Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə14/35
tarix07.04.2018
ölçüsü0,95 Mb.
#36498
1   ...   10   11   12   13   14   15   16   17   ...   35

24

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2011



Təhsil və inkişaf

2011-ci ildə biz Azərbaycanda təlimlərə 

və işçilərin inkişafına 5,6 milyon dollara 

yaxın vəsait xərcləmişik. Buraya əməyin 

təhlükəsizliyi, idarəetmə, eləcə də biznes 

davranışları ilə bağlı təlimlər daxildir. 

Bu proqram təşkilati potensial yaratmaq 

üçün icra göstəricilərinə diqqət yetirən fərqli 

bir inkişaf prosesi təşkil etməklə şirkətin 

strategiyasını dəstəkləyir. O, həmçinin, 

əməkdaşlarımıza öz gələcək karyeraları ilə 

bağlı aydın istiqamət verərək fərdi inkişafı 

dəstəkləyir, eləcə də işçilərin öz bacarıq 

və qabiliyyətlərinə görə uğur qazandıqları 

meritokratiya mühitini təmin edir. Proqram 

ilk dəfə 2011-ci ildə geoloji-geofiziki bölmədə 

tətbiq olundu. 2012-ci ildə proqrama daha çox 

şöbə qoşulacaq. 

Öz peşə istiqamətləri üzrə daha yüksək 

ixtisas dərəcələri əldə etmək istəyən 

əməkdaşları dəstəkləyirik. Bu davamlı 

peşə təlimi siyasətinin məqsədi BP-

də seçdikləri karyera yoluna aid nəzəri 

və təcrübi biliklərini dərinləşdirmək 

arzusunda olanlara kömək göstərməkdir. 

Şirkət təhsil haqqını, kitab, qeydiyyat, 

imtahan və yazışma xərclərini 100% öz 

üzərinə götürür.

Yelena Mirtaqavi

Təhsil və inkişaf üzrə menecer, 

BP AGT



Bu və digər diaqram və cədvəllər yalnız İnsan resursları 



şöbəsinin təşkil etdiyi təlimləri əks etdirir.

Quyular, mühəndis-texniki, geoloji-geofiziki işlər, əlaqələr və 



şirkətxarici işlər və maliyyə sahələrini əhatə edir.

BP-nin Azərbaycanda təlim xərcləri

a

 

2 151

1 668

266

1 473

Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit/

fövqəladə hallara qarşı cavab tədbirləri

Əsas/bazis/liderlik

Əməliyyatlar/texniki

Peşəkar


b

(min dollar)



BP-nin təyinatı ilə xaricdə işləyən 

Azərbaycan vətəndaşları

8

6

4

3

14

27

Davam edir 

Başlayıb   

Qurtarıb 

Qadın

Qadın


Qadın

Kişi


Kişi

Kişi


Davamlı peşə təhsili

Davamlı peşə təhsili proqramı işçilərimizə 

mənsub olduqları peşə sahəsində formal elmi 

dərəcə və ya sertifikat əldə etməkdə köməklik 

göstərir. Bu proqram vasitəsilə tam ştat 

işləyən yerli əməkdaşlar təhsillə bağlı xərcləri 

ödəmək üçün maliyyə dəstəyi ala bilir.

2011-ci ildə midstrim, geoloji-geofiziki 

işlər, əməliyyatlar, əməyin təhlükəsizliyi və 

əməliyyat riskləri, insan resursları, maliyyə, 

eləcə də əlaqələr və şirkətxarici işlər üzrə 23 

əməkdaşımız bu proqram çərçivəsində dəstək 

alıb. İl ərzində yeddi BP əməkdaşı tanınmış 

Britaniya və ya Amerika təhsil müəssisələrində 

təbiət elmləri üzrə magistr dərəcəsi verən 

proqramlara müraciət etdilər. Daha 16 nəfər 

BP-nin köməyi ilə magistratura səviyyəsində 

digər təhsil imkanlarından faydalandı.

“Çəllenc” proqramı

“Çəllenc” (“Sınaq”) proqramı BP-nin texniki və 

peşə sahələri üzrə erkən inkişaf proqramıdır. 

Bu proqram BP-yə uzunmüddətli strateji 

inkişafa və işçi qüvvəsinin yenilənməsinə nail 

olmaqda böyük köməklik göstərir. Proqramın 

məqsədi müəyyən ixtisas sahəsi üzrə üstün 

texniki xidmət göstərən, həmçinin daha geniş 

biznes tələblərinə cavab verən tam səriştəli və 

müstəqil peşəkarlar hazırlamaqdır.

2011-ci ildə 26 yerli əməkdaş bu proqramı 

uğurla başa vuraraq şirkətdə daha üstün 

vəzifələrə irəli çəkildi. Bundan başqa yeni 64 

nəfərin proqrama qoşulması ilə Azərbaycanda 

“iddialı gənc mütəxəssis – çəllencer”lərin 

ümumi sayı 143-ə çatdı. 

İyul ayında Azərbaycan-Gürcüstan-Türkiyə 

(AGT) regionu “çəllencer”ləri BP qrupunun 

“TexnoFest” tədbirində ilk dəfə iştirak etdilər. 

Bu onlara öz işlərini nümayiş etdirməyə, 

texniki sahədə rəhbərliklə ünsiyyətdə olmağa, 

eləcə də BP-dəki şəbəkələrini və əlaqələrini 

genişləndirməyə imkan yaratdı. 

“Apstrim ekselens” proqramı

Proqramın məqsədi əməkdaşlarımızın texniki 

və peşə qabiliyyətlərini dərinləşdirmək, 

həmçinin öz təşkilati potensialımızı artırmaqdır. 

Bu, hər bir ixtisas sahəsi üzrə texniki və 

peşəkar inkişaf üçün strukturlaşdırılmış bir 

proses təklif edir.



1


25

Biz necə işləyirik

Dil təlimi

Biz yerli işçi heyətimiz üçün ingilis dili 

dərslərini davam etdiririk. 2011-ci ilin sonuna 

təxminən 280 əməkdaşımız bu dərslərdə 

iştirak edirdi. Hər ay ingilis dilində ünsiyyət 

klubları təşkil olundu. Biz, həmçinin, əcnəbi 

əməkdaşlara Azərbaycan dili dərsləri ilə 

birlikdə Azərbaycanın tarixi, mədəniyyəti və 

adət-ənənələri barədə mühazirələr təklif etdik. 

Xəzər texniki təlim mərkəzi

Xəzər texniki təlim mərkəzi (XTTM) BP və 

tərəfdaşları üçün AGT regionunda işçi heyətin 

milliləşdirilməsini həyata keçirməkdə misilsiz 

xidmət göstərir. İlk məzunların buraxıldığı 

2004-cü ildən bəri Hazırlıq proqramı 

çərçivəsində 686 texnik təlim alıb, onlardan 

164-ü təlimi Hazırlıqsonrası proqramında 

davam etdirib. 2011-ci ildə 63 texnik məzun 

olaraq qurudakı və dənizdəki obyektlərə yola 

salınıb.


XTTM-də əməyin təhlükəsizliyi göstəricisi 

2011-ci ildə yeni səviyyəyə yüksəldi – Mərkəz 

xəsarətə görə vaxt itirmədən 1 milyon 

adam-saat iş və qəzasız 1 milyon kilometr 

göstəricisinə nail oldu. “Moody International” 

təşkilatının keçirdiyi auditdən sonra XTTM 

öz İSO sertifikatının əhatə dairəsini Texniki 

qeyri-hazırlıq təlimi ilə genişləndirdi. Oman 

və İraqdakı əməliyyatlarımızın XTTM-in 

xidmətlərindən istifadə etməyə başlaması ilə 

bura BP qrupu üzrə yüksək ixtisaslı kadrlar 

hazırlayan regional mərkəzə çevrildi.

 

Coğrafiya elmində uğur qazanmaq üçün 



riyazi coğrafiya və geodeziya sahəsində elmi 

biliklərin inteqrasiya olunması zəruri hesab 

edilir. Emil Bayramov 2008-ci ildən bəri 

Azərbaycanda BP-nin Bakı-Tbilisi-Ceyhan 

(BTC), Cənubi Qafqaz boru kəməri (CQBK) və 

Qərb ixrac boru kəməri (QİBK) üçün Coğrafi 

İnformasiya Sistemləri (CİS) üzrə koordinatoru 

olub. O, coğrafiya və geodeziya üzrə 

biliklərindən boru kəmərləri marşrutu boyunca 

risklərin azaldılması üçün tələb olunan 

təhlillərdə istifadə edir. “Texnologiya və elmin 

tətbiqi boru kəmərləri boyunca risklərlə bağlı 

etibarlı proqnozlar vermək üçün son dərəcə 

əhəmiyyətlidir”, - o, vurğulayır.

2011-ci ildə Emil coğrafiya və 

geodeziya sahəsində peşəkarlığını təsdiq 

etdirmək qərarına gəldi. Öyrəndi ki, Böyük 

Britaniyanın Kral Coğrafiya Cəmiyyəti onun 

istədiyi beynəlxalq peşəkar statusu verən 

təşkilatlardan biridir. Emil avqust ayında 

beynəlxalq şəhadətnaməli coğrafiyaçı olmaq 

üçün ərizəsini göndərdi. İki aydan sonra ona 

bu yüksək status verildi.

Bunun belə sürətlə baş verməsi bir qədər 

gözlənilməz oldu. Emilin öz ixtisası üzrə 12-illik 

peşə təcrübəsi var və beynəlxalq resenziyalı 

jurnallarda bir neçə elmi məqaləsi nəşr olunub. 

BP-dən əvvəl o, CİS və riyazi geodeziya üzrə 

beynəlxalq məsləhətçi kimi işləyib, həmçinin 

18 ay Massaçusets Texnologiya İnstitutu və 

Harvard Universitetində tədris kursu keçib. 

İsveçrənin Lund Universitetindən coğrafiya 

ixtisası üzrə bakalavr dərəcəsi və CİS üzrə 

magistr dərəcəsi alıb. Onun landşaftşünaslıq 

üzrə magistr dərəcəsi də var. Hazırda təbiət 

elmləri üzrə fəlsəfə doktoru dərəcəsi almaq 

üçün Almaniyanın Drezden Texnologiya 

Universitetində təhsil alır. Belə düşünür ki, BP 

onun həm peşəkar, həm də elmi inkişafı üçün 

böyük imkanlar yaradıb.

“BTC, CQBK və QİBK boru kəmərlərinin 

risklərin qiymətləndirilməsi sisteminin və boru 

kəmərlərinin açıq məlumat standartlarının 

hazırlanması ilə bağlı layihələrə CİS-in tətbiq 

edilməsi üçün BP-nin yaratdığı imkanlar mənə 

öz elmi və peşə biliklərimi artırıb beynəlxalq 

səviyyəyə çatmaqda kömək etdi. Ətraf mühitin 

CİS-ə əsaslanan monitorinqi proqramları 

da mənə imkan verdi ki, CİS-in tətbiqinin 

daha geniş əhatə dairəsi ilə bağlı elmi-peşə 

biliklərimi inkişaf etdirim. Bu təcrübədən 

boru kəmərləri boyunca müntəzəm aparılan 

müvafiq yoxlama proqramlarının CİS-əsaslı 

kompleks təhlilində də geniş istifadə edirəm. 

Qazandığım bütün təcrübə və bilikləri 

gələcəkdə BP-də geodezik məlumatlarının 

idarə olunması və riskin qiymətləndirilməsi 

prinsiplərinin inkişafına tətbiq etmək 

ümidindəyəm”, - Emil deyir.

Azərbaycanın beynəlxalq şəhadətnaməli ilk kartoqrafı

1. İşçi heyətin inkişafı üzrə 

institutun şəhadətnaməsi ilə 

Nottingem Trent Universitetinin 

magistr diplomunu alarkən

2. Əməkdaşlar iclas zamanı

3. Xəzər texniki təlim mərkəzində 

treninq


2

3


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə