının olmasını göstərib. Bütün digər stansiyalarda isə daha iri dənəli çöküntülər, 

bariumun yüksək konsentrasiyaları mövcuddur və aşkar metal birləşmələri yoxdur. 

Sahilyanı ərazilər

 

Səngəçalda bentik 



tədqiqat

Sahilyanı məntəqələrdə yüksək lil-gil tərkibinə rast gəlinib, sahildən aralı məntəqələrdə isə karbonat 

yüksək, lil-gil tərkibi aşağı olub. Bu xüsusiyyət çöküntü metal tərkibində əks olunub, gil-lil tərkibli 

məntəqələrdə dəmir, mis, xrom, qurğuşun və sinkin paylanması daha yüksək, karbonat tərkibi üstün 

olan məntəqələrdə isə aşağı olub. 

2008-10-cu illərdə məntəqələrin əksəriyyətində karbohidrogen konsentrasiyaları nisbi olaraq 

dəyişməyib. Bununla belə, bu illər arasında fenol konsentrasiyasının ümumi azalması müşahidə olunub. 

Metalların çöküntülərdə paylanmasının ümumi konsentrasiyaları və xüsusiyyətləri 2006 və 2008-ci 

illərdə müşahidə edilənlərə oxşar olub. 

Annelidlər və molyusklar makrobentik icmada üstünlük təşkil edib. Buxtanın şərq və şimal-

şərqindəki məntəqələrdə ümumilikdə daha yüksək növ zənginliyi və bolluq müşahidə edilib. İcmaların 

strukturu ilə fiziki-kimyəvi xüsusiyyətləri arasında heç bir əlaqə müəyyən edilməyib. Ümumilikdə 

çöküntülərin fiziki və kimyəvi xüsusiyyətləri makrobentik biologiyada müşahidə edilmiş dəyişikliklərin 

birmənalı səbəbi olmayıb.

Quruda

 

Səngəçal terminalı (ST) – 



torpaq və bitki örtüyünün 

tədqiqatı

2010-cu ildə tədqiqatlar əvvəlki tədqiqatlardakı metodlardan istifadə etməklə aparılıb. Bunlar ekosistem 

funksiyasındakı dəyişmənin hidroloji funksiyar, torpağın sabitliyi və biotik bütövlüyə əsaslanan erkən 

həyəcan siqnallarının monitorinqinə yönəldilib. 

Ümumilikdə çoxillik bitki örtüyü 2006-cı ildən bəri aparılmış əvvəlki tədqiqatlarla müqayisədə çox 

olub. Mikrobioloji üst qat örtüyü yekcins olmayıb, bəzi yerlərdə nisbətən sıx üst qat örtüyü olduğu halda

bəzi yerlərdə heç olmayıb. 2008 və 2009-cu illərdə müşahidə olunmuş üst qat örtüyünün azalması 

təmayülünün əksinə olaraq üst qat örtüyü bir az artıb. Monitorinq ərazilərinin hər birində torpağın 

tədqiqatı aparılıb və torpağın mineral tərkibi bu ekosistemdə rast gəlinən normal hədlər daxilində olub. 

Yaz və payız tədqiqatları arasında və əvvəlki tədqiqatlarla müqayisədə ərazinin ümumi vəziyyəti nisbətən 

sabit olub. 

Səngəçal terminalı ətrafındakı ərazilərdə ekosistemin vəziyyətində hər hansı mühüm pozulma 

görünməsə də, bu obyekt ətrafında artan üçüncü tərəf fəaliyyətləri narahatlığa əsas yaradır. 

Səngəçal terminalı – 

havanın keyfiyyətinin 

monitorinqi

NOx, SO


2

 və ABÜB


a

 üçün orta illik səviyyələr uzrə bütün nəticələr Dünya Bankı/Ümumdünya Səhiyyə 

Təşkilatı təlimatlarında göstərilən hədlərdən aşağı oldu. Bir neçə istehsalat sahəsində benzolun 

səviyyəsi standartdan artıq oldu və çox güman ki, üçüncü tərəf fəaliyyətlərinə görə baş verdiyindən, bu 

nəticələr ehtiyatla izah edilməlidir. NO, NO

2

, NOx və SO



2

 üzrə real vaxtda monitorinq məntəqəsindən 

alınmış orta nəticələrin hamısı təlimat səviyyələrindən aşağı olub.

Səngəçal terminalı – quşlar 

uzrə tədqiqatlar

ST yaxınlığında rast gəlinən quş növlərinin tədqiqatı eyni monitorinq ərazilərindən və metodlarından 

istifadə etməklə il ərzində üç dəfə təkrar edilib. Tədqiqat zamanı 86 – 2009 və ya 2008-ci il 

tədqiqatlarına nisbətən bir qədər az quş növü müşahidə edilib. Lakin 2008 və ya 2009-cu ildə rast 

gəlinməmiş səkkiz yeni növ qeydə alınıb. Maraq doğuran dörd növə (üçü IUCN

b

 “Qırmızı siyahı”sı, biri 



isə Azərbaycanın “Qırmızı kitab”ına salınmış növ) təsadüf edilib. 

ST əməliyatları, göründüyünə görə, quş növlərinin zənginliyi və ayrı-ayrı quşların sayına təsir etmir. 

Bu tədqiqat quş növlərinin müxtəlifliyinə və sayına terminalda aparılan əməliyyatların əhəmiyyətli 

dərəcədə ziyanlı təsirinin olmadığını göstərsə də, xüsusən yaxınlıqda üçüncü tərəf fəaliyyətlərinin 

artması nəzərə alınmaqla quş populyasiyalarının dinamikasında dəyişikliklərin monitorinqi üçün davamlı 

tədqiqat aparılması tövsiyə edilir. 

Səngəçal terminalı – 

yeraltı və səth sularının 

monitorinqi

ST-də keçirilmiş yeraltı və səth sularının monitorinqi bir necə quyuda lay suyunun təsirilə cirklənmə 

aşkar edib. Tezliklə çirklənmə mənbəyi muəyyən edilib və bütün tələb olunan önləyici tədbirlər görülüb. 

Riskin qiymətləndirilməsi uzrə tədqiqat əhali və ya ətraf mühit üçün heç bir riskin olmadığını təsdiq edib.

Səngəçal terminalı – 

bataqlıqların tədqiqati

ST ətrafında bataqlıqlar həm səhra, həm də bataqlıq növlərindən ibarət daha rəngarəng flora yaradır. 

Terminalın şimalında üçüncü tərəfə aid elektrik stansiyasının yaxınlığında yağ dağılmış sahələrə rast 

gəlinib. ST-ni əhatə edən ərazilər çirklənmədən nisbətən azad olaraq qalır.

Səngəçal terminalı – 

məməlilərin və 

herpetofaunanın tədqiqatı

ST ətrafında heyvan növlərinin bolluğu azdır və səhra mühiti üçün səciyyəvidir. Terminalın cənubu və 

şərqindəki sahilyanı növlərin daha geniş yayıldığı bəzi bataqlıq ərazilərdə növlərin artan müxtəlifliyi 

qeydə alınıb. 

SO



2

 – kükürd dioksid. ABÜB – asan buxarlanan üzvi birləşmələr.

IUCN – Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi.



Ətraf mühit monitorinqi üçün nümunələrin analizi

ona BP və ya üçüncü tərəfin təsirinin ətraflı 

araşdırılması üçün 2011-ci ildə Səngəçalda 

dəniz dibinin tədqiqatını apardıq. Yekun 

göstəricilər əvvəlki tədqiqatların nəticələri ilə 

müqayisə ediləcək. 

Quruda tədqiqatlar

2011-ci il ərzində quruda yaxın ətraf mühitin 

bir sıra monitorinqlərini həyata keçirmişik. 

Səngəçal terminalında əsas diqqət bitki 

örtüyü və torpağın stabilliyinə, məməlilər və 

herpetofauna tədqiqatlarına, quş populyasiyaları, 

havanın keyfiyyəti, səs-küy, yeraltı və səth 

sularına verilib. Sərəncədəki təhlükəli 

tullantıların idarə edilməsi qurğusunda havanın 

keyfiyyəti və yeraltı suların monitorinqinə yer 

verilib. Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri 

boyunca əsas diqqət havanın keyfiyyəti, yeraltı 

sular, səs-küy və bitki örtüyünə yönəldilib. Qərb 

ixrac boru kəmərinin marşrutu boyunca havanın 

keyfiyyəti və bitki örtüyünün monitorinqi 

keçirilib.

BTC boru kəməri dəhlizində eroziyanın 

qarşısını almaq öhdəliyimizin bir hissəsi olaraq 

eroziyaya həssas olan əraziləri müəyyən etmək

eroziyanın tempini (əgər varsa) öyrənmək və 

profilaktik müdaxilələrin planlaşdırılmasına 

kömək etmək üçün coğrafi informasiya 

sistemimizdəki məlumatlar istifadə olundu. Boru 

kəməri dəhlizində bitki örtüyünün bərpasındakı 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə