Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə11/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   82

38
Buxovları qıran
itirəcəksiniz. Ən yaxşı halda siz yalnız bir neçə il bu müvəqqəti 
dəyərləri olan şeyləri əldə edə bilərsiniz, sonra əbədiyyətə görə 
hər  bir  şeyi  itirəcəksiniz.  Bundan  əlavə,  bu  dünyəvi  sərvətlərə 
malik olmaq üçün göstərdiyiniz hər bir səyə görə Məsihdə sizin 
ola  biləcək  bütün  şeyləri  əldə  etmək  imkanını  itirəcəksiniz.  Siz 
bu dünyanı nişana alsanız, yalnız onu əldə edəcəksiniz və axırda 
hətta onu da itirəcəksiniz. Amma növbəti dünyanı nişan alsanız, 
Allah  Onu  tanımağın  dəyərlərini  sizə  indi  verəcək.  Paul  bunu 
başqa cür deyirdi: «Bədən məşqinin az faydası olur, möminlik isə 
hər şey üçün faydalıdır, çünki bunda indi və gələcək üçün həyat 
vədi var» (1 Tim. 4:8).
Həyatın məmnunluğunu əldə etmək üçün başqa  
şeylərdən məmnunluğu qurban verin 
Həyatınızda Ruhun səmərəsini nə ilə dəyişdirərdiniz? Məhəbbət, 
sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət, həlimlik, nəfsə 
hakim  olmağı  hansı  maddi  əmlaka,  hansı  miqdarda  pula,  hansı 
vəzifəyə  və  ya  rütbəyə  dəyişərdiniz?  Dünyəvi  nüfuzun  və  var-
dövlətin sizə məhəbbət, sevinc, sülh və digərlərini verə biləcəyini 
düşünmək bu dünyanın yalanına inanmaqdır. Nədənsə biz Allahın 
övladı  kimi  xeyir-dualı  olmaqdansa,  heyvanlar  kimi  şad  olmaq 
istəyirik.  Ruhun  səmərəsi  yalnız  biz  Məsihdə  olarkən  mümkün 
olur. 
İsa bu böyük qarşıdurmanı iki yaxın dostu, Marta və Məryəmlə 
müzakirə etdi (Luka 10:38-42). Marta «çox şeyin qayğısını çəkib 
təlaşa  düşürdü»  (41-ci  ayə)  və  fikrini  yemək  hazırlamağa  və 
xidmətə cəmləmişdi, amma Məryəm öz diqqətini İsaya və Onun 
sözlərinə yönəltmişdi. Marta başqa şeyləri sevməyə və insanları 
istifadə etməyə meyl edirdi, amma İsa bildirdi ki, Məryəm insan-
ları sevməklə və başqa şeyləri istifadə etməklə «yaxşısını seçdi» 
(42-ci ayə). Biz Allahı və başqalarını sevməyi öyrənəndə cismani 
təbiətimiz üzərində qələbənin dərəcəsini qazanırıq. 


Dünyada öz yolunuzu tapmaq
39
Əbədini əldə etmək üçün müvəqqətini qurban verin 
Ola bilsin ki, ruhani yetkinliyin ən böyük əlaməti mükafatları 
təxirə salmağı bacarmaqdır. İbranilərə 11:24-26-da deyilir: «Musa 
böyüyəndən sonra firon qızının oğlu adlanmaqdan iman vasitəsilə 
imtina etdi. Günahdan müvəqqəti zövq almaqdansa, Allahın xal-
qı ilə birlikdə əzab çəkməyi üstün tutdu. Məsih naminə çəkdiyi 
təhqiri  Misir  xəzinələrindən  daha  böyük  var-dövlət  saydı,  çün-
ki  alacağı  mükafata  gözünü  dikmişdi.»  Bu  dünyada  əvvəl-axır 
itirəcəyimiz  nəyisə  əldə  etməkdənsə,  Allahın  övladı  olduğumu-
zu  bilmək  qat-qat  yaxşıdır.  Hətta  bu  həyatda  Məsihin  ardınca 
getmək çətinliklərlə nəticələnsə də, O, əbədiyyətdə bunları yoluna 
qoyacaq.
Şeytanın başlıca yalanı sizin öz həyatınızın allahı olmağı bacar-
mağınızdır – və başlıca əsarəti onun yalanında sanki həqiqət kimi 
yaşamağa səy göstərməkdir. Şeytan sizin həyatınızda Allahın ye-
rini işğal etməyə çalışır. Hər şirnikləndirmə sizin Allahdan kənar 
müstəqil həyat yaşamağınız üçün onun tərəfindən edilən cəhddir. 
Nə vaxt siz Məsihə deyil, özünüzə diqqəti cəmləyirsinizsə, yaxud 
maddi və müvəqqəti dəyərləri ruhani və əbədi dəyərlərdən üstün 
tutursunuzsa, onda şirnikləndirici varlıq uğur qazanmış olur. Bu 
günaha batmış dünyanın istəyi budur ki, Rəbb kimi Özünə məxsus 
yerini tutmaqda Allaha imkan verməyərək xudbinliyi hədsiz artır-
sın. Şeytan bundan artıq həzz ala bilməz – bu, onun başlanğıcdan 
bəri planı olub. 


3
Sizin azad olmaq  
hüququnuz var
Lidiya  bəxti  gətirməyən  orta  yaşlı  bir  qadın  idi.  Uşaq  ikən 
əzab çəkdiyi dini və seksual zorakılığın xatirələri bütün məsihçi 
həyatında fasiləsiz olaraq onu incidirdi. O, mənimlə görüşə gələndə 
onun zədələnmiş mənliyi bərpaolunmaz görünürdü. Mənə başına 
gələn əhvalatları danışarkən Lidiya bir az emosiyalara qapılırdı, 
amma onun sözləri bütünlüklə kədəri əks etdirirdi. 
«Lidiya, səncə, sən kimsən? Mən demək istəyirəm ki, özünü 
necə qəbul edirsən?» — deyə, soruşdum.
«Məncə,  pis  adamam»  —  deyə,  o,  quru  tərzdə  cavab  verdi. 
«Mənim heç kimə xeyrim dəymir. İnsanlar mənə pis olduğumu 
deyir və mən hər nə edirəmsə, əngəl yaradır.»
«Allahın bir övladı kimi sən pis deyilsən. Ola bilsin ki, pis işlər 
görmüsən, amma sənin varlığının özəyində düzgün olanı etmək 
arzusu var, yoxsa sən burada olmazdın» – deyə, mən söylədim. 
Mən ona Məsihdə kim olduğunu göstərən aşağıdakı ayələrin si-
yahısını verdim: 
Məsihdə
Mən qəbul edilmişəm:
• Yəhya 1:12  . . . . . . . . . .  Mən Allahın övladıyam
• Yəhya 15:15  . . . . . . . . .  Mən Məsihin dostuyam
• Rom. 5:1 . . . . . . . . . . . .  Mən saleh sayılmışam
• 1 Kor. 6:17  . . . . . . . . . .  Mən Rəblə birləşmişəm və 
ruhən bir olmuşam.


Sizin azad olmaq hüququnuz var 
41
• 1 Kor. 6:20  . . . . . . . . . .  Mən baha qiymətə satın 
alınmışam – Mən Allaha 
məxsusam.
• 1 Kor. 12:27. . . . . . . . . .  Mən Məsihin bədəninin 
üzvüyəm.
• Efes. 1:1 . . . . . . . . . . . .  Mən müqəddəsəm.
• Efes. 1:5 . . . . . . . . . . . .  Mən Allahın balası kimi övlad-
lığa götürülmüşəm. 
• Efes. 2:18  . . . . . . . . . . .  Mənim Ruh vasitəsilə Allaha 
birbaşa çıxışım var. 
• Kolos. 1:14  . . . . . . . . . .  Mən azad olmuşam və bütün 
günahlarım bağışlanıb. 
• Kolos. 2:10  . . . . . . . . . .  Mən Məsihdə tamamlanmışam. 
Mən təhlükədən uzağam:
• Rom. 8:1, 2 . . . . . . . . . .  Mən məhkumiyyətdən azadam. 
• Rom. 8:28 . . . . . . . . . . .  Mən əminəm ki, hər şey 
birlikdə xeyrimə işləyir. 
• Rom. 8:31-34 . . . . . . . . .  Məni mühakimə edən hər bir 
ittihamdan azadam. 
• Rom. 8:35-39 . . . . . . . . .  Məni Allahın məhəbbətindən 
heç nə ayıra bilməz. 
• 2 Kor. 1:21, 22. . . . . . . .  Mən Allah tərəfindən möhkəm 
bağlanmışam, məsh edilmişəm 
və möhürlənmişəm. 
• Kolos. 3:3  . . . . . . . . . . .  Mənim həyatım Məsihlə 
birlikdə Allahda saxlanılıb. 
• Filip. 1:6 . . . . . . . . . . . .  Mən əminəm ki, məndə xeyirli 
işə başlayan Allah bunu başa 
çatdıracaq.
• Filip 3:20. . . . . . . . . . . .  Mən səma vətəndaşıyam. 
• 2 Tim. 1:7 . . . . . . . . . . .  Mənə qorxaqlıq ruhu deyil, 
güc, məhəbbət və ağıllı-kamallı 
olmaq ruhu verilmişdir. 
• İbr. 4:16  . . . . . . . . . . . .  Mən ehtiyac vaxtında lütf və 


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə