Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə23/35
tarix07.04.2018
ölçüsü0,95 Mb.
#36498
1   ...   19   20   21   22   23   24   25   26   ...   35

37

Ətraf mühit

o, BP AGT-də ətraf mühitin idarə edilməsi 

sisteminin İSO 14001 sertifikatının əhatə 

dairəsinə əlavə edildi. 

Bu auditlərdən sonra doqquz islahedici 

tədbir barədə sorğu verildi. Bunlar müqavilə 

sənədləşməsi və əməliyyatlara nəzarət, 

təhlükəli materiallarla davranma və onların 

saxlanması, fövqəladə hallarda cavab 

tədbirlərinin qeydiyyatı, sənədlərə nəzarət, 

texniki şərtlərə uyğunluqla bağlı idi. 2010-

cu ildə aparılmış auditin nəticəsi kimi irəli 

sürülmüş 11 islahedici tədbirinin (bunların altısı 

Bakıdakı Villa Petrolea ofisimizə aid idi) hamısı 

BP tərəfindən yerinə yetirildi və düzgünlüyü 

şirkətdənkənar auditor tərəfindən təsdiqləndi. 

Karbohidrogen dağılmaları

d

 

2011-ci ildə Azərbaycandakı obyektlərimizdə 

2010-cu ildəki 11 karbohidrogen dağılması ilə 

müqayisədə cəmi beş hadisə qeydə alındı. 

Bütün dağılmalar dəniz obyektlərində baş 

verib və qismən cavab tədbirləri görərək 



BP-nin Azərbaycanda enerji istehlakı

 

2010



2011

Yanacaq qazı (min ton)

963,7

832,0

Dizel yanacağı (min ton)

48,8

49,0

Elektrik enerjisinin idxalı (meqavat saat)

8 300

a

 



8 085

təsirləri azaltmaq üzrə daxili potensialımız 

sayəsində tam yığılaraq təmizlənib. Dağılmış 

karbohidrogenin həcmi (2 677 litr) 2010-cu ilin 

göstəricisi ilə müqayisədə nəzərəçarpacaq 

dərəcədə az (92%) olmuşdur. Ətraf mühitə 

bütün dağılmalar barədə Ekologiya və Təbii 

Sərvətlər Nazirliyinə (ETSN) və Azərbaycan 

Respublikası Dövlət Neft Şirkətinə məlumat 

verilib. 

BP Xəzər hövzəsində fəaliyyət göstərən 

məsuliyyətli bir operator kimi hər bir hökumət 

orqanının şirkətə bildirdiyi istənilən narahatlığa 

ciddi yanaşır. Azərbaycanda bütün müvafiq 

hökumət orqanları, o cümlədən ETSN-ə 

hesabat və xəbər-bildiriş verməyimizi 

tənzimləyən razılaşdırılmış proseduralarımız 

var. Buraya planlaşdırılmamış əhəmiyyətli 

atılmalar barədə bildirişlər də daxildir. Biz 

ETSN-lə yaxından əməkdaşlıq etməyə 

davam edir, regionumuzda ətraf mühitlə bağlı 

təhlükəsiz əməliyyatlara təminat vermək 

üçün lazım ola bilən istənilən fəaliyyət və 

qabaqlayıcı tədbirləri mütəmadi olaraq onlarla 

müzakirə edir və razılaşdırırıq.

Karbohidrogen dağılmaları həcmi bir barel (42 ABŞ qallonuna 



bərabər 159 litr) və ya daha çox olan maye karbohidrogenin 

atılması kimi təyin olunur.



“BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010”da göstərilmiş 54 349 əvəzinə. 

Xəzər Beynəlxalq Ətraf Mühit Sərgisinin qonaqları BP stendində, noyabr 2011



BP-nin Azərbaycanda birbaşa CO

2

 

emissiyaları

(min ton)

Ümumi birbaşa karbon dioksid (BP və tərəfdaşları)

Xalis birbaşa karbon dioksid (ancaq BP)

500

1 000


1 500

2 000


2 500

3 000


3 500

4 000


2007

2008


2009

2010


2011

582,8

1 980,1

3 677,7

3 827,1

3 656,8

3 892,5

687,6

668,5

641,0

665,5

BP-nin Azərbaycanda ümumi qeyri-

istixana qazı emissiyaları

(ton)


Kükürd oksidləri (SOx)

Azot oksidləri (NOx)

2 000

4 000


6 000

8 000


10 000

12 000


14 000

2007


2008

2009


2010

2011


3 786

795

3 034

2 842

3 031

b

2 967

7 243

8 412

8 908

8 544

c

İstiqlal və Dədə Qorqud qazma qurğularına aid SOx 



rəqəmlərinin hesabatında səhv olduğuna görə “BP 

Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010”da 

səhvən göstərilmiş 3 396 əvəzinə. 

Əsasən Səngəçal terminalında, DərSG və Çıraq 



platformalarında yanacaq qazı daha az istehlak olunduğuna 

görə BP-nin Azərbaycanda məcmu NOx emissiyaları 4% 

azalıb.



38

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2011

2011-ci ildə Azərbaycandakı əməliyyatlarımız 

nəticəsində cəmi 51 205 ton tullantı meydana 

gəlib – 40 672 ton təhlükəli, 10 533 ton isə 

təhlükəsiz tullantılar. Bu, 2010-cu ilə nisbətən 

təhlükəli tullantıların həcmində 34% azalma 

deməkdir.

Təhlükəsiz tullantıların təxminən 43%-i (4 486 

ton), təhlükəli tullantıların isə 2%-i (759 ton) təkrar 

yerli şirkətlər tərəfindən emal edilib və ya yenidən 

istifadə olunub. Qalan tullantılar ya təmizlənərək 

təsdiq edilmiş metod və marşrutlardan istifadə 

edilməklə ləğv edilib, ya da müvəqqəti olaraq 

Sərəncədəki təhlükəli tullantıların idarə edilməsi 

Tullantıların idarə edilməsi 

Əməliyyatlarımızda tullantıların 

meydana gəlməsini aradan qaldırmağa, onları azaltmağa və təkrar 

istifadə etməyə, tullantıların idarə edilməsində bütün layihə dövrünü 

əhatə edən yanaşmanı tətbiq etməyə çalışırıq

qurğusunda (TTİEQ) saxlanıb və yaxud BP-nin 

Sumqayıtdakı xüsusi təyinatlı poliqonunda 

torpağa (yalnız təhlükəsiz tullantılar) basdırılıb. 

Bundan əlavə, 260 667 ton təmizlənməmiş 

və təmizlənmiş çirkab suyu hasil edilib (2010-cu 

illə müqayisədə təxminən 39% azalma). Dənizdə 

neftlə çıxan böyük həcmdə lay suyu Səngəçal 

terminalında qəbul edilib. 

2011-ci ildə Sərəncə TTİEQ-də saxlanılan 

təhlükəli tullantıların müvafiq qaydada 

utulizasiya variantlarının müəyyənləşdirilməsi 

və qiymətləndirilməsi diqqət mərkəzində oldu. 

Tullantıların idarə edilməsi üzrə seçilmiş qurğularda 

müvafiq tələblərə uyğunluğu yoxlamaq üçün 

əminlik auditləri keçirilib.

Qazma şlamları  

Qazma əməliyyatları zamanı əmələ gələn 

tullantıların azaldılması üçün müxtəlif variantlar 

üzərində işimizi davam etdirdik. Buraya istifadə 

edilən texnologiyaların və avadanlığın yenilənməsi, 

yataqdaxili yenidən laya vurulmanın tətbiqi daxil idi.  

Dənizə atılmalar və yenidən laya vurulma 

2011-ci ildə BP Azərbaycandakı qazma 

əməliyyatlarında yalnız su əsaslı qazma 

məhlullarını (SuQM) dənizə atıb. Çıraq 

platformasında qazma işlərinə ara verildiyinə görə

burada heç bir sintetik əsaslı qazma məhlulundan 

(SiQM) istifadə edilməyib. Bu atılmalar Azəri-

Çıraq-Dərinsulu Günəşli (AÇG ) hasilatın pay 

bölgüsü sazişinə uyğun olub və onların tərkibində 

aşağı toksikliyə malik SuQM – dünyanın hər 

yerində geniş istifadə edilən qazma məhlulu olub. 

Tərkibində SuQM olan bütün qazma şlamları 

İstiqlal və Dədə Qorqud qazma qurğularından 

atılıb. 


2011-ci ildə Xəzər dənizinə cəmi 15 105 ton 

qazma şlamı və onunla əlaqədar mayelər (qazma 

məhlulu) atılıb ki, bu 2010-cu illə müqayisədə 

87% artım deməkdir. Bu artım tamamlanmış 

quyuların sayının artmasına görə baş verib. 

Bunların əksəriyyəti Çıraq neft layihəsi ilə əlaqədar 

olub – 2010-cu ildə altı quyu ilə müqayisədə 

2011-ci ildə 10 quyu.

Əks-tədbirlərimiz 2011-ci ildə əsasən 

qazma şlamları və məhlulları, dəniz suyu, neftli 

sular və durulducu çənin təmizlənməsindən 

qalan materiallar kimi müəyyən növ tullantıların 

təkmərhələli atılması və dənizdə yenidən laya 

vurulması üzərində cəmləşdi. Nəticədə Azəri və 

DərSG platformalarında, 2011-ci ildə cəmi 72 361 

ton tullantı yenidən laya vuruldu ki, bu da 2010-cu 

illə müqayisədə 46%-lik artımdır.

Ümumilikdə, qazma işlərinin quyu gövdəsinin 

üst hissələrində tədricən aşağı toksikliyə malik 

neft əsaslı məhlullarla aparılmasına keçidlə 

əlaqədar tərkibində SuQM olan qazma şlamlarının 

və mayelərin AÇG platformalarından dənizə 

atılması azalmaqdadır.

Quruda tullantıların idarə edilməsi 

Yenidən laya vurulmaq üçün yararsız qazma 

şlamlarına quruda idarəetməni tətbiq edirik. 

2011-ci ildə dənizdəki qazma əməliyyatlarında 

hasil edilmiş cəmi 16 867 ton (2010-cu illə 

müqayisədə 39% az) emal edilməmiş qazma 

şlamı, eləcə də 9 122 ton qazma məhlulu və 

durulducu çənin təmizlənməsindən qalan 

materiallar Sərəncədə qəbul edilib. Təxminən 



BP tərəfindən Azərbaycanda suya atılmış qazma şlamları 

(ton)


Yataq / qurğu 

 

 



SuQM ilə 

qazılıb suya 

atılmış şlamlar 

SiQM ilə 

qazılıb suya 

atılmış şlamlar 

Suya atılmış 

qazma 


şlamlarının 

cəmi


Mərkəzi Azəri (MA), Qərbi Azəri (QA), Şərqi Azəri (ŞA), 

Dərinsulu Günəşli (DərSG), Çıraq, Şahdəniz (ŞD)

 

0

 



0

 

0



Dədə Qorqud qazma qurğusu

7 756


0

7 756


İstiqlal qazma qurğusu

7 349


0

7 349


CƏMİ

15 105


0

15 105


BP-nin Azərbaycanda tullantı həcmləri 

 

2010



2011

Təhlükəli tullantılar (ton)

a

61 420


40 672

Təhlükəsiz tullantılar (ton)

10 239

10 533

Səngəçal terminalında qəbul edilən lay suyu (ton)

1 213 951

1 632 353 

Çirkab suları (litr)

444 234

b

 



260 667

Buraya qazma şlamları və lay sularının filtrasiyasından qalmış tullantılar daxildir.





“BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010”da səhvən göstərilmiş 425 936 əvəvzinə.

“RT Services” şirkətinin Qaradağ rayonunda sənaye tullantılarının utilizasiyası sahəsi




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə