Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə21/35
tarix07.04.2018
ölçüsü0,95 Mb.
#36498
1   ...   17   18   19   20   21   22   23   24   ...   35

33

Əməyin təhlükəsizliyi və sağlamlıq

• 

 Cəmi 355km sualtı boru kəmərlərinin xarici 



vizual təftişi və korroziya əleyhinə katod 

müdafiəsinin yoxlanması dalğıc gəmilərindən 

buraxılmış məsafədən idarə olunan sualtı 

gəmilər istifadə edilməklə həyata keçirildi.

• 

 Bütün sualtı boru kəmərlərinin Səngəçal 



sahilinə yaxın dayaz sularda yerləşən hissələri 

avtonom sualtı gəmilərdən istifadə etməklə 

yoxlandı.

Müntəzəm aparılan ərsinləmə boru 

kəmərlərinin daxili korroziyasının idarə 

edilməsi və davamlı axının təmin edilməsində 

istifadə olunan əsas fəaliyyətlərdən biridir. 

Mərkəzi Azəri boru kəmərində ərsinləmə 

ərsin buraxma kamerasının çıxış siyirtməsini 

dəyişdirdikdən sonra bərpa edildi. 2011-ci ilin 

dövri təmir layihəsi zamanı Şərqi və Qərbi 

Azəri neft ixrac boru kəmərlərinin ərsin 

buraxma kameralarında da yeni siyirtmələr 

quraşdırıldı. Bu, həmin boru kəmərlərinin 

cari təftişi üçün ərsinlərin yüklənməsi və 

buraxılmasına imkan yaradır. 

Mərkəzi Azəri platformasında qaz 

axınının dayanması zamanı Dərinsulu Günəşli 

platformasının Hasilat və Qazma modulundan 

28 düymlük qaz ixrac boru kəmərini 

müvəffəqiyyətlə təcrid edə bildik. Bu, yeni Çıraq 

neft layihəsinin Dərinsulu Günəşliyə qoşulmasına, 

boru kəmərinin iki hissəsinin birləşdirilməsinə 

şərait yaratdı.



Dənizçilik əməliyyatları

Dənizçilik əməliyyatları qrupu Azərbaycanda 

həyata keçirdiyimiz əməliyyatlarda başlıca rol 

oynayır və 2011-ci il onlar üçün çox qızğın bir 

il oldu. Görülən işlərə donanma əməliyyatları, 

qazma qurğularının yerdəyişməsi və lövbərsalma 

işləri, fövqəladə hallarda cavab tədbirləri və 

təhlükəsizliklə bağlı vəzifələr, həmçinin dənizdə 

təchizat öhdəlikləri daxil idi. 

Bizim Xəzər donanmasına işçi heyətin 

daşınması üçün yeni bir sürətli kater – “Aaron 

S. McCall” əlavə olundu. Katerin kreyser sürəti 

saatda 30 dəniz milidir və işçi heyətinin daşınma 

vaxtına 30-60 dəqiqə qənaət etməyə imkan 

verərək dəniz xəstəliyinə tutulma potensialını 

azaldır. Katerdən platformaya “işə piyada” keçid 

sistemi üçün texniki-iqtisadi əsaslandırılma 

aparıldı və çox güman ki, işçi heyəti daşıyan 

katerlərdə indi istifadə olunan “qurbağa” qaldırma 

mexanizmi gələcəkdə bu sistemlə əvəz olunacaq.

2011-ci ildə heç bir gəmi toqquşması baş 

vermədi. Bundan başqa, beş qazma qurğusunun 

yerdəyişməsi qeydiyyata alınan heç bir xəsarətə 

yol vermədən, beynəlxalq standartlara uyğun 

tamamlandı. Dənizçilik əməliyyatları qrupu həm 

də keşikçi gəmilər və qəza-xilasetmə gəmiləri 

vasitəsilə BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə 

(AGT) regionunda həyata keçirdiyi əməliyyatlara 

dəstək verdi. 2011-ci il ərzində göstərilən 

xidmətlərdə heç bir çatışmazlıq qeydə alınmadı.  



Fövqəladə hallarda cavab tədbirləri

2011-ci ilin əsas hadisəsi böhran və davamlılığın 

idarə edilməsi və fövqəladə hallarda cavab 

tədbirləri qrupunun regionda gözlənilməz hallar 

üçün mövcud tədbirlərin yoxlanılması oldu. 

Buraya hasilat əməliyyatları üçün biznesə təsirin 

analizi də daxil idi. Alınmış məlumatlar əsasında 

BP əhəmiyyətli dayanmadan sonra bərpa vaxtını 

təyin etmək və hasilatı bərpa etmək üçün bir plan 

hazırlamaq imkanı əldə etdi. Plan 2012-ci ildə 

həyata keçiriləcək.

Noyabrda biz Azərbaycan Respublikası Dövlət 

Neft Şirkəti (ARDNŞ), İxrac Boru Kəmərlərinin 

Təhlükəsizliyi İdarəsi (İBKTİ) və Fövqəladə Hallar 

Nazirliyi (FHN) ilə birlikdə fövqəladə vəziyyətlərə 

hazırlığın yoxlanılması üzrə “Xəzər II” adlı böyük 

bir təlim-məşqi işləyib hazırlayaraq həyata keçirdik. 

Bu təlim-məşq sahil xətti ilə Səngəçal terminalı 

arasındakı ərazidə keçirildi və yerli hakimiyyət 

orqanları ilə müxtəlif səviyyələrdə birgə işləyən 

BP qrupları cəlb edildi. 

Təlim-məşqin məqsədi BP və ARDNŞ-yə 

məxsus boru kəmərlərinin kəsişdiyi yerlərdə 

müştərək risklər haqqında məlumatlılığı 

artırmaq idi. BP indi birgə cavab tədbirlərinin 

səmərəliliyini artırmaq üçün əhatəli təlim 

və məşq proqramı hazırlamaq üçün FHN 

və İBKTİ ilə birgə işləyir. Cavab tədbirlərinin 

təhlükəsizliyinə xüsusi diqqət yetiriləcək.

Tərəfdaş və podratçılarla işimiz 

2011-ci ildə biz tərəfdaş və podratçılarla 

əlaqələrimizin və proseslərimizin 

yaxşılaşdırılmasını davam etdirmək üçün 

uzunvədəli səylər göstərdik. Əməyin təhlükəsizliyi 

ilə bağlı təşəbbüslərimizə podratçıların əməyin 

təhlükəsizliyi forumları vasitəsilə əməkdaşlığa 

cəlb edilməsi, qaydalara uyğunluğu yoxlamaq 

və iş yerində təlimləndirməyə dəstək vermək 

üçün əlavə sahə resurslarından istifadə edərək 

idarəetmə sistemimizin əminlik proqramının 

inkişaf etdirilməsi daxil idi. 

Noyabrda BP AGT-nin quyular üzrə qrupu 

Bakıda podratçıların ikinci əməyin təhlükəsizliyi 

forumunu keçirdi. Bu dəfə əsas diqqət düşmüş 

əşyalara yönəldildi. Forumda iştirak edən 12 əsas 

podratçı şirkətin menecer və mütəxəssisləri 

məlumatlar təqdim edərək dəyərli ideyalar 

verdilər. Nəticədə, bir neçə təkmilləşdirmə 

tədbiri, o cümlədən vahid ardıcıl yanaşmanı təmin 

etmək məqsədilə bütün quyu podratçıları üçün 

ixtisaslaşdırılmış təlimin təşkil edilməsi, xüsusi 

veb-saytın hazırlanması və düşən əşyalarla bağlı 

müntəzəm forumların keçirilməsi təklif edildi. 

İl ərzində platformaların dövri təmiri üçün 

həyata keçiriləcək işlərdən əvvəl idarəetmə 

sisteminin auditini keçirdik. Auditdən əldə olunan 

nəticələr idarəetmə sistemində bəzi boşluqların 

olduğunu müəyyən etdi. Təchizatçılar onları 

aradan qaldırdı və uyğunlaşdırma sənədində qeyd 

etdi. 

Yerli əməliyyatların idarə edilməsi sistemi 



ilə müqayisədə boşluqların illik təftişi keçirildi 

və mövcud praktika və prosedurlarda bir neçə 

təkmilləşdirmə aparıldı. Təftiş nəticəsində 88 

təchizatçı şirkətin SƏTƏM üzrə uyğunlaşdırma 

planlarının 95%-i yenidən işləndi. Biz ilkin ələmə 

prosesinə kömək etmək üçün təsdiq edilmiş 

təchizatçı şirkətlərə ilk dəfə olaraq SƏTƏM 

baxımından təsdiq olunmuş təchizatçılar siyahısı 

protokolunu tətbiq etdik. Əlavə olaraq 2011-ci il 

ərzində podratçılarla birgə əməyin təhlükəsizliyi 

forumları keçirdik. Midstrim təchizatçı auditi heç 

bir qeyri-uyğunluğun aşkar edilmədiyinə görə 

xüsusilə uğurlu oldu.

Güzdək treninq mərkəzində yanğın söndürənlərin təlimi




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə