Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə25/35
tarix07.04.2018
ölçüsü0,95 Mb.
#36498
1   ...   21   22   23   24   25   26   27   28   ...   35

40

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2011

Ətraf mühitin monitorinqi 

Əməliyyatlarımızın ətraf  

mühitə göstərə biləcəyi təsirlərin monitorinqinə dəyişməz ciddi  

yanaşmamız var

Ətraf mühitin monitorinqi sahəsində səylərimiz 

iki əsas hissədən ibarətdir. Yaxın ətraf mühitin 

monitorinqi obyektlərimizin yaxınlığında ətraf 

mühitin vəziyyətinə diqqət yetirir. Əməliyyatlarla 

bağlı monitorinqə əməliyyatlarımız nəticəsində 

baş verən atılma və emissiyaların mənbədə 

monitorinqi daxildir.

Yaxın ətraf mühitin tədqiqat nəticələrinin xülasəsi, 2010

a

Dənizdə


 

Azəri-Çıraq-Dərinsulu 

Günəşli (AÇG) müqavilə 

sahəsi – regional tədqiqat 

Çöküntülər təbiətinə görə hissəciklərin fərqli ölçülərdə olması və aşağı karbohidrogen konsentrasiyaları 

ilə, əsasən, müxtəlif tipli olub. 

Müqavilə sahəsinin şimal-qərb üçdə birindəki məntəqələrdə ən yüksək bolluq və taksonomik 

zənginlik olub və burada amfipodlar kəmiyyətcə üstünlük təşkil edib. Şərq cinahının cənub yarısında 

yerləşən məntəqələrdə kəmiyyətcə oliqoxetlər üstün olub. Qərb cinahın cənub üçdə ikisindəki 

məntəqələrdə bolluq və taksonomik zənginlik az olub və palçıq vulkanlarının təsirinə məruz qala bilən iki 

məntəqə buraya daxil olub.

Ümumilikdə, əvvəlki tədqiqatın nəticələri ilə müqayisədə fiziki-kimyəvi xarakteristikalar və 

makrobentik icmada çox az dəyişiklik olub.

AÇG boru kəmərlərinin 

tədqiqatı

Çilov adasının AÇG müqavilə sahəsinə uzanan şərq hissəsindəki məntəqələrlə adanın Səngəçal 

buxtasına tərəf uzanan cənub hissəsində yerləşən məntəqələr arasında fəza bölgüsü müəyyənləşdirilib. 

Müqavilə sahəsinə yaxın məntəqələrdə yüksək dərəcədə bol makrobentik icmalara və kəmiyyətcə 

üstünlük təşkil edən amfipodların zənginliyinə rast gəlinib. Səngəçal buxtası istiqamətində yerləşən 

məntəqələrdə makrobentik icmalar çox kasıb olub və burada kəmiyyət baxımından polixetlər və ikitaylı 

molyusklar üstünlük təşkil edib.

Boru kəməri marşrutu sahilə yaxınlaşdıqca karbohidrogenlərin konsentrasiyası artıb, boru 

kəmərinin qərb ucunda daha yüksək konsentrasiyalara rast gəlinib. Oradakı karbohidrogenlərin havada 

deqazasiya olmuş xarakteri göstərir ki, çirklənmə sahildəki və ya sahilə yaxın ərazilərdəki köhnə sənaye 

mənbələrindən baş verib. Heç bir yeni çirklənmələr aşkar edilməyib. Ümumi karbohidrogen səviyyələri 

2008-ci ildə qeydə alınmış səviyyələrlə oxşar olub. 

AÇG üzrə regional, boru 

kəmərləri boyu su və 

plankton tədqiqatı 

AÇG müqavilə sahəsi daxilində və AÇG Səngəçal boru kəmərləri marşrutu boyu götürülmüş su 

nümunələri su sütununun ciddi təbəqələşdiyini və qeyri-üzvi nutrientlərin konsentrasiyası, bioloji 

oksigen tələbatı (BOT)

b

, kimyəvi oksigen tələbatı və məcmu üzən bərk hissəciklərin (MÜBH) az 



olmasını göstərib. 

Məcmu karbohidrogen tərkibi və fenolların konsentrasiyası bütün nümunələrdə aşkarlanma 

limitindən az olub. Ağır metalların konsentrasiyaları indiyədək aparılmış tədqiqatlar zamanı müşahidə 

edildiyindən az və ya onlara oxşar olub. Səth sularında qurğuşun və kobaltın nisbətən yüksək 

konsentrasiyaları, o cümlədən sahilə yaxın boru kəmərləri məntəqələrindən götürülmüş nümunələrdə 

isə ən yüksək kobalt konsentrasiyaları müşahidə olunub.

Bütün nümunələrdə MÜBH-dən və yüksək sink konsentrasiyasından başqa bütün parametrlər üzrə 

nəticələr Azərbaycanın balıqçılıq suları üçün maksimum yolverilən konsentrasiyalar çərçivəsində olub. 

Əvvəllər müşahidə olunduğu kimi, yaxın ətraf mühitdə zooplankton icmaları və növlərin bolluğu az olub 

və kəmiyyət baxımından kopepodlar üstünlük təşkil edib. Əvvəlki göstəricilərlə müqayisədə 2010-cu 

ildə cəmi zooplankton və Acartia tonsa üçün daha az orta bolluq və biokütlə müşahidə edilib. 

Çıraq platformasının 

tədqiqatı

Çıraq platforması ətrafında çöküntülər heterogendir və 2004-cü ildən bəri az dəyişib. Bir məntəqə 

istisna olmaqla, çöküntü karbohidrogen konsentrasiyaları aşağı olaraq qalıb, məntəqələrin 

əksəriyyətində isə 2008-ci ildən bəri azalıb. Bu, bəzi qazma şlamları atılmalarında mövcud olan sintetik 

əsaslı qazma məhluluna (XAO)

c

 da aiddir. Ağır metalların əksəriyyətinin konsentrasiyaları 2008-ci ildə 



qeydə alınmış səviyyələrə oxşar olaraq qalıb və ya nisbətən azalıb. Yalnız barium, kadmium və qurğuşun 

“izləri” aydın nəzərə çarpır. 

Çıraq tədqiqat sahəsində 2000-08-ci illərdə müşahidə edilmiş ümumi bolluğun azalması və 

taksonomik zənginliklə bağlı mənfi təmayül 2010-cu ildə əksinə dəyişib. Annelid (həlqəvi qurdlar) 

bolluğunda, amfipod bolluğunda və taksonomik zənginlikdə bütün tədqiqat üzrə artım olub. 2008-10-cu 

illərdən bəri fiziki-kimyəvi xarakteristikalarda bu təmayüllərin qəfil dəyişməsinə səbəb olacaq heç bir 

xüsusi dəyişiklik müşahidə edilməyib.

Şərqi Azəri platforması – 

ətraf mühitin monitorinqi

Metal və karbohidrogen konsentrasiyaları, barium və kadmium istisna olmaqla, AÇG müqavilə sahəsi 

üzrə ilkin şərtlər daxilində olub. Bir çox hallarda 2010-cu ildə onlar 2008-ci ilə nisbətən daha az olub. 

Bütün tədqiqat ərazisi üzrə 2008-ci ilə nisbətən 2010-cu ildə makrobentik icmaların vəziyyəti daha 

yaxşı, ilkin şəraitdəki vəziyyətə yaxın olub. Hər hansı fiziki və ya kimyəvi parametrin təsirə məruz 

qalmış icma strukturu və ya funksiyası ilə bağlılığı barədə heç bir dəlil olmasa da, dominant taksonomik 

qrupların daha iri çöküntülərdə daha müxtəlif və bol olması aydın olub.

Mərkəzi Azəri platforması – 

ətraf mühitin monitorinqi 

 

 



 

 

 



 

 

 



Məntəqələrin əksəriyyətində cüzi dəyişiklik əlaməti müşahidə olunub. Daxilində XAO müşahidə edilmiş 

ümumi ərazi əvvəlki tədqiqatların müşahidələrinə çox oxşar olub. Metal mikroelementlərin əksəriyyəti 

üçün məlumatlar platforma fəaliyyətləri ilə bağlı ola biləcək hər hansı aydın təmayüllər göstərməyib. 

Makrobentik icmada taksonomik baxımdan ən bol qrup olan amfipodlar kəmiyyətcə üstünlük 

təşkil edib. 2008-ci ildə də qeyd olunduğu kimi, ümumi təmayül platformanın şimalındakı və eləcə də 

bilavasitə cənubundakı məntəqələrdə növ zənginliyinin və bolluğunun azalması isiqamətində idi. 

2010-cu ildə çöküntülərin tərkibi, kimyəvi və makrobentik bioloji əlamətləri ehtimal etməyə imkan 

verir ki, platforma ətrafındakı ərazilərdən birində müəyyən dərəcədə çöküntü dəyişməsi baş verir. 

Ölçmələr onu da göstərir ki, bu ərazidə nisbətən aralı məntəqələrə nəzərən makrobentik icmanın bioloji 

kütləsi və müxtəlifliyi bir qədər azdır. Bununla belə, əvvəllər aparılmış tədqiqatlarla müqayisədə bioloji 

baxımdan kasıblaşmış hesab edilə biləcək məntəqə yoxdur. 

2011-ci ildə dənizdə, sahilyanı ərazilərdə və quruda həyata keçirilmiş yaxın ətraf mühitin monitorinqinin nəticələri 2012-ci ildə 



nəşr ediləcəkdir.

BOT tullantıları parçalamaq üçün mikro-orqanizmlərin istifadə etdikləri oksigenin ölçüsüdür. Atılan üzvi tullantıların səviyyəsi 



yüksək olduqda BOT da yüksək olur.

Xətti alfa olefin.



Yaxın ətraf mühitin monitorinqi proqramı

BP-nin Azərbaycanda ətraf mühitin monitorinqi 

proqramı 2004-cü ildən həyata keçirilir. Bu 

proqram yaxın ətraf mühitin monitorinqinə və 

nəticələrin təhlilinə sistemli yanaşmanı təmin 

etmək üçün işlənib hazırlanıb. 2011-ci ildə 

23 tədqiqat aparmışıq: doqquzu dənizdə, biri 

sahilyanı ərazidə və 13-ü quruda. 2011-ci ilin 

sonuna, ötən səkkiz il ərzində ümumilikdə 113 

monitorinq tədqiqatı yerinə yetirilmişdi.

Dəniz tədqiqatları 

İl ərzində dəniz tədqiqatları mövcud yataqların 

cari monitorinqi, təklif olunan bəzi yeni quyular 

üçün ilkin vəziyyətin tədqiqatı və “regional” 

ekoloji monitorinqdən ibarət olub. 

Hasilat əməliyyatlarının təsirini 

qiymətləndirmək üçün Şahdəniz (ŞD), Qərbi 

Azəri və Dərinsulu Günəşli platformalarının 

yaxınlığında dəniz dibinin cari monitorinqi 

keçirilib. ŞD Mərhələ 2 layihəsi üçün nəzərdə 

tutulan quyuların yaxınlığında manifoldlar 

ətrafında bentik mühitin hazırkı vəziyyəti ilə 

bağlı məlumat almaq üçün ilkin vəziyyətin beş 

tədqiqatı aparılıb. 

Regional tədqiqatlar dəniz mühitində baş 

verən təbii dəyişiklikləri başa düşməyimizə 

kömək etmək üçün aparılır. Nümunələr 

fəaliyyətlərimizdən (və üçüncü tərəfin 

əməliyyatlarından) uzaqda yerləşən ərazilərdən 

götürülür. 2011-ci ildə bir regional tədqiqat 

ŞD müqavilə ərazisinin yaxınlığında aparılıb. 

Dənizdə ətraf mühit tədqiqatı zamanı dəniz dibindən 

çöküntülərin toplanması



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə