Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə22/35
tarix07.04.2018
ölçüsü0,95 Mb.
#36498
1   ...   18   19   20   21   22   23   24   25   ...   35

34

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2011

Sağlamlıq 

2011-ci ildə biz bir sıra interaktiv sağlamlıq 

kampaniyaları və təkmilləşdirmə təşəbbüslərinə başlamaqla yanaşı 

əvvəlkiləri də davam etdirdik

Yerli qanunvericilik və qabaqcıl praktikada 

dəyişiklikləri əks etdirmək üçün bir neçə 

strateji sənəd və prosedur yeniləndi. Buraya 

spirtli içki və narkotik maddələrdən sui-istifadə 

siyasəti, audiometrik tibbi nəzarət proseduru, 

respirativ qoruma vasitələrindən istifadə üçün 

tibbi yararlılıq və fövqəladə hallarda cavab 

tədbirləri qrupu üzvlərinin təyinata yararlılıq 

prosedurunun təkmilləşdirilməsi layihəsi 

daxildir.

Sağlamlıq üçün təhlükəli maddələrə 

nəzarət (STMN) üzrə koordinator üçün təlim 

ekspert sənədlər toplusunun yenilənməsi 

ilə yanaşı aparıldı. Dəniz mühitində 

dəyişikliklərin təmayülünün STMN analizi 

başa çatdırıldı və bu məlumatlar STMN-in 

ümumi təkmilləşdirmə prosesində istifadə 

olundu. Tədqiqatın əsas nəticələri tapşırıqların 

təsvirinin aydınlaşdırılması, informasiyanın 

təkmilləşməsi və havanın monitorinqi 

prosesimizin yaxşılaşdırılması ilə əlaqədar idi.

Biz həm də Azərbaycan-Gürcüstan-

Türkiyə (AGT) regionundan 14 nəfər səhiyyə 

mütəxəssisinin iştirak etdiyi beynəlxalq 

Sağlamlığa Təsirin Qiymətləndirilməsi 

(STQ)


a

 təlim məşğələsinə ev sahibliyi etdik. 

Məşğələnin məqsədi tam STQ-nin hər hansı 

alt-bölməsini aparmağı və masaüstü şərti 

təlimləri keçirməyi və ya lazım olduqda sürətli 

STQ aparmağı bacaran minimum sayda təlim 

görmüş sağlamlıq qrupu üzvlərinin olmasını 

təmin etmək idi.



Sağlamlıq təşəbbüsləri və kampaniyaları

Dəniz platformalarının hamısında əl-qol 

vibrasiyasına həsr edilmiş seminar keçirildi. 

Proqramın bir hissəsinə kəşfiyyat və hasilat 

sektorunda istifadə olunan alətlərin siyahıya 

alınması, əl-qol vibrasiyasının ölçülməsi və 

vibrasiyanı azaltmaq üçün idarəetmə vasitələri 

dəstinin tətbiq edilməsi daxil idi. Gələcək 

işlərə vibrasiya edən əl alətlərini işlədən işçilər 

üçün sağlamlığa nəzarət proqramının işlənib 

hazırlanması daxildir. 

Paralel olaraq, işlə əlaqədar dəri 

xəstəlikləri ilə bağlı 2010-cu ildə başlamış işi 

davam etdirdik. 2011-ci ildə Azərbaycan ixrac 

boru kəmərləri üzrə iş sahələrində, aralıq 

ərsinləmə və nasos stansiyalarında daha 

yüksək riskə məruz qalan işçilər yoxlamadan 

keçdi. Onlar indi davamlı nəzarət proqramının 

bir hissəsidir.

İşçilərin rahatlığı, məhsuldar işləmələri, 

etibarlılığı və rifahını yaxşılaşdırmaq məqsədilə 

yeni bir erqonomika təşəbbüsünə başlandı. 

Yeni proqram təminatı dəsti informasiya 

texnologiyaları qrupu ilə ilk dəfə olaraq 

sınaqdan keçirildi. 

STQ müxtəlif iqtisadi sektorlarda kəmiyyət, keyfiyyət və 



kollektiv metodlardan istifadə etməklə strategiya, plan və 

layihələrin sağlamlığa təsirini qiymətləndirmək üsuludur. 

İyun-avqust aylarında biz bütün AGT 

regionunda “Siqaretdən azad – içəridə, bayırda 

və hər yerdə” kampaniyası keçirdik. Bu 

fəaliyyətlərə təşviqat kampaniyası və təbliğat 

materiallarının paylanması, eləcə də işçilər 

üçün maarifləndirmə məşğələləri daxil idi. 

Azərbaycanda bu kampaniyada cəmi 570 

nəfər iştirak etdi. 

Sentyabrda bütün BP qrupu üzrə həyata 

keçirilən təşəbbüsün bir hissəsi kimi BP 

Azərbaycanda ürək sağlamlığı kampaniyası 

keçirdi. Əməkdaşlar ürək sağlamlığına nəzarət 

etmək üçün ilkin məlumatlar aldı, ildən-ilə 

nəticələri müqayisə etmək üçün istifadə oluna 

bilən həyat tərzinin qiymətləndirilməsi və 

statistik yoxlamadan keçdilər. 

Fiziki sağlamlığı əyləncəli və rəqabətli 

bir tərzdə təşviq etmək üçün BP qrupunun 

“Run-A-Muck” (“Dəlicəsinə qaç”) sağlamlıq 

kampaniyası oktyabr ayında başladı. BP-nin 

Azərbaycanda hər biri on işçidən ibarət səkkiz 

komandası bu çağırışa qoşularaq xüsusi 

veb-səhifədə qeydiyyatdan keçdi. Onlar hər 

gün məşq etməyə və nəticələri onlayn daxil 

etməyə başladılar. AGT regionunda ən yaxşı 

komanda BP-nin Azərbaycandakı əlaqələr 

və şirkətxarici işlər şöbəsinin əməkdaşlarını 

təmsil edən komanda oldu və onlar bütün 

dünyadan yarışa qoşulmuş 400 komanda 

arasında 27-ci yeri tutdular.

Ürək sağlamlığı üzrə “Mən ürəklə 

işləyirəm” kampaniyasında iştirak edən 

işçilər



35

Ətraf mühit

Ətraf mühit

Harada işləməyimizdən asılı olmayaraq, BP ətraf mühit 

problemlərini müsbət həll etmək və ətraf mühitə potensial təsirləri 

məhdudlaşdırmaq üçün iş görür

100%-i yığılaraq 

təmizlənməklə, 2010-cu 

illə müqayisədə dağılmış 

neftin həcmində azalma

92

%

Dənizdən qəbul edilmiş 



lay suyunun yenidən 

laya vurulma faizi

98

%

Dənizdə çirkab sularını 



təmizləyən qurğuların 

dayanmasında 2010-cu 

ilə nəzərən azalma

41

%




36

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2011

Ətraf mühitin idarə edilməsi 

Layihə və əməliyyatlarımızın 

əvvəlindən sonunadək ətraf mühit məsələlərini idarə edir, ətraf 

mühitə istənilən təsiri aradan qaldırmaq üçün işləyirik



İstixana qazları

2011-ci ildə BP-nin Azərbaycanda istixana 

qazları (İXQ) emissiyalarının xalis həcmi cəmi 

706 min ton olmaqla 2010-cu ilə nisbətdə 

təxminən 5% artdı.

Bu artımın əsas səbəbi 2011-ci ilin 

sonunda Şahdəniz platforması və Azəri-

Çıraq-Günəşlidəki (АÇG) beş platformadan 

dördünün dövri təmir (DT)

a

 üçün dayanması 



olub. Dövri təmir zamanı qazın idarə 

olunmasında məhdudiyyət məşəldə daha çox 

yandırılmaya səbəb oldu və İXQ emissiyasının 

həcminə təsir etdi. 

təzyiq tədricən azaldılmalıdır. Belə azalma 

zamanı yüksək təzyiqə ehtiyac olduğundan 

qazın ixracı, turbinə verilməsi və laya vurulması 

kimi digər yollar istifadə oluna bilmir.

Bununla bərabər, Mərkəzi Azəridəki (MA) 

qazvurma sisteminin ayırma klapanlarında 

əsaslı təkmilləşdirmə apara bildik. Əlavə olaraq, 

dövri təmir fəaliyyətləri zamanı Qərbi Azəri 

platformasında qazvurma sistemi və məşəl 

ucluğu dəyişdirildi ki, bu da gələcəkdə qazın 

məşəldə yandırılması göstəricilərini davamlı 

şəkildə azaltmalıdır. 



Enerji istehlakı

2011-ci ildə yanacaq qazının istehlakı 2010-

cu il ilə müqayisədə təxminən 132 min ton 

(təxminən 14%) azaldı. Dizel yanacağının 

istehlakı təxminən 0,1 min ton artdı, elektrik 

idxalı isə 215 meqavat saat (təxminən 3%) 

azaldı. Bu dəyişmələrin növbəti səbəbləri var: 

• 

Səngəçal terminalında yanacaq qazı 



istehlakının aşağı düşməsinin başlıca 

səbəbi terminalda neft idxalının azalması 

idi. Bundan əlavə, terminal daha az elektrik 

enerjisi idxal edib.

• 

MA və DərSG platformalarında yanacaq 



qazının istehlakı dövri təmir və cari texniki 

xidmət işləri zamanı suvurma sistemi uzun 

müddət işləmədiyinə görə azaldı.

İSO 14001 sertifikatı

BP qrupunun əməliyyatların idarə edilməsi 

sistemi “əsas əməliyyat sahələrində kənardan 

İSO 14001 attestasiyasını keçirməyi” tələb 

edir. 2011-ci ildə BP-nin Azərbaycandakı 

obyektlərində “Moody International” 

Attestasiya Qrupu tərəfindən iki dəfə uğurla 

İSO 14001 üzrə təftiş auditi aparıldı. Fevral 

ayında Azərbaycandakı auditlər BP-nin 

qazma işlərini idarə etməsini və Səngəçal 

terminalında kimyəvi maddələrin idarə 

olunmasını əhatə etdi. Çıraq platforması, 

Heydər Əliyev adına Bakı Dərin Özüllər 

Zavodunun (BDÖZ) təchizat bazası və 

Sərəncədəki təhlükəli tullantıların idarə 

edilməsi qurğusu 2011-ci ilin sentyabr-oktyabr 

aylarında yoxlamadan keçirildi. BDÖZ-dəki 

mürəkkəb qazma məhlulu qurğusu ilk dəfə 

yoxlamadan keçdi. Bu auditin nəticəsi kimi 

BP-nin Аzərbaycanda hər obyekt üzrə xalis İXQ emissiyaları 

(min ton)

Yataq / obyekt

2010


2011

Mərkəzi Azəri (MA)

123,6 

130,0

Şərqi Azəri (ŞA)

39,8

44,6

Qərbi Azəri (QA)

35,3

52,6

Dərinsulu Günəşli (DərSG)

80,2

88,8

Çıraq


36,1

36,6

Şahdəniz


2,1

1,9

İstiqlal qazma qurğusu

2,6

3,4

Dədə Qorqud qazma qurğusu 

3,2

2,0

Səngəçal terminalı (Azəri-Çıraq-Dərinsulu Günəşli)

239,5

247,8

Səngəçal terminalı (Şahdəniz)

46,2

41,8

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Azərbaycan hissəsi

27,2

22,7

Cənubi Qafqaz boru kəmərinin (CQBK) Azərbaycan hissəsi 

0,2

0,2

Qərb ixrac boru kəmərinin (QİBK) Azərbaycan hissəsi

4,1

4,0

Logistika, maddi-texniki təchizat

29,6

28,1

Tullantıların idarə edilməsi poliqonları

1,2

1,7

100


Cəmi

200


300

400


500

600


700

800


900

2008


2009

2010


2011

BP tərəfindən Azərbaycanda hər obyekt 

üzrə ümumi qazın məşəldə yandırılması

(min ton)

Mərkəzi Azəri 

Şərqi Azəri

Qərbi Azəri

Dərinsulu Günəşli

Çıraq

Şahdəniz


İstiqlal qazma qurğusu

Dədə Qorqud qazma qurğusu

Səngəçal terminalı (AÇG)

Səngəçal terminalı (ŞD)



199,8

140,0

157,2

109,3

58,4

21,4

155,5

87,9

121,7

167,7

69,3

43,3

25,1

56,7

66,3

86,0

77,9

64,4

31,2

10,8

86,7

108,5

150,7

120,8

75,2

59,7

12,6

62,2

841,9 


574,9 

423,3 


589,7 

İstismar olunan obyektlərin normal əməliyyatlar zamanı 



aparıla bilməyən zəruri texniki-təmir işləri, təftiş və ya layihə 

işlərini tamamlamaq üçün dayandırıldığı dövrlər.

Qazma şlamlarının emalı metodlarından biri. DTD metodu 



qazma şlamlarını təmizləyərək bərk süxur hissələrini 

karbohidrogen və sudan ayırmaq üçün şlamların dolayı 

isidilməsindən istifadə edir.

BP-nin Аzərbaycanda xalis İXQ 

emissiyaları

Əməliyyatlarda normallaşdırılmış İXQ emissiyaları 

(hər min barel neft ekvivalentinə düşən ton) 

Əməliyyatlarda xalis İXQ emissiyaları (min ton)

100

200


300

400


500

600


700

800


2007

2008


2009

2010


2011

634,6

7,99

15,90

15,90

16,90

13,85

755,3

712,2

670,9

705,9

Tullantıların idarə olunması obyektlərində İXQ 

emissiyalarının artması, əsasən, Sərəncədəki 

təhlükəli tullantıların idarə edilməsi 

qurğusunda iki yeni dolayı termal desorbsiya 

(DTD)


b

 qurğusunun istifadəyə verilməsi 

sayəsində baş verdi. Dədə Qorqud qazma 

qurğusunda İXQ emissiyasının azalması 2011-

ci ilin ikinci rübündə qurğunun boş dayanması, 

eləcə də mart və iyulda qazma işlərinin azlığı 

ilə bağlıdır. 

Qazın məşəldə yandırılması

2011-ci ildə Azərbaycanda BP məşəldə 

təxminən 590 min ton karbohidrogen 

yandırıb – bu, 2010-cu illə müqayisədə 

təxminən 39% artımdır. Bu artmanın başlıca 

səbəbi AÇG platformalarında dövri təmirlə 

əlaqədar işlər idi. Platformada hasilatın tam 

dayandırılması baş verərkən qaz sistemlərində 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə