Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə12/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   82

42
Buxovları qıran
mərhəmət tapa bilərəm.
• 1 Yəhya 5:18 . . . . . . . . .  Mən Allahdan doğulmuşam və 
şər olan mənə toxuna bilməz.
Mən əhəmiyyətliyəm: 
• Matta 5:13  . . . . . . . . . .  Mən dünyanın duzuyam və nu-
ruyam. 
• Yəhya 15:1, 5  . . . . . . . .  Mən həqiqi Meynənin budağı-
yam və Onun həyatı 
məndən axır. 
• Yəhya 15:16  . . . . . . . . .  Mən bəhrə gətirmək üçün seçi-
lib təyin edilmişəm.
• Həv. İş. 1:8 . . . . . . . . . .  Mən Məsihin şəxsi şahidiyəm. 
• 1 Kor. 3:16  . . . . . . . . . .  Mən Allahın məbədiyəm. 
• 2 Kor. 5:17-20  . . . . . . . .  Mən barışdırma xidmətçisiyəm. 
• 2 Kor. 6:1  . . . . . . . . . . .  Mən Allahla birgə işləyirəm. 
• Efes. 2:6 . . . . . . . . . . . .  Mən səmada Məsihlə birgə 
oturmuşam. 
• Efes. 2:10  . . . . . . . . . . .  Mən Allahın əsəriyəm. 
• Efes. 3:12  . . . . . . . . . . .  Mən Allaha cəsarət və etibarla 
yaxınlaşa bilirəm. 
• Filip. 4:13  . . . . . . . . . . .  Mənə qüvvət verən Məsihin 
köməyi ilə hər işə  gücüm çatır. 
«İndi ucadan bu ayələri oxumaq istərdinmi?»- deyə, soruşdum. 
Lidiya siyahını götürdü və birinci ayəni ucada oxumağa başladı: 
«Mən A-A-Allahın öv-öv…». Birdən onun bütün davranışı dəyişdi 
və istehza ilə gülərək: «Yox, oxumayacağam, sən k…. oğlusan!» 
— dedi. 
Şər olanın öz eybəcər hüzurunu aşkar etməsi üçün Lidiya kimi 
insanı istifadə etdiyini görmək heç vaxt xoş deyil. Mən sakitcə 
Məsihin səlahiyyətindən istifadə etdim və Lidiyanı Məsihdə Azad-
lıq  Addımları  ilə  apardım.  O,  Məsihdə  həqiqətən  kim  olduğu 
barəsində yeni baxış əldə edə bildi. O, sadəcə keçmişin məhsulu 
deyil,  Məsihdə  yeni  yaradılış  olduğunu  bildikdən  sonra  ruhani 


Sizin azad olmaq hüququnuz var 
43
əsarətin zəncirlərini qıra bildi və həqiqətən kim olduğuna, Allahın 
övladı olduğuna əsasən yaşamağa başlaya bildi. 
Sonralar o, mənə dedi  ki, mənim verdiyim siyahını oxumağa 
başlayanda  vərəq  ona  sanki  boş  görünmüşdü.  Vərəqin  özündə, 
yoxsa onda yazılan ayələrdə nəsə xüsusi bir şey var idi? Yox, bu 
yalnız vərəqdə mürəkkəb idi. Amma Lidiyanın Məsihdə kimliyini 
tanıması həddən artıq əhəmiyyətli bir şey idi. Şeytan onu dəyərsiz 
və pis olduğuna inandıraraq aldatmışdı, bu isə yalan idi. Şeytan 
onun həqiqəti — Məsihdə kimliyini tanımasını istəmirdi, eləcə də 
istəmirdi ki, İsanın həyat, kimlik, özünü qəbul etmə, əminlik və 
əhəmiyyət üçün onun ehtiyaclarını ödəyə bildiyini dərk etsin. O 
bilirdi ki, işıq qaranlığı qovduğu kimi, Allahın həqiqəti də onun 
yalanını tərkisilah edəcək. Və o, döyüşsüz təslim olmaq istəmirdi. 
S
iz Allahın övladısınız
Şeytanın buxovlarından azadlığınıza görə Allahın Məsihdə sizin 
üçün  etdiyini  və  Onun  övladı  tək  kim  olduğunuzu  anlamaqdan 
və  təsdiq  etməkdən  başqa  heç  nə  əsas  deyil.  Həyatınızda  olan 
müxtəlif vəziyyətlərdə sizin baxışlarınıza, hərəkətlərinizə, cavab-
larınıza  və  reaksiyalarınıza  özünüz  barəsində  inandığınız  şeylər 
çox  böyük  təsir  edir.  Əgər  siz  özünüzü  şeytanın  və  hiylələrinin 
aciz qurbanı kimi görürsünüzsə, onda yəqin ki, belə də yaşaya-
caqsınız və onun yalanlarının əsarətində olacaqsınız. Amma özü-
nüzü Allahın əziz və qəbul edilmiş balası kimi görürsünüzsə, onda 
sizin belə yaşamaq üçün daha yaxşı imkanınız olacaq. Məncə, 1 
Yəhya 3:1-3-də Yəhya eyni fikri söyləyir: «Görün Ata bizə necə 
məhəbbət  göstərib  ki,  biz  Allahın  övladları  adlanırıq!  Doğrudan 
da, beləyik!…Ey sevimlilər, indi biz Allahın övladlarıyıq…Ona bu 
cür ümid bağlayan hər kəs Onun pak olduğu kimi özünü pak edir.»
Mənim rastlaşdığım məğlub olmuş hər bir məsihçidə ümumi bir 
şey var idi. Onların heç biri Məsihdə kim olduqlarını bilmirdilər və 
Allahın övladı olmağın mənasını başa düşmürdülər. Kəlam çox ay-
dındır. «Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə 


44
Buxovları qıran
Allahın övladları olmaq ixtiyarını verdi» (Yəhya 1:12). «Elə Ruh 
Özü  bizim  ruhumuzla  birgə  şəhadət  edir  ki,  biz  Allahın  övlad-
larıyıq.  Əgər  Onun  övladlarıyıqsa,  deməli,  həm  də  varisləriyik… 
Allahın varisləri və Məsihin irs şəriki oluruq» (Rom. 8:16, 17).
Bu  fəsildə  mən  Məsihdə  kimliyimizin  və  mövqeyimizin  va-
cib aspektlərinin üzərində dayanmaq istəyirəm. Sizlərdən çoxu-
nuz  burada  yekunlaşan  Müqəddəs  Kitaba  aid  həqiqətləri  artıq 
mənimsəmisiniz, amma başqaları bu bölmənin doktrina tərkibinə 
görə onu çətin başa düşülən hesab edə bilər. Amma mən sizdən 
xahiş  edirəm  ki,  daha  praktiki  fəsillərə  keçmək  üçün  bu  fəslin 
üstündən  keçməyin.  Allahın  övladı  kimi  ruhani  münaqişədən 
azadlığınız üçün bu anlayışlar əsasdır. Məsihdə kimliyiniz və yet-
kinliyiniz məsələsi o qədər həyatidir ki, mən bu kitabla bərabər 
«Qaranlıq  üzərində  qələbə»  (Regal  Books)  kitabını  oxumağı 
yenə də tövsiyə edirəm. (Müqəddəsləşmə barəsində dərin teoloji 
təlim üçün bir az əvvəl xatırlatdığım «God’s power at Work in 
You» – «Allahın gücü sizdə iş görür» kitabına baxın.) 
S
izin ruhunuz sağdır və ona görə də əbədi yaşayırsınız 
Bəşəriyyətin əsas təbiəti iki vacib hissədən ibarətdir: sizin mad-
di varlığınız və maddi olmayan varlığınız, yaxud zahiri və daxili 
insan (2 Kor. 4:16). Maddi varlığınız sizin fiziki bədəninizdir və 
maddi olmayan canınız/ruhunuzdur. Allahın surətində yarandığı-
mıza görə bizim düşünmək, hiss etmək və seçmək qabiliyyətimiz 
var  (ağlımız,  emosiyalarımız  və  iradəmiz  çox  vaxt  birlikdə  can 
adlanır)  və  (əgər  ruhən  sağıqsa)  Allahla  ünsiyyətdə  olmaq 
qabiliyyətimiz də var. Bir məsihçi kimi İsanı qəbul edəndə sizin 
canınız/ruhunuz Allahla bir vəhdətdə olur və bu, sizi ruhən sağ 
edir.  Bədəniniz  canınızla/ruhunuzla  vəhdətdə  olanda  siz  fiziki 
olaraq sağ olursunuz (Qeyd: mən «can/ruh» terminindən istifadə 
edirəm,  çünki  teoloqlar  insan  canının  ruhdan  ayrı  olması  və  ya 
əsasən  eyni  olması  fikri  ilə  tam  razılaşmırlar.  Birini  o  birindən 
fərqləndirməyə çalışmaq müzakirəmiz üçün vacib deyil.). 


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə