Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə19/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   ...   82

Siz ağlınızda gedən döyüşdə qalib gələ bilərsiniz
65
daxildir: biri xammaldan düzələn hissədir, yəni əsl fiziki kompyu-
terdir (beyin); o birisi isə proqramlardır (ağıldır), fiziki hissəni idarə 
edəndir. Proqramlar fiziki olmadığı üçün fiziki hissədən çıxarılsa, 
xammaldan  düzəlmiş  hissə  hələ  də  çəkisinə  görə  eyni  qalacaq. 
Buna  bənzər  olaraq,  əgər  ruh  bədəndən  çıxarılsa,  bədən  həmin 
çəkidə  qalacaq.  Kompyuter  proqramsız  tamamilə  dəyərsizdir, 
amma kompyuterin fiziki hissəsi sönsə, proqramlar işləməyəcək. 
Əgər başımızın içində nəsə düzgün işləmirsə, bizim cəmiyyətimiz 
bunun fiziki hissənin problemi olduğunu güman edir. Əksinə, mən 
əsas problemin fiziki hissə ilə əlaqəli olduğuna inanmıram; mən 
əsas problemin proqramda olduğuna inanıram. Əgər insanın skle-
roz kimi beyinlə əlaqədar hansısa sindromu və ya Daun sindromu 
kimi anadangəlmə xəstəliyi varsa, beyin funksiyasını düzgün icra 
etməyəcək. Amma ciddi beyin zədələnməsinə nadir hallarda rast 
gəlinir  və  ona  kömək  edəcək  çox  az  şeylər  var.  Rom.  12:1,  2 
deyir ki, biz bədənlərimizi (beynimizi daxil edən) Allaha təslim 
etməliyik və ağlımızın yeniləşməsi ilə dəyişilməliyik. 
Bu  mövzu  üzrə  mənim  təqdimatımı  eşitdikdən  sonra  bir  qa-
dın aydınlaşdırmağımı istədi. O dedi: «Mən bu yaxınlarda qızımın 
müjdəçilik etdiyi ölkəyə baş çəkdim və malyariya xəstəliyinə yo-
luxdum. Mən elə xəstələndim ki, az qala öləcəkdim. Qızdırmam 
yüksək  həddə  çatanda  məni  qara  basmağa  başladı.  Siz  demək 
istəyirsiniz ki, həmin qarabasmalar cinlərdən gəlir?»
«Sizin qarabasmalarınız nə haqqında idi?» — deyə, soruşdum. 
«Əsasən, Pluto, Mikki Maus, Donald Dak və Deyzi haqqında 
idi» — deyə, o cavab verdi. 
Mən sadəcə gülməkdən özümü saxlaya bilmədim. «Siz həmin 
ölkəyə gedərkən yolda Disneyləndə dönmüşdünüz?»- deyə, mən 
sual verdim. 
O cavab verdi: «Bəli, mən getmişdim. Necə bildiniz?»
Onun gördüyü qarabasmada cinlərlə əlaqədar heç bir şey yox idi. 
Onun Disneyləndə getməsi ağlında yeni bir şey idi. Biz yatmağa 
gedəndə və ya komaya düşəndə fiziki beynimiz işləməkdə davam 
edir,  amma  «kompyuterdəki  klavişlərin  üzərində  əllər  yoxdur». 
Əgər siz əqlən hələ də fəaliyyətdəsinizsə və ağlınızdakı klavişləri 


66
Buxovları qıran
basırsınızsa,  siz  yuxuya  getməmisiniz.  Siz  düşünməni  dayandı-
randa yuxuya gedirsiniz. Siz yatarkən beyniniz fəaliyyətini davam 
etdirəcək və yaddaşınızda saxlanan hər bir şeyə təsadüfən toxuna-
caq. Gəlin təsvir edək, yuxularınıza fikir verirsiniz. Adətən, onlar 
həmişə tanıdığınız insanlar, gördüyünüz şeylər və ya olduğunuz 
yerlərlə əlaqəli olmurmu? Yuxularınızdakı hekayələr yeni və ya-
radıcı ola bilər, amma insanlar və yerlər artıq sizin yaddaşınızda 
proqramlaşdırılıb. Məsələn, fərz edək ki, uşaq qorxulu filmə baxır, 
sonra isə yatmağa gedir və vahiməli yuxular görür. Vahiməli yu-
xuda oyunçular filmdəki aktyorlar ilə eyni olacaq. 
Amma  kimsə  əvvəllər  gördüyü  və  ya  eşitdiyi  nəsə  bir  şeylə 
əlaqələndirə bilmədiyi qəribə vahiməli yuxu görəndə mən həmin yu-
xunun cinlərdən gəldiyini deyərdim. Biz insanları Məsihdə Azadlıq 
Addımları ilə apardıqca artıq o cür vahiməli yuxular görmürlər.
D
öyüş gerçəkdir 
Biz  ağılda  gedən  bu  ruhani  döyüşün  nə  olduğunu  üzə  çıxar-
malıyıq  ki,  onunla  qarşılaşan  insanlara  müfəssəl  cavab  verə 
bilək. Bunun nəyə görə lazım olduğunu, gəlin, sizə təsvir edim. 
Adətən, valideynlərinin yataq otağına gələn və otaqlarında nəsə 
gördüklərini  və  ya  eşitdiklərini  söyləyən  qorxmuş  uşaqlarla  nə 
baş verir? Valideyn, yəqin ki, uşağın otağına gedir, şkafın içinə, 
yaxud çarpayının altına baxır və deyir: «Mənim şirin balam, sənin 
otağında heç nə yoxdur – get yat!» Əgər siz uşaq deyil, yetkin 
insansınızsa və öz otağınızda nəsə görürsünüzsə, siz onu sadəcə 
unudaraq,  gedib  yenidən  yata  bilərsinizmi?  «Amma  mən  otağa 
baxdım.  Orada  heç  nə  yox  idi»  —  deyə,  cavab  verirsiniz.  Siz 
düz  deyirsiniz.  Otaqda  bizim  təbii  hisslərimizlə  müşahidə  edə 
biləcəyimiz  heç  nə  yox  idi.  «Onda  bu,  gerçək  deyil»  —  deyə, 
skeptik söyləyir. «A! Əlbəttə gerçəkdir! Sizin uşağınızın gördüyü 
və ya eşitdiyi onun ağlında idi və tamamilə gerçək bir şey idi.» 
Mən  insanların  «aldadıcı  ruhlara  necə  qulaq  asmalarını»  izah 
edə  bilmərəm.  Heç  şeytanın  ağlımıza  özünü  necə  salmasını  da 


Siz ağlınızda gedən döyüşdə qalib gələ bilərsiniz
67
bilmirəm,  amma  Kəlamın  aydın  öyrətdiyinə  inanmaqda  iblisin 
bunu necə etdiyini bilmək mənə lazım deyil. Ağlımızın idarəçiliyi 
uğrunda  gedən  mübarizə  bizim  dərk  edə  bildiyimiz  təbiətin  qa-
nunlarına uyğun şəkildə hərəkət etmir. Şeytanın hərəkətlərini da-
yandıra və ya məhdudlaşdıra bilən fiziki heç bir maneə yoxdur. 
Qorxmuş uşağın çöhrəsi döyüşün gerçək olduğuna şəhadətlik edir. 
Övladınıza aşağıdakı kimi cavab vermək daha yaxşı olar.
«Quzu  bala,  mən  inanıram  ki,  sən  nəsə  görmüsən  və  ya 
eşitmisən. Mən nə bir şey gördüm, nə də eşitdim, bu da başa 
düşməyimə  kömək  edir.  Sən,  ola  bilsin  ki,  ruhani  hücuma 
məruz  qalmısan  və  ya  baxdığın  filmdən  yaddaşında  pis  şeylər 
qalıb. Bəzən mən gerçək olanla yuxum arasında fərqi ayırd edə 
bilmirəm. Mən sənin müdafiə olunmağın üçün dua etməzdən qa-
baq istəyirəm biləsən ki, səni qorxudan gördüyün və ya eşitdiyin 
hər bir şeydən İsa daha böyük və daha güclüdür. Müqəddəs Kitab 
öyrədir ki, bizdə yaşayan İsa dünyada olan hər bir bədheybətdən 
qüdrətlidir. İsa həmişə bizimlə olduğuna görə bizi qorxudan hər 
bir şeyə İsanın adı ilə çıxıb getməyi söyləyə bilərik. Müqəddəs 
Kitab bizə söyləyir ki, Allaha tabe olaq və şeytana qarşı duraq və 
o, bizdən qaçacaq. Gözəl balam, bunu edə bilərsən? Sualın var? 
Onda gəl birlikdə dua edək.»
Bu gün ruhi xəstəlik kimi adlananların çoxu ağlımızın idarəçiliyi 
uğrunda gedən mübarizədən başqa bir şey deyil. Sül. Məs. 23:7-
də deyilir ki, «O, ürəyində hər şeyin hesabını edər.» Başqa sözlə, 
siz  əvvəlcə  düşünmədən  heç  bir  şey  etmirsiniz.  Biz  insanların 
düşündüyünü  görə  bilmərik.  Bütün  davranışlar  düşünmək  və  ya 
inanmaq üçün seçdiyimiz şeylərin məhsuludur. Biz yalnız onların 
etdiklərini müşahidə edə bilərik. İnandığımız və onun nəticəsində 
düşündüyümüz  şeyləri  dəyişdirmədən  davranışı  dəyişməyə  çalış-
maq istənilən uzunsürən nəticəni heç vaxt hasil etməyəcək.
Biz başqasının ağlını oxuya bilmədiyimiz üçün düzgün suallar 
verməyi öyrənməliyik. Beş yaşlı Dənni idman meydançasında bir 
neçə  uşağı  incitmişdi.  Onu  tərbiyə  aldığı  məsihçi  uşaq  bağçası-
nın müdirinin yanına göndərmişdilər. O, başqalarına qarşı kobud 
şəkildə rəftar edirdi və sinifdə narahat idi. Onun müəllimi deyirdi: 


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə