Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə15/35
tarix07.04.2018
ölçüsü0,95 Mb.
#36498
1   ...   11   12   13   14   15   16   17   18   ...   35

26

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2011

Etik normalar və qaydalara uyğunluq 

Etibar edilən bir 

şirkət olmaq üçün ilbəil, dəyişməz yüksək standartlara uyğun olaraq 

işləyirik və gördüyümüz hər bir işdə bu standartlara riayət etmək üçün 

səy göstəririk

2010-11-ci illərdə bütün BP qrupunda BP 

dəyərlərini necə ifadə etməyimiz və rəhbərlik 

strukturunun məzmunu yenidən təftiş olundu. 

BP nəyə inandığımızı, hansı davranışı hədəf 

seçdiyimizi və bir təşkilat olaraq nəyə can atdığımızı 

hamımızın başa düşərək bölüşdürdüyümüz şəkildə 

ifadə edən beş dəyəri müəyyən etdi: təhlükəsizlik, 

hörmət, mükəmməllik, cəsarət və bir komanda. 

Məqsəd BP dəyərlərinin gələcək üçün azularımızı 

dəstəklənməsini, davranış kodeksi ilə tam 

uyğun olmasını və gündəlik işimizdə məsuliyyətli 

davranışa çevrilməsini təmin etmək idi. Daha ətraflı 

səhifə 4-də oxuyun.

Bizim davranış kodeksimiz 

BP qrupunun hər bir əməkdaşı BP-nin davranış 

kodeksinə (DK) riayət etməyə və onu əsas 

tutmağa borcludur. Bu kodeks BP-nin harada 

fəaliyyət göstərməyi, iş statusu və mənşəyindən 

asılı olmayaraq bütün işçilərindən minimum olaraq 

nələri gözlədiyini təsbit edir. O, BP-nin bütün 

hüquqi tələblərə və kodeksdə göstərilən uyğun 

etik standartlara riayət etmək barədə fundamental 

öhdəliyini əks etdirir.

Kodekslə yerli hüquqi normalar arasında fərqlər 

olduğu təqdirdə, daha yüksək standartlara üstünlük 

verilməsindən asılı olaraq ya kodeks, ya da yerli 

hüquqi tələblər tətbiq olunmalıdır. Kodeksə əməl 

etməmək çox ciddi pozuntu hesab edilir və inzibati 

tədbirlərin görülməsinə, o cümlədən işdən azad 

edilməyə gətirib çıxara bilər. 

Konkret olaraq, DK qeyri-qanuni, korrupsiyaçı 

və qeyri-etik davranışları, o cümlədən rüşvətxorluq 

və çirkli pulların yuyulmasını qadağan edir. O, BP 

qrupunun bütün dünyada nağd pulla və ya natura 

ilə heç bir korporativ siyasi yardım etməmək 

siyasətini vurğulayır. Kodeks, eyni zamanda, 

hədiyyələrin verilməsi və alınmasına, əyləncələrin 

təşkilinə və maraqların toqquşmasından 

yayınmağa dair təlimatlar verir. 



Sözünü demək

DK əməkdaşları onları narahat edən məsələləri 

qaldırmağa, etik normalar, qaydalara uyğunluq və 

kodeksin özü barədə suallar verməyə təşviq edir. 

Bizim açıq danışmağa görə cəzalandırılmağa qarşı 

sıfır dözümlülük siyasətimiz sözünü açıq deməyin 

ən düzgün iş olmasına inamımızı tamamlayır.

“OpenTalk” (“Açıq söhbət”) adlanan müstəqil 

yardım xətti BP əməkdaşları və podratçıları 

tərəfindən qaldırılan problemlərin və sualların məxfi 

qaydada nizama salınması üçün bir vasitədir. Bu 

yardım xəttindən həftənin bütün günləri – istər 

gündüz olsun, istərsə də gecə - istifadə etmək 

mümkündür. O, 75-dən artıq dildə olunan zəngləri 

qəbul edə bilir.

Biznes etikası

Birləşmiş Krallığın “Rüşvətxorluq barədə” 2010-cu 

il qanunundan sonra (1 iyul 2011-ci ildən etibarən 

qüvvəyə minib), 2011-ci ildə BP qrupunun 

rüşvətxorluq və korrupsiyaya, eləcə də çirkli pulların 

yuyulmasına qarşı yeni standartları istifadəyə verildi. 

Bu standartlar harada olmasından asılı olmayaraq 

BP-nin tam mülkiyyəti olan bütün təşkilatların və 

BP-nin iştirak səviyyəsi nəzərə almaqla mümkün 

olan səviyyədə bütün birgə müəssisələrin hər bir 

əməkdaş və icraçısına tətbiq olunur. Onlar qarşı 

tərəflə sövdələşmə aparmazdan əvvəl lazımi 

yoxlama və ehtiyat tədbirlərinin əhəmiyyətini daha 

da artırır.

İl ərzində şirkət BP əməkdaşları və agentlik 

işçiləri üçün DK-nin mənafelərin toqquşması, 

rüşvətxorluq, korrupsiya və çirkli pulların yuyulması 

mövzularını əhatə edən elektron təhsil kursları 

təqdim etdi.

Podratçılar və etik normalar

BP bizim kodeksə oxşar prinsiplər əsasında 

fəaliyyət göstərən üçüncü tərəflərlə işləməyə 

çalışır. Kodeksin müddəalarından biri BP üçün 

və ya BP ilə işləyən hər bir podratçının minimum 

davranış standartlarını müəyyən edir. Rüşvətxorluq 

və çirkli pulların yuyulması qadağandır. Bu mövzular 

təchizatçılarımızla müntəzəm olaraq keçirilən 

müzakirələrə daxildir. Onlardan həm də qaydalara 

riayət olunduğunu müvafiq bəyannamələri 

imzalamaqla təsdiq etməsi tələb olunur.

2011-ci ilin göstəriciləri

2011-ci ildə həmişə olduğu kimi Azərbaycanda 

BP-nin etik norma və qaydalara uyğunluq barədə 

illik attestasiya prosesi həyata keçirildi. Bütün 

BP əməkdaşları və agentlik işçilərindən öz 

fəaliyyətlərinin DK-ya uyğun olduğunu təsdiq 

etmək tələb olundu. Bütün pozuntular onlayn 

formada qeydə alındı.

İl ərzində BP-də Azərbaycan-Gürcüstan-

Türkiyə regionu üzrə 76 DK pozuntusu qeydə alındı. 

Bu pozuntular əsaslı şəkildə araşdırıldı və islahedici 

tədbirlər görüldü. Bir neçə BP əməkdaşı, podratçı 

və agentlik işçiləri uyğun yerli qanun və qaydalara 

riayət etmədiklərinə və ya DK standartlarını 

pozduqlarına görə işdən azad edildi. Pozuntu 

hallarına spirtli içki və ya narkotik maddələrdən 

sui-istifadə, təhlükəsizlik proseduralarının pozulması, 

dələduzluq və şirkət resurslarından yanlış istifadə 

halları daxil idi.

İşçilər davranış kodeksi təqdimatında



8

9

43

10

Azərbaycanda qeydə alınmış pozuntular

Təhlükəsiz, məsuliyyətli və etibarlı iş

İşçilərimiz

İşgüzar tərəfdaşlarımız

Aktivlərimiz və maliyyə sahəsində düzgünlüyümüz

(davranış kodeksinin fəsli üzrə)




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə