Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə19/35
tarix07.04.2018
ölçüsü0,95 Mb.
#36498
1   ...   15   16   17   18   19   20   21   22   ...   35

31

Əməyin təhlükəsizliyi və sağlamlıq

Dənizdə təhlükəsizlik mədəniyyətinin 

yoxlaması zamanı ortaya çıxan məsələlərdən 

biri yorğunluq idi və katerlərə minib-düşmə, 

heyətin dəyişdirilməsi və növbə saatları kimi 

yorğunluqla bağlı məsələlər artıq həllini tapıb.

Texnoloji proseslərin təhlükəsizliyi BP 

üçün Azərbaycanda əsas prioritet sahə olaraq 

qalır. 2011-ci ildə ümumi əməyin təhlükəsizliyi 

göstəricilərimiz və mədəniyyətimizin bu aspektini 

diqqət mərkəzində saxlamaq və gücləndirmək 

üçün davranışa əsaslanan təhlükəsizlik 

proqramımızı keyfiyyətcə yaxşılaşdırdıq. 2012-13-

cü illərdə texnoloji proseslərin təhlükəsizliyini fərdi 

təhlükəsizliklə yanaşı, davranışla bağlı təhlükəsizlik 

proseslərimizə daxil etmək fikrindəyik. 

Əməyin təhlükəsizliyi üzrə təlim və məlumatlılıq 

2011-ci ildə Azərbaycanda sağlamlıq, əməyin 

təhlükəsizliyi, ətraf mühit/fövqəladə hallar üzrə 

təlimlərə 1,5 milyon dollar xərclədik ki, bu da bizim 

ümumi təlim xərclərimizin 26%-dən çoxunu təşkil 

edir.

Bakıda ilk dəfə, əməyin təhlükəsizliyi üzrə 



təlim təchizatçımız Dəniz Neft-qaz Sənayesi 

Təlim Təşkilatı (OPİTO) tərəfindən akkreditasiya 

olunmuş xilasetmə qayığında təhlükəsizlik təlimi 

təklif etdi. OPİTO neft-qaz sənayesinin bacarıqlar, 

təhsil və işçi qüvvəsinin inkişaf etdirilməsi üzrə 

koordinasiya mərkəzi olan beynəlxalq təşkilatdır.



Əməliyyatların təhlükəsizliyi

2011-ci ilin əvvəlindən bəri BP-nin əməliyyatçısı 

olduğu bütün qazma və quyularla bağlı fəaliyyətlər 

quyu mütəxəssislərini vahid bir təşkilatda 



Regional strateji icra planının yeddi mərhələsi

1

2

3

4

5

6

7

Quyular üzrə qlobal təşkilat 

tərəfindən mərkəzdə 

planlaşdırılaraq icra edilir

Mərkəzdə 

planlaşdırma 

təlimlərin 

işlənib 

hazırlanması 

tamamlanır

Yeni praktikaya/

prosesə 

keçid üçün  

səlahiyyət 

verilmiş 

dəyişiklik 

prosesi  

Dəyişiklik 

prosesi 


tamamlanır

Regional icra 

planı tamamlanır

Ekspertlərin/

ixtisas üzrə 

ustaların 

təlimləri 

tamamlanır

Təsdiq edilmiş 

dəyişiklik prosesi 

(Boşluqların 

qiymətləndirilməsi 

və aradan 

qaldırılması planı 

tamamlanır) 

Regionda planlaşdırılaraq 

quyular üzrə qlobal təşkilatın 

köməyi ilə icra edilir 

Regionda planlaşdırılaraq icra edilir

Regionları 

proseslə 

tanış etmək

Yüksək səviyyəli 

planlaşdırma

Müfəssəl 

planlaşdırma

Peşəkar səriştənin 

yaradılması

Boşluqların 

qiymətləndirilməsi, 

onların aradan 

qaldırılması 

planlarının işlənib 

hazırlanması

Əminliyin 

davamlı təmin 

etdirilməsi

Boşluqların 

aradan 

qaldırılması və 



normativlərə 

uyğunluq 

Dövri təmirlər – istismar olunan obyektlərin 

normal əməliyyatlar zamanı aparıla bilməyən 

zəruri texniki-təmir işləri, təftiş və ya layihə işlərini 

tamamlamaq üçün dayandırılması neft-qaz 

hasilatının ayrılmaz, lakin həmişə çətin hissəsidir. 

Planlaşdırılması və idarə edilməsi mürəkkəb, 

məhdud zaman və məkan çərçivəsində yerinə 

yetirilməsi çətin olan bu dayandırılmalar qarşıya 

əməyin təhlükəsizliyi ilə bağlı bir çox çətinliklər 

qoyur. Lakin bununla belə, onlar biznesin yüksək 

səviyyədə aparılması üçün həyati əhəmiyyətə 

malikdir. BP-nin Azərbaycanda dövri təmir üzrə 

meneceri Şon O’Keyn bunu belə şərh edir: ”Hər 

bir dövri təmir bütün işlərin yaxşı getməsi üçün 

18 ay əvvəlcədən planlaşdırılır. Bu işə xeyli adam 

cəlb olunur və bir çox ixtisas təmsilçilərini vahid 

bir qrupda birləşdirməklə çox vaxt logistika və 

idarəetmə ilə əlaqədar ciddi qərarlar qəbul etmək 

lazım gəlir”.  

2011-ci ildə Xəzər dənizində beş – 

Azərbaycanda BP üçün bu vaxta qədər 

görünməmiş sayda dövri təmir tamamlandı. 

Şahdənizdə bu, 9 gün, Çıraq, Şərqi və Qərbi 

Azəri platformalarının hər birində 14 gün, Mərkəzi 

Azəridə isə 19 gün çəkdi. 

Dövri təmirlər zamanı boru kəmərlərimizin 

işində əsaslı təkmilləşdirmələrə nail olduq, təzyiq 

altında işləyən xeyli sayda borunu yoxlayaraq 

təhlükəsizlik və ya əməliyyatlarla bağlı heç bir 

ciddi qüsur aşkar etmədik. Biz, həmçinin, bəzi 

cari texniki-təmir işlərini başa çatdırdıq və Qərbi 

Azəri platformasında yanmanı asanlaşdırmaq və 

ətraf mühitə təsiri azaltmaq üçün məşəl ucluğunu 

helikopterdən istifadə etməklə dəyişdirdik. Dövri 

təmirlər zamanı bütün platformalarda cəmi 80 

500-dən çox adam-saat iş təhlükəsiz şəkildə 

yerinə yetirildi.

Təhlükəsiz və etibarlı əməliyyatların 

xidmətində

Nəqliyyat vasitələrinin təhlükəsiz idarə 

edilməsi

Nəqliyyat vasitələrinin təhlükəsiz idarə 

edilməsində sayıqlıq göstərsək də, 2011-ci ildə 

nəqliyyat qəzalarımızın sayı 2010-cu ilə nisbətən 

44% artdı. Lakin bununla belə il ərzində heç bir 

ağır qəza baş vermədi. 

Bunların əksəriyyəti aşağı sürət şəraitində 

baş verdiyindən insanlara, nəqliyyat vasitələrinə 

və ya obyektlərə dəyən zərər minimum oldu. 

Cavab tədbiri kimi biz sürücülük göstəricilərini 

yüksəltmək üçün bir sıra proqramlar həyata 

keçirdik. Bunlara sürət zonasının monitorinqi 

proqramı, maşın sürərkən mobil telefondan 

istifadənin təsadüfi analizləri daxil idi.

Nəqliyyatın təhlükəsiz idarə edilməsinin 

vacibliyi, sürücü yorğunluğu və qışda 

nəqliyyatın idarə edilməsinin təhlükələri barədə 

xəbərdarlıqların çatdırılması üçün səylərimizi 

artırdıq. Regional prezidentimiz bütün əməkdaşları 

nəqliyyatda təhlükəsizliyə daha yaxından diqqət 

yetirməyə çağıran şəxsi müraciəti ilə bu səyləri 

daha da gücləndirdi. Nəqliyyat vasitələrinin 

təhlükəsiz idarə edilməsinə dair 2012-ci ildə 

həyata keçiriləcək bir neçə yeni təşəbbüs 

hazırlandı.

Təhlükəsizlik mədəniyyəti

BP qrupu səviyyəsində əməliyyat və quyuların 

təkmilləşdirilməsi planlarımızdan başqa, 

mühəndis-texniki işlər və logistika, tədarük 

və təchizat sisteminin idarə edilməsi kimi bəzi 

funksional şöbələr əməliyyat mədəniyyətimizi 

yaxşılaşdırmaq üçün bir sıra tədbirlər gördü. 



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə