Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə17/35
tarix07.04.2018
ölçüsü0,95 Mb.
#36498
1   ...   13   14   15   16   17   18   19   20   ...   35

28

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2011

• 

 Ön xətdə çalışan işçilərimizlə əlaqələri 



gücləndirmək məqsədilə il ərzində texniklərin 

üç forumunu keçirdik.

• 

 Azərbaycanda işçi heyəti ilə yüksək vəzifəli 



rəhbərlik arasında rəy və təkliflərin verilməsi 

və qeyri-rəsmi ünsiyyəti təşviq etmək üçün 

yeddi dəfə “işçilərə qulaq asmaq üçün nahar 

yeməkləri” keçirildi.

• 

 171 əməkdaşımızı uzunmüddətli xidmət 



mükafatı ilə təltif etdik. Bu proqram 2008-ci 

ildə həyata keçirilməyə başlayandan bəri 

təxminən 800 nəfərin xidmətlərini bu cür 

qiymətləndirmişik. 

• 

 Qaydalara riayət və etik normalar üzrə 



“OpenTalk” (“Açıq söhbət”) etimad telefon xətti 

bütün il boyu işini davam etdirdi.

• 

 259 nəfər BP əməkdaşı və podratçısı, eləcə 



də onların ailə üzvləri üçün doqquz “ailə günü” 

keçirdik.



İcmalarla

• 

 Azərbaycandakı obyektlərimizin yaxınlığında 



yaşayan icmalarda davamlı inkişaf 

təşəbbüslərinə dəstəyi davam etdirdik.

• 

 Texniki təhlükəsizliyi gücləndirilmək və qeyri-



texniki riskləri idarə etmək üçün Səngəçal 

terminalı yaxınlığında yaşayan icmalarla il boyu 

ünsiyyətdə olduq.

• 

 Bakı-Tbilisi-Ceyhan/Cənubi Qafqaz boru kəməri 



marşrutu boyunca şikayət və narazılıqların 

yoluna qoyulması mexanizmi işlək oldu.

• 

 BP, icma üzvləri və təhlukəsizliyi təmin edən 



hökumət orqanları arasında dialoqa kömək 

edən Təşkilatlararası Təhlükəsizlik Komitəsinin 

forumu ilə birgə işlədik.

• 

 Əməkdaşların cəlb edilməsi proqramı vasitəsilə 



əməkdaşlarımız icma inkişafına və təhsilə öz 

töhfələrini verdi.



Kütləvi informasiya vasitələri ilə 

• 

 Azərbaycanda fəaliyyətlərimizin nəticələri 



barədə kütləvi informasiya vasitələrinə 

məlumat vermək üçün biznes əməliyyatları 

üzrə rüblük hesabatlar buraxdıq.

• 

 Region üzrə prezidentimiz biznes sahəsində 



yazan bir qrup yerli və xarici jurnalistlə 

mütəmadi görüşərək onlara BP tərəfindən 

həyata keçirilən layihələrdəki yeniliklər 

haqqında məlumatlar verdi.

• 

 BP-nin Azərbaycandakı fəaliyyətləri barədə 



yerli və xarici jurnalistlər üçün qrup şəklində və 

fərdi brifinqlər keçirdik, müntəzəm olaraq yeni 

məlumatları çatdırdıq və televiziya müsahibələri 

verdik. 


• 

 Media üçün iki seminar və iş sahələrimizə 

24 səfər təşkil etdik. İştirak edən təşkilatlar 

arasında “Financial Times”, “BBC”, “CNN”, 

“Die Welt” və “Dow Jones” da var idi.

• 

 2011-ci il ərzində mətbuat üçün biznes 



fəaliyyətimizdəki nailiyyət və irəliləyişləri əhatə 

edən 16 pres-reliz buraxdıq.

• 

 Mətbuat nümayəndələrinin suallarını 



cavablandırmaq üçün 24 saat fəaliyyət 

göstərən xəttimiz açıq oldu.

• 

 2011-ci ilin sentyabr-oktyabr aylarında 



“Thompson Foundation” təşkilatında sosial 

mediaya dair iki həftəlik seminara qatılmaları 

və Böyük Britaniyanın media dairələri ilə 

görüşmələri üçün altı nəfər yerli jurnalistin 

Böyük Britaniyaya səfərini təşkil etdik.

Digər maraqlı tərəflərlə 

İşgüzar səfərlər 

Səngəçal terminalında 30-a yaxın ölkənin 

nümayəndələrini və tərəfdaşımız olan şirkətlər 

İTOÇU, Total, ARDNŞ, TPAO, LUKOYL və 

İNPEKS-in qonaqlarını qəbul etdik.

Tələbələrlə

• 

 Mühəndislik, o cümlədən kimya və mexanika 



mühəndisliyi ixtisasları üzrə bakalavr təhsilini 

əhatə edərək imkanlarını genişləndirməsi 

üçün Qafqaz Universitetinə dəstəyimizi davam 

etdirdik.

• 

 “BP Azərbaycanda davamlı inkişaf haqqında 



hesabat 2010” ilə əlaqədar tələbələrin rəy və 

təkliflərini öyrənmək üçün yerli universitetlərin 

tələbələri ilə müzakirələr apardıq.

• 

 Həm Azərbaycanda, həm də ölkədən kənarda 



təqaüd proqramlarına dəstək verdik.

• 

 Təcrübə proqramı vasitəsilə BP-nin 



Azərbaycandakı müxtəlif şöbələrində təhsildən 

ayrılmadan əmək təcrübəsi əldə etmələri üçün 

tələbələri işə cəlb etdik.

Podratçılarla

• 

 BP-nin idarə etdiyi layihələrdə yerli şirkətlərin 



iştirakını artırmaq məqsədilə öz podratçılarımız 

üçün məlumat və tanışlıq tədbirləri təşkil etdik.

Geniş ictimaiyyətlə

• 

 Noyabr ayında Xəzər Beynəlxalq Ətraf Mühit 



Sərgi-Konfransında – Xəzər və Qafqaz 

regionunda bu qəbildən ən böyük tədbirdə 

iştirak etdik.

• 

 BP-nin Azərbaycanda və regiondakı fəaliyyətləri 



bp.com/xezer internet saytımızda işıqlandırıldı. 

2011-ci ildə hər gün bu sayta orta hesabla 480-

dən artıq insan daxil olub. Onlayn sorğu forması 

vasitəsilə il ərzində ümumilikdə 395 sorğu aldıq.

Hər il Səngəçal terminalı yaxınlığındakı 

icmalarla, o cümlədən Əzimkənd və Ümid 

kəndlərinin sakinləri ilə görüşlər keçirilir. 

Məqsəd terminaldakı cari əməliyyatları izah 

etmək və terminalın gələcəyi ilə bağlı bütün 

məsələləri onlarla müzakirə etməkdir. 2011-ci 

ildə bu görüşlər qarşıdan gələn inkişaf 

layihələrinə – Səngəçal terminalı ətrafında 

gələcək genişləndirmə işləri ilə əlaqədar 

Şahdəniz Mərhələ 2 (ŞD2) infrastruktur 

layihəsinə yönəldildi. 

Görüşlərdən əvvəl qonşu icmalarda 

aparılmış rəy sorğusu bizə imkan verdi ki, həm 

lazım olan auditoriyanı, həm də planlarımız 

barədə məlumatların lazım olan insanlara 

düzgün formatda çatmasını təmin etmək üçün 

ən münasib əlaqə formasını müəyyənləşdirək. 

ŞD2 infrastruktur layihəsinə aid ətraf mühit 

və sosial sahəyə təsirin qiymətləndirilməsi və 

terminalda görülməsi planlaşdırılan işlər xeyli 

marağa səbəb oldu və ŞD2 barədə konstruktiv 

dialoqa başlamaq, mümkün narahatlıqları başa 

düşmək üçün bizə əlverişli imkan yaratdı.

“Bu görüşlərdən sonra genişləndirmə 

layihəsinin icmalara təsirini aradan qaldırmaq, 

qeyri-biznes risklərimizi azaltmaq, kəndləri 

qazın məşəldə yandırılması və lay suyu kimi 

məsələlərin müzakirəsinə cəlb etmək üçün 

tərtib olunmuş uzunmüddətli əlaqələr planı 

hazırladıq”, – BP AGT-də maraqlı tərəflərlə 

əlaqələr üzrə rəhbər Qivami Rəhimli deyir: 

“2012-ci ildə Səngəçal yaxınlığında yaşayan 

icmalarda sağlamlıq, əməyin təhlükəsizliyi və 

ətraf mühit standartlarımızın mahiyyəti barədə 

daha geniş təsəvvür yaratmaq üçün xüsusi iş 

aparacağıq”.



Kəndlər daim məlumatlandırılır 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə