Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə15/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   82

Sizin azad olmaq hüququnuz var 
51
tövbədən  əvvəlki  vəziyyətinə  aid  olduğunu  güman  edirlər.  Mən 
bununla razılaşmıram, çünki Paulun ürəyindəki hər bir həvəsi Al-
laha doğru idi. Təbiətcə yaşayan adam «Allahın qanunundan zövq 
almır» və «Qanunun yaxşı olduğunu» təsdiq etmir.).
Mən bu hissəni Denlə müzakirə etdikcə sizi də dinləməyə dəvət 
edirəm,  Den  öz  həyatında  günahın  gücünə  qalib  gəlmək  üçün 
mübarizə aparan bir adam idi: 
Nil: Den, gəl hal-hazırda sənin həyatda yaşadığını təsvir 
edən Kəlamdan bir neçə ayəyə baxaq. Rom. 7:15-də de-
yilir:  «Çünki  nə  iş  gördüyümü  anlamıram;  istədiyimi 
deyil, nifrət etdiyim şeyi edirəm.» Səncə, bu ayə səni 
təsvir edirmi?
Den:  Tamamilə!  Mən  Allahın  fikrincə  düzgün  olanı 
etmək  istəyirəm,  amma  bəzən  görürəm  ki,  tamamilə 
tərsinə edirəm. 
Nil: Sən yəqin ki, 16-cı ayədə də özünü görə bilərsən: 
«Əgər  istəmədiyimi  edirəmsə,  onda  təsdiq  edirəm  ki, 
Qanun yaxşıdır.» Den, bu ayədə nə qədər adam və ya 
iştirakçı var?
Den: Burada yalnız bir nəfər var və o da, aydındır ki, 
«mənəm».
Nil: Biz nə etməli olduğumuzu biləndə, amma nədənsə 
bunu edə bilmədiyimizi görəndə özümüzü məğlub edil-
miş  hiss  edirik.  Öz  ağlında  bunu  həll  etmək  üçün  nə 
etmisən?
Den: Bəzən mən hətta məsihçi olduğuma şübhə edirəm. 
Mənə elə gəlir ki, başqalarında yaxşı alınır, amma məndə 
yox.  Çox  vaxt  mən  düşünürəm  ki,  görəsən,  məsihçi 
həyatı mümkündür, yaxud, Allah həqiqətən varmı?


52
Buxovları qıran
Nil:  Əgər  bu  ssenaridə  sən  və  Allah  yeganə  iştirakçı 
olsaydınız, çətin vəziyyətin üçün ya Allahı, ya da özünü 
günahlandırmaq təbii olardı. Amma gəl 17-ci ayəyə ba-
xaq: «Elə isə artıq mən deyil, daxilimdə yaşayan günah 
bu işi görür.» Den, burada neçə iştirakçı var?
Den: Deyəsən iki, amma başa düşmürəm. 
Nil: Gəl, 18-ci ayəni oxuyaq, görək ondan nə başa düşü-
rük: «Bilirəm ki, daxilimdə, yəni cismani təbiətimdə yax-
şı bir şey yaşamır; çünki yaxşı şey etmək istəyi məndə 
var, amma onu yerinə yetirməyə qadir deyiləm.»
Den: Mən bu ayəni çox-çox əvvəllər öyrənmişdim. Özü-
mün yaxşı olmadığımı qəbul etmək asandır. 
Nil:  Den,  burada  belə  deyilmir.  Əslində  bu,  əksinədir. 
Səndə yaşayan hər nədirsə, o, səninlə eyni deyil. Əgər 
mənim barmağıma taxta tilişkə girsə, bu, məndə yaşa-
yan «yaxşı olmayan şeydir». Amma «yaxşı olmayan şey» 
mənimlə eyni deyil; bu, tilişkədir. Əgər biz bu döyüşdə 
yalnız  özümüzü  görsək,  saleh  həyat  yaşamaq  ümidsiz 
olar.  Bu  hissələrdə  çox  səy  göstərilərək  izah  edilir  ki, 
günahla mübarizəmizdə bizim varlığımızdan fərqli olan 
ikinci tərəf iştirak edir. 
Den,  görürsən,  sən  və  mən  doğulanda  biz  günahın 
cəzası  altında  doğulmuşuq.  Biz  bilirik  ki,  şeytan  və 
onun  kəşfiyyatçıları  həmişə  bizi  həmin  cəza  altında 
saxlamağa çalışır. Allah bizi xilas edəndə şeytan həmin 
döyüşdə  uduzdu,  amma  o,  quyruğunu  qısmadı  və  ya 
hürməyi dayandırmadı. O indi bizi günahın gücü altında 
saxlamaq üçün daim çalışır. Biz eləcə də bilirik ki, o öz 
işini  görmək  üçün  bizim  xilasdan  sonra  qalan  cismani 
təbiətimizdən istifadə edəcək. 


Sizin azad olmaq hüququnuz var 
53
Gəl,  bu  mübarizənin  necə  aparılması  haqqında 
daha  ətraflı  öyrənmək  üçün  oxuyaq:  «İstədiyim  yax-
şı  şeyi  etmirəm,  amma  istəmədiyim  pis  şeyi  edirəm. 
Əgər istəmədiyim şeyi edirəmsə, onda artıq mən deyil, 
daxilimdə  yaşayan  günah  bu  işi  görür.  Belə  nəticəyə 
gəlirəm  ki,  yaxşılıq  etmək  istərkən  məndə  pislik  üzə 
çıxır.» (19-21-ci ayələr). 
Den,  bu  ayələrdən  səndə  yaşayan  «yaxşı  olmayan 
şey»in xüsusiyyətini tanıya bilərsənmi?
Den: Əlbəttə, bunun şər və günah olduğu mənə aydın 
görünür. Amma bu, elə mənim günahımdır, elə deyilmi? 
Mən günah edəndə özümü çox təqsirkar hiss edirəm. 
Nil:  Şübhəsiz,  sən  və  mən  günah  edirik,  amma  biz 
belə  «günah»  deyilik.  Pislik  bizdə  var,  amma  biz  pis-
liyin  özü  deyilik.  Amma  bu,  günah  etmək  üçün  bizə 
bəraət  qazandırmır,  çünki  həvari  Paul  yazmışdır  ki, 
fani  bədənlərimizdə  günahın  hökm  sürməsinə  icazə 
verməmək  bizim  məsuliyyətimizdir  (Rom.  6:12).  Heç 
olubmu  ki,  özünüzü  çox  məğlub  olunmuş  hiss  edərək 
kiməsə və ya özünüzə zərbə endirmək istəmisiniz? 
Den: Demək olar ki, hər gün!
Nil:  Amma  sakitləşəndən  sonra  Məsihdə  kimliyinizə 
uyğun fikirlərə yenidən qapılırsınızmı?
Den: Həmişə, özü də sonra hərəkətimə görə çox peş-
man olurdum.
Nil: 22-ci ayə belə anları izah edir: «Bir yandan daxili 
varlığım Allahın qanunundan zövq alır.» Biz həqiqi kimli-
yimizin xarakterinə qarşı hərəkət edəndə Müqəddəs Ruh 


54
Buxovları qıran
Allahla vəhdətdə olduğumuza görə dərhal təqsir hissini 
gətirir və biz çox vaxt özümüzü buna görə mühakimə 
edirik. Amma çox keçməmiş bizim həqiqi təbiətimiz özü-
nü yenə göstərir və biz Allaha tərəf çəkilirik. Bu, ərindən 
bezdiyini söyləyən məyus olmuş qadına bənzəyir. Qadın 
ərini sevmədiyini söyləyib çıxıb getmək istəyir. Amma 
qadın  qəlbindəki  ağrıları  dərk  edəndən  və  emosiyaları-
nı  ifadə  edəndən  sonra  yumşalır  və  deyir:  «Mən  onu 
həqiqətən sevirəm və boşanmaq istəmirəm. Amma mən 
başqa çıxış yolu görmürəm.» Burada ifadə olunan daxili 
insandır, qadının əsl mənliyi görünür. 
23-cü ayə günahla belə döyüşün təbiətini təsvir edir. 
«Amma üzvlərimdə başqa bir qanun da görürəm ki, ağlı-
mın təsdiq etdiyi Qanunla mübarizə aparır və üzvlərimdə 
olan günah qanununa məni əsir edir.» Den, bu hissəyə 
əsasən döyüş harada gedir?
Den: Belə görünür ki, döyüş ağılda gedir. 
Nil:  Döyüşün  getdiyi  dəqiq  yer  buradır.  Əgər  şeytan 
döyüşdə səni inandıra bilsə ki, problem yalnız cismani 
təbiətdən gəlir, onda günah edəndə ya özünüzü, ya da 
Allahı  günahlandıracaqsınız.  Fərz  edək  ki,  bağlı  qapı-
nın o biri tayında danışan it var və it deyir: «Nə olar, 
məni  içəri  burax.  Sən  bunu  etmək  istəyirsən.  Hər  bir 
kəs  bunu  edir.  Sən  sudan  quru  çıxacaqsan.  Axı,  kim 
biləcək?»  Ona  görə  də  qapını  açırsan  və  it  içəri  girib 
öz dişlərini ayaqlarınıza sancır. Qapının o biri tərəfində 
it sövq edənin rolunu oynayır, amma siz iti içəri bura-
xandan sonra o, ittihamçı rolunu oynayır. «Sən qapını 
açdın! Sən qapını açdın!» Sonra sən nə edirsən? 
Den: Mən, adətən, günahımı etiraf edirəm, çünki özü-
mü çox təqsirkar hiss edirəm. Amma günahla döyüşdə 


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə