Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə24/35
tarix07.04.2018
ölçüsü0,95 Mb.
#36498
1   ...   20   21   22   23   24   25   26   27   ...   35

39

Ətraf mühit

32 119 ton şlam dolayı termal desorbsiya (DTD) 

qurğularından istifadə edilməklə emal olunub. 

Bunun nəticəsində 3 445 tona yaxın xam neft 

əldə olunub və təkrar istifadə üçün qazma 

məhlulları təchizatçısına göndərilib. Emal edilmiş 

qazma şlamları Sərəncə qurğusunda saxlanır.

Sərəncə TTİEQ-də 2010-cu ildə başlamış 

7 000 ton şlamın bioloji təmizlənməsi layihəsi 

2011-ci ildə uğurla başa çatdırıldı. Sərəncə TTİEQ-

də iki əlavə DTD qurğusunun quraşdırılması bu 

obyektin qazma şlamlarını emal etmək imkanını 

ikiqat artırıb. 



Çirkab suları 

MA və QA platformaları, eləcə də Dədə Qorqud 

və İstiqlal qazma qurğularından götürülmüş 

analizlər təmizlənmiş çirkab suların tələblərə 

uyğun olmasını göstərdi. 2011-ci ildə dəniz 

platformalarında təmizlənmiş çirkab suların 

keyfiyyəti, xüsusilə də Çıraq platformasında 

məcmu üzən bərk hissəciklərin (MÜBH) və 

bioloji oksigen tələbatının (BOT)

a

, həmçinin 



Şahdəniz platformasında MÜBH, fekal bağırsaq 

çöpü bakteriyalarının

b

 və BOT-un səviyyəsi arabir 



razılaşdırılmış texniki xarakteristikalardan artıq 

olub. 


İl ərzində dəniz obyektlərinin hamısında çirkab 

sularının emalı qurğusunun (ÇSEQ) dayanması 

kəskin şəkildə azalıb. 2010-cu ildə platformalardan 

29 atılma ilə müqayisədə 2011-ci ildə cəmi 17 

atılma olub (41% azalma). Problemlərin böyük 

əksəriyyəti DərSG platformasındakı ÇSEQ ilə (17 

atılmadan 14-ü) bağlı olub. MA platformasında iki 

və ŞA-da bir dayanma baş verib. 

Eyni zamanda, dənizdə ÇSEQ-lə bağlı 

problemlərin daha davamlı həllini təmin etmək 

üçün bir layihə başladıq. DərSG-də ÇSEQ-in yeni 

membran texnologiyalı ÇSEQ-lə əvəz olunması 

qərara alındı ki, bu, minimum texniki xidmətlə 

çirkab sularının tələblərə uyğun olmasını təmin 

edəcək. Yeni qurğunun 2013-cü ilin yazına 

qədər istifadəyə verilməsi gözlənilir və bu, 

Azəri platformalarındakı ÇSEQ-lərin mümkün 

dəyişdirilməsi üçün sınaq olacaq. 

Səngəçal terminalında çirkab sularının 

təmizlənməsində mühüm irəliləyişlər əldə olundu. 

ÇSEQ-in təkmilləşdirilməsi (yeddinci bioreaktorun 

quraşdırılması) Səngəçal terminalında əmələ 

gələn bütün çirkab sularını emal etmək, eləcə 

də Sərəncə TTİEQ, Bakı Dərin Özüllər Zavodu, 

“AMEC-Tekfen-Azfen” (ATA) tikinti-quraşdırma 

sahəsi, həmçinin Şəmkir və Yevlax rayonlarındakı 

yaşayış düşərgələrindən çirkab sularını qəbul 

etməyə imkan verir. İl ərzində terminalda 

çirkab sularının emalı ilə bağlı heç bir tələblərə 

uyğunsuzluq halı qeydə alınmadı. 

2011-ci ildə Bakı-Tbilisi-Ceyhan boru 

kəməri marşrutu boyu çirkab suyun atılması 

Azərbaycandakı 2-ci nasos stansiyasında 

(PSA2), o cümlədən PSA2 yaşayış düşərgəsi 

və Azərbaycandakı aralıq ərsinburaxma 

stansiyasında (İPA1) yaranan emal edilmiş çirkab 

suyundan ibarət olub. Bu üç obyektdə çirkab 

suyunun təmizlənməsi sistemləri eyni quruluşa 

malikdir və üç eyni mərhələ üzrə aparılır: bioloji 

təmizləmə, ultra bənövşəyi sterilləşdirmə və 

biotəmizləmə nohurlarında (“reed bed”) son 

təmizləmə. 



Hasil edilmiş lay suyu 

2011-ci ildə Səngəçal terminalında cəmi 1 632 

353 ton lay suyu qəbul edilib: 1 611 912 ton 

AÇG və 20 441 ton ŞD dəniz platformalarından. 

Bu 2010-cu illə müqayisədə 34% artımdır 

və terminala gələn lay suyunda AÇG payının 

artmasına əsaslanan proqnozlarımıza uyğun idi. 

AÇG-yə aid lay suyunun hamısı terminalın 

uzunmüddətli lay suyu qurğusunda təmizlənərək 

yenidən laya vurulmaq üçün Səngəçaldan dənizə 

qaytarıldı. 2011-ci ildə AÇG-yə aid lay suyu 

üzrə 98% (1 584 329 ton) təkrar laya vurma 

əmsalına nail olduq. Qalan 2% lay suyu dənizə 

atılıb. Bu həcmin böyük hissəsi (93%-i) dekabr 

ayında MA və QA platformalarını birləşdirən 

suvurma sistemində yaranmış mexaniki nasazlıq 

nəticəsində baş vermiş tək bir hadisənin payına 

düşür. Bu atılma zamanı ətraf mühitə potensial 

təsiri minimuma endirmək üçün biosidlərin 

vurulması dayandırıldı. 

2011-ci ildə qurudakı üçüncü tərəf podratçılar 

tərəfindən lay suyu atılması olmadı. ŞD-dən 

gələn lay suyu hazırda Səngəçaldakı saxlama 

hovuzlarında yığılır.



Təhlükəli maye tullantılar 

Sənaye tullantılarının utilizasiya edilməsi 

xidmətlərini yerinə yetirmək üçün Ekologiya 

və Təbii Sərvətlər Nazirliyi tərəfindən lisenziya 

verilmiş yerli “RT Services” şirkəti 2011-ci ildə 2 

106 ton çirklənmiş dəniz suyu emal edib ki, bu 

da 2010-cu ilə nəzərən 68% azdır. Bundan əlavə

“Ekol-AAS BM” 2011-ci ildə 6 603 ton neftli suyu 

emal edib. Bu, 2010-cu illə müqayisədə 52% 

azdır. 


BOT tullantıları parçalamaq üçün mikro-orqanizmlərin 

istifadə etdikləri oksigenin ölçüsüdür. Atılan üzvi tullantıların 

səviyyəsi yüksək olduqda BOT da yüksək olur.

Bağırsaq çöpü bakteriyaları əsas etibarilə nəcisdə olan 



bakteriya növləridir.

Veb əsaslı Xəzər Ekoloji İnformasiya 

Mərkəzinin təsis edilməsi

Xəzərin ekologiyasını yaxşılaşdırmaq və regionda 

davamlı inkişafı təmin etmək üçün sahilyanı 

dövlətlərin hazırladığı və idarə etdiyi Xəzər 

Ekoloji Proqramı çərçivəsində BP və onun 

tərəfdaşları noyabr ayında veb əsaslı Xəzər 

Ekoloji İnformasiya Mərkəzini təsis etmək üçün 

BMT Ətraf Mühit Proqramının üzvü “GRİD-

Arendal” Norveç qeyri-kommersiya təşkilatı ilə 

saziş imzaladılar. 

Bu təşəbbüsün məqsədi 2013-cü ildə Xəzər 

hövzəsində ətraf mühitin vəziyyəti haqqında 

ən son etibarlı məlumatların mərkəzləşdirilmiş 

mənbəyi kimi istifadə ediləcək onlayn ekoloji 

məlumat bazası yaratmaqdır. Bu, həmçinin 

ətraf mühitlə bağlı məlumatların toplanmasına 

dəstək verəcək, ekoloji monitorinqin 

tədqiqat və metodologiyası üzrə ən yaxşı 

təcrübələri bölüşəcək. İnanırıq ki, beləliklə 

region ekspertlərinin ekoloji tədqiqatları 

standartlaşdırmaq və uyğunlaşdırmaq, 

məlumatların şəffaflığı və məlumat mübadiləsini 

təkmilləşdirmək səyləri genişlənəcək. Bundan 

əlavə, mərkəz həm də regionda davamlı inkişafı 

təbliğ etmək üçün istifadə ediləcək. 

BP nümayəndəsi kimi Xəzər Ekoloji 

Proqramı yaranandan bəri mən bütün 

Xəzəryanı ölkələrdəki ekoloq həmkarlarımla 

fəal əməkdaşlıq edirəm. Hökumətlər, 

özəl sektor və qeyri-hökumət təşkilatları 

arasındakı bu əməkdaşlıq həmişə faydalı 

və məhsuldar olur. Nəticədə çoxlu sayda 

birgə layihələr başa çatdırılıb. Xəzər 

Ekoloji İnformasiya Mərkəzi növbəti belə 

layihədir və inanırıq ki, Xəzər regionunda 

məlumatların mübadiləsi və şəffaflığı 

sahəsində gözəl bir nümunə olacaq. 

Faiq Əsgərov 

Normativ uyğunluq və ətraf 

mühit məsələləri üzrə regional 

direktor, BP AGT



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə