Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə20/35
tarix07.04.2018
ölçüsü0,95 Mb.
#36498
1   ...   16   17   18   19   20   21   22   23   ...   35

32

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2011

birləşdirən, quyuların təhlükəsiz və standartlara 

uyğun olmasını təmin etmək üçün hazırlanmış 

ümumi qlobal standartlara malik quyular üzrə 

qlobal təşkilatımız vasitəsilə həyata keçirilib. 

İl ərzində bizim quyular üzrə qrupumuz 2010-

cu ildə Meksika körfəzində baş vermiş qəzadan 

sonra BP qrupu tərəfindən hazırlanmış ilkin 

təlimatlarda əksini tapmış tələblərə riayət etdi. Bu 

işlərə atqıya qarşı sualtı preventor sistemlərinin 

yoxlanılması, bu sistemləri təkmilləşdirmək 

planları, sementləmə əməliyyatlarımızın gələcək 

qiymətləndirilməsinə zəmanət və qərar qəbul 

edilməsi üçün səlahiyyətlərinin yüksəldilməsi 

daxil idi. İlkin təlimatlardakı tövsiyələrə cavab 

olaraq quyular üzrə qlobal təşkilatın qərarlarına 

uyğun olaraq, bizim quyu işləri üzrə qrupumuz 

daha uzun müddət üçün regional strateji icra planı 

işləyib hazırladı.

BP AGT üzrə regional strateji icra planına 

təhlükəsiz və etibarlı şəkildə işləmək üçün kifayət 

qədər resursun olmasını təmin etməklə yanaşı, 

əməyin təhlükəsizliyinin yaxşılaşdırılması üzrə 

fəaliyyətlərə ciddi şəkildə prioritetləşdirilmiş 

yanaşma daxildir. Fəaliyyətlərdə əsas diqqət 

hər bir standartlaşdırılmış texnoloji prosesi 

aydın, sistemli, yoxlanıla bilən və davamlı 

bir tərzdə həyata keçirmək qabiliyyətimizi 

gücləndirməklə əməliyyat risklərini azaltmağa 

yönəlir. İcra strategiyasına yüksək səviyyəli daxili 

və xarici təftişlər, dəqiq təminat və yoxlamalar, 

təkmilləşdirmələrlə əlaqədar vəzifələrin quyular 

üzrə qrupun mədəniyyətinə və əməliyyat 

sistemlərinə daxil edilməsi ilə xarakterizə olunan 

standartlaşdırılmış yeddi mərhələli bir proses 

daxildir. 

Boru kəmərlərinin mexaniki bütövlüyünün 

idarə edilməsi

Quruda


2011-ci ildə basdırılmış boruların təftişi üçün bir 

neçə müasir metod və texnologiyanın Səngəçal 

terminalında istifadəsinə davam etdik.

Bu metodlardan biri uzun radiuslu ultrasəs 

vasitəsilə qalınlığın (URUQ) ölçülməsidir. Bu 

ölçmə kipləyici muftadan boru boyunca ultrasəs 

impulsları göndərməklə həyata keçirilir. Boruların 

hər iki tərəfində 10 metrədək URUQ yoxlamasına 

imkan verən səkkiz xəndək qazıldı. Əlavə olaraq, 

eyni metoddan istifadə etməklə basdırılmış 30 

qapalı drenaj sistemi yoxlanıldı.

Bundan başqa, çox vaxt aparan 

boşdayanmalara yol verməmək məqsədilə 

terminalda basdırılmış boru kəmərlərinin qaynaq 

yerləri və flans səthlərinin vəziyyətini yoxlamaq 

üçün fazalaşdırılmış ultrasəs sistemi istifadə 

edildi. Biz həm də ilk dəfə olaraq boruların 

“kağızsız”təftişini sınaqdan keçirdik. Belə ki, üç-

ölçülü modellər və ultrasəslə qalınlığı yoxlamaq 

imkanları əlavə edilmiş dizüstü kompüter 

sahədə uğurla istifadə edildi. Avadanlıqları 

təkmilləşdirərək bu texnologiyanı daha geniş 

tətbiq edə biləcəyimizə inam yaradan dəyərli 

biliklər əldə etdik. 

Dənizdə

2011-ci il sualtı boru kəmərlərinə xidmət edən 



qrup üçün çox qızğın bir il oldu. Onlar dəniz 

platformasındakı ərsin (boru kəmərinin təftişi və 

təmizlənməsi üçün qurğu) buraxılan kameradan 

Səngəçal terminalındakı ərsin qəbuledicisinədək 

bütün boru kəmərlərinin bütövlüyü üçün 

məsuliyyət daşıyır.

Xüsusi sualtı avadanlıqdan istifadə edilməklə 

üç böyük yoxlama layihəsi başa çatdırıldı, boru 

kəmərlərinin bütövlüyü ilə bağlı heç bir problem 

aşkar edilmədi:

• 

 24-düymlük Çıraq sualtı neft ixrac boru 



kəmərinin daxili təftişi həyata keçirildi. 

Hazırlanmış hesabat təsdiq etdi ki, boru kəməri 

davam edən əməliyyatlar üçün yararlıdır.

BP qrupunun əməyin təhlükəsizliyi və əməliyyat 

riski (ƏTƏR) qrupu üç ildən bir təkrarlanan, 

əməliyyatları diqqətdə saxlayan sistematik və 

strukturlaşdırılmış bir audit proqramı həyata 

keçirir.


2011-ci ilin iyununda BP AGT-nin midstrim 

obyektləri, o cümlədən quruda uyğun köməkçi 

funksiyaları BP qrupu səviyyəsində hərtərəfli 

ƏTƏR auditindən keçdi. Audit üç həftə ərzində 

BP qrupundan gəlmiş müxtəlif ixtisaslı 21 

auditordan ibarət bir komanda tərəfindən həyata 

keçirildi. Tamamlama müddəti bir neçə aydan altı 

ilə qədər dəyişən tədbirlərin görülməsini tələb 

edən bir sıra nəticələr məruzə edildi.

Bu tədbirləri tamamlamaq üçün onların 

icrası regional və mərkəzi yoxlama qrupu 

tərəfindən təsdiq edilməlidir. Tamamlamanın 

bu cür mərhələli yoxlanması prosesi tədbirlərin 

icrasının keyfiyyətinə əmin olmaq, təhlükəsizlik 

və əməliyyat risklərini azaltmaq üçün nəzərdə 

tutulub.


2012-ci ilin birinci yarısının sonuna qədər BP 

AGT-də 2011-ci ilin midstrim ƏTƏR auditindən 

doğan tədbirlərin 60%-i, həmçinin 2010-cu ildə 

keçirilmiş dəniz obyektləri üzrə ƏTƏR auditinin 

tələb etdiyi tədbirlərin 87%-inin icrası daxili 

yoxlamadan keçərək tamamlandı.



Midstrim auditi və regional yoxlama 

prosesi

Emin Abdullayev Mərkəzi Azəri platformasında 

sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf 

mühit (SƏTƏM) üzrə məsləhətçidir. Bir gün 

briqada üzvlərindən biri ona yaxınlaşaraq 

əgər işçi yoldaşlardan biri xəsarət alarsa onu 

buruq qülləsindən necə götürəcəkləri barədə 

narahatlığını bildirdi. Emin ona diqqətlə qulaq 

asdı və daha sonra ardıcıl tədbirlər təklif etdi. 

Bundan sonra, fövqəladə hallara cavab 

tədbirləri qrupu Eminin rəhbərliyi ilə bu konkret 

problemin həllində uğurla istifadə olunan bir 

xilasetmə ssenarisi işləyib hazırladı. Bu cür 

təlim-məşq kollektiv iş, diqqətli planlaşdırma 

və ən yaxşı həlli aşkar etmək üçün mərhələli 

planın yerinə yetirilməsini tələb edir. Bundan 

sonra təcrübədən alınmış dərslərin başqa 

qrup üzvləri və obyektlərlə bölüşülməsi 

regionda standartlaşdırma və davamlı inkişafa 

kömək edir.

Belə fərasətli işin nəticəsi kimi, Emin 

BP-nin “Team BP” (“BP komandası”) adlanan 

fərdi mükafatı üçün irəli sürüldü və qalib 

kimi 2012-ci il London Olimpiya Oyunlarına 

biletlə təltif edildi. Emin deyir: “Mənim 

uğur hekayəm hər gün BP-nin istehsalat 

sahələrində baş verən bir çox uğurdan yalnız 

biridir. Hər gün daha da təkmilləşə bilməyimiz 

üçün bu hekayələri bir-birimizlə bölüşməyimiz 

vacibdir”. O, əlavə edir: “Dənizdə və ya 

quruda, işimizi necə yerinə yetirməyimiz 

baxımından, əməyin təhlükəsizliyi və 

qaydalara riayət etmək çox böyük əhəmiyyət 

kəsb edir. Mənim fikrimcə, bu, bir çox 

mənada ən yüksək səviyyədə qarşıya düzgün 

məqsədlərin qoyulmasına görədir.” 



Nümunəvi liderlik qabiliyyəti


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə