Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə18/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   ...   82

62
Buxovları qıran
azadlıq  tapmalarına  kömək  edərkən  anlamağa  başladım.  Ağlın 
idarəçiliyi uğrunda gedən mübarizəyə «özümüzə dediklərimizdən» 
daha çox şeylər daxildir. 
Yəhuda da iblisə qulaq asdı. «Axşam yeməyi zamanı iblis ar-
tıq Ona xəyanət etmək fikrini Şimon İskaryotun oğlu Yəhudanın 
ürəyinə  qoymuşdu»  (Yəhya  13:2).  Biz  bunun  cismani  təbiət 
tərəfindən irəli sürülən pis qərar olduğunu düşünə bilərik, amma 
Kəlam  belə  düşüncələrin  mənbəyinin  şeytan  olduğunu  aydın 
söyləyir. Yəhuda etdiyi işi anlayandan sonra o öz həyatına qəsd 
etdi.  «Oğru  yalnız  qarət  etmək,  öldürmək  və  tələf  etmək  üçün 
gəlir» (Yəhya 10:10).
Erkən məbəddə şeytan onu Müqəddəs Ruha yalan söyləməyə 
sövq etmək üçün Xananyanın ürəyinə girdi (Həv. İş. 5:3). Əhdi-
Cədidin alimi F.F. Brus Xananyanın imanlı olduğunu söyləyir. Er-
nest Hençen yazır ki, Xananya «Yəhudi məsihçi» idi və «Şeytan 
onun  ürəyini  doldurmuşdu.  Ruh  Peterdə  (və  icmada)  olduğun-
dan Xananya Müqəddəs Ruha yalan danışdı. Bu səbəbdən də bir-
biriləri ilə üzləşən sadəcə kişilər deyil, Müqəddəs Ruh və şeytan-
dır, Peter və Xananya onların alətləridir» deyə şərh edir. 
Martin Lüter yazırdı: «İblis qəlbə iyrənc düşüncələr – Allaha 
nifrət,  küfr  və  ümidsizlik  atır».  Özü  haqqında  o  yazırdı:  «Mən 
gecə oyananda iblis dərhal başımın üstünü kəsdirir. O, mənimlə 
mübahisə edir və məndə cürbəcür qəribə düşüncələr yaradır. Mən 
düşünürəm ki, sakitcə yatarkən iblis çox vaxt sadəcə əzab vermək 
və əsəbiləşdirmək üçün məni oyadır. Mənim gecə döyüşlərim gün 
ərzində olan döyüşdən daha çətindir. İblis məni çaşdıran düşüncələri 
necə yaratmalı olduğunu bilir. Bəzən o, elə düşüncələr gətirir ki, 
Allahın  olub-olmadığına  şübhələnirəm.»  (Məşhur  müqəddəslərin 
ağıllarına  düşüncələr  qoyan  iblisə  aid  başqa  qeydlər  üçün  Luiz 
Koulenc tərəfindən yazılmış «The Life of the Devil» – «İblisin 
Həyatı» kitabına baxın.). 
Deyvid Poulison, cinlərin imanlılara zorla girməsi fikri ilə razı-
laşmasa da, iblisin insanın ağlına fikirlər qoymasına inanır. «Ağıl-
da 'səslər' qeyri-adi şeylər deyil: küfrlü istehzalar, alçaq fantaziya 
və ya davranışda ilişib qalmağa meyl edən fikirlər, inandırıcı iman-


Siz ağlınızda gedən döyüşdə qalib gələ bilərsiniz
63
sız fikirlər. Ruhani döyüşün ümumi təsvirinə görə bunlar şeytan-
dan gələn bir şeydir.» Tomas Bruks şeytanın vasitələri haqqında 
müzakirələrində həmişə onu imanlıların qəlblərinə düşüncələr qo-
yan biri kimi göstərir.
«
Q
andan və ətdən ibarət olan insanlara»
Mən həyatda öz fikirləri ilə döyüşən yüzlərlə imanlılara məsləhət 
vermişəm.  Bəziləri  fikirlərini  toplamaqda  və  Müqəddəs  Kitabı 
oxumaqda çətinlik çəkirdilər, digərləri isə «səslər» eşidirdilər və 
ya ittiham və mühakimə edən düşüncələrlə mübarizə aparırdılar. 
Müstəsna hallar az olmaqla, bu mübarizələrin ağlın idarəçiliyi uğ-
runda  gedən  ruhani  döyüş  olduğu  aşkar  olunub.  1  Tim.  4:1-də 
xəbərdarlıq edildiyinə görə bu, bizi təəccübləndirməməlidir: «Ruh 
aydın şəkildə deyir ki, gələcəkdə bəziləri imandan dönəcək, alda-
dıcı ruhlara və cinlərin təlimlərinə qulaq asacaqlar».
Məsihdə bir imanlı kimi niyə bunu nəzərə almırıq? Bir səbəb bu-
dur ki, mən sizin ağlınızı oxuya bilmərəm və siz də mənim ağlımı 
oxuya bilməzsiniz. Ona görə də insanlar bizimlə bölüşməyə cürət 
etməsələr, onların ağlında nələr baş verdiyini həqiqətən bilmərik. 
Bir çox hallarda onların cəsarəti olmur, çünki cəmiyyətimizdə bir 
çox insanlar onların ruhi xəstə olduğunu güman edər. Buna görə 
də onlar öz mənfi həyat təcrübələrini sizə danışacaqlar; amma yal-
nız xüsusi adamla daxildə baş verənləri bölüşməyə cürət edəcəklər. 
Onlar ruhi xəstələrdirmi, yoxsa onların ağlının idarəçiliyi uğrunda 
mübarizə gedir? Əgər biz «şeytanın niyyətlərindən xəbərsiz» ol-
saq, biz yalnız «ağılda olan hər bir problem ya kimyəvi pozğunluq, 
ya da cismani təbiətin hərəkətləridir» nəticəsinə gələcəyik.
Psixoloqlar və psixiatrlar hər gün səslər eşidən xəstələrlə qar-
şılaşırlar:  kimyəvi  pozğunluq  standart  diaqnozdur.  Mən  bilirəm 
ki, beynimizdəki kimyəvi proseslər qarışa və narahatçılıq yarada 
bilər və hormonal problemlər bədənlərimizə təsir edə bilər. Amma 
mən eləcə də bilirəm ki, başqa ağlabatan suallar da verilməlidir, 
məsələn: «Bədəndə kimyəvi proses şəxsi fikirləri necə hasil edə 


64
Buxovları qıran
bilər?» və «Bizim beynimizdəki kimyəvi proseslər qeyri-iradi və 
təsadüfi  surətdə  düşünmək  istəmədiyimiz  fikirləri  necə  yarada 
bilər?» Təbii izahat varmı? Biz hər bir ağlabatan cavaba və izaha 
açıq olmalıyıq, amma ruhani aləmin həqiqiliyini nəzərə almasaq, 
müfəssəl cavaba malik olacağımızı düşünmürəm. 
İnsanlar  səslər  eşitdiklərini  deyəndə  onlar  əslində  nə 
eşidirdilər?  Bizim  qulaqlarımızla  fiziki  olaraq  eşidə  bilməyimiz 
üçün səs mənbəyi mütləq olmalıdır. Səs dalğaları hava vasitəsilə 
mənbəyindən yayılır və beynimizə siqnal ötürən təbil pərdəmizə 
toxunur. Biz fiziki olaraq belə eşidirik. Amma insanların ətrafında 
olanlar onların eşitdiklərini eşitmirsə, onda eşitdikləri «səslər» və 
ya mübarizə apardıqları «fikirlər» o cür mənbədən gəlmir.
Buna oxşar olaraq, insanlar gözlərinə qəribə şeylər göründüyünü 
(başqalarının görmədiyi) deyəndə əslində onlar nə görürlər? Bizim 
təbii yolla nəyisə görməyimiz üçün maddi əşyadan beynimizə siq-
nal ötürən gözlərimizə əks olunan işıq mənbəyi olmalıdır. Şeytan 
və cinlər ruhani varlıqlardır; onların maddi formaları yoxdur, ona 
görə də biz onları və ya hər hansı ruhani varlığı təbii gözlərimizlə 
nə görə bilirik, nə də qulaqlarımızla eşidə bilirik. «Mübarizəmiz 
qandan və ətdən ibarət olan insanlara qarşı deyil, şər başçılarına 
və hakim olanlara, bu qaranlıq dünyanın hökmranlarına, səmadakı 
ruhani şər qüvvələrə qarşıdır» (Efes. 6:12). 
B
eyinlə ağıl arasında olan fərq 
Əqli  funksiya  haqqında  bizim  bilmədiyimiz  çox  şeylər  var, 
amma  beynimiz  ilə  ağlımızın  arasında  əsaslı  fərqlərin  olduğu-
nu  yaxşı  bilirik.  Beyinlərimiz  əsas  orqandır.  Biz  fiziki  öləndə 
bədənimizdən ayrılırıq və beynimiz torpağa qayıdır. Həmin anda 
biz bədənlərimizdən uzaqlaşıb, Rəbbimizin yanında məskunlaşırıq. 
Amma  biz  ağıldan  məhrum  olmayacağıq,  çünki  ağıl  qəlbin  bir 
hissəsidir. 
Gəlin, oxşarlığı göstərim. Bizim düşünmək bacarığımız komp-
yuterin iş fəaliyyətinə oxşardır. Hər ikisinə iki fərqli tərkib hissəsi 


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə