Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə16/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   82

Sizin azad olmaq hüququnuz var 
55
sövq  və  ittiham  edən  it  haqqında  mənə  heç  vaxt  heç 
kim deməyib! Mən, adətən, özümü vururam, amma indi 
məncə iti vurmalıyam. 
Nil:  Mən  insanların  özlərini  vurmaqdan  əvvəl-axır 
bezdiklərini görmüşəm, bu səbəbdən də onlar məğlubiyyət 
və  mühakimənin  güclü  təsiri  altında  Allahdan  uzaqla-
şırlar.  Digər  tərəfdən,  təkcə  iti  vurmaq  da  kifayət  de-
yil.  Sənin  Allaha  etiraf  etməyə  haqqın  var,  sən  qapını 
açdığını  boynuna  aldığına  görə  bu,  Onunla  razılaşmaq 
deməkdir, amma bu, kifayət deyil. Etiraf tövbədə hələ bi-
rinci addımdır. Yalnız bu addımı atan məsihçilər «günah 
et-etiraf  et-günah  et-etiraf  et»  çevrəsində  ilişib  qalırlar 
və əvvəl-axır döyüşdə təslim olurlar. Sən qapını açdığını 
boynuna alaraq Onunla razılaşanda Allaha tabe olmusan; 
indi sən şeytana qarşı durmalısan və o, səndən qaçacaq 
(Yaqub 4:7). Nəhayət, geriyə qayıt, qapını bağla və onu 
yenidən açmaqla aldanma. Sən həqiqətən dəyişilməyənə 
qədər tövbə tam olmayacaq. 
Paul  24-cü  ayədə  həll  edilməmiş  münaqişəni  ifadə 
edir:  «Necə  də  yazıq  insanam!  Ölümə  düçar  olan  bu 
bədəndən məni kim xilas edə bilər?» O, «mən pis və gü-
nahkar insanam» demir; o, «mən yazıq insanam» deyir. 
Düzgün olanı bilən və onu etmək istəyən, amma nəyə 
görəsə edə bilməyən insandan daha yazıq insan yoxdur. 
O, məğlub olub, çünki əsarətdədir. Onun etmək istədiyi 
düzgün işlər məğlubiyyət ilə qarşılanır. O: «Qələbə var-
mı?» — deyə, şübhələnir.
Cavab 25-ci ayədə qarşıya çıxmağa başlayır: «Rəbbimiz 
İsa Məsihin vasitəsilə Allaha şükür olsun! Beləcə, mən 
ağlımla Allahın qanununa, cismani təbiətimlə isə günah 
qanununa qulluq edirəm.» Gəl, indi Romalılara 8-ci fəsli 
oxuyaq, görək Paul günahın qanununa həyat verən Ru-
hun qanunu ilə necə qalib gəlir. 


56
Buxovları qıran
Den:  Məncə,  yavaş-yavaş  anlamağa  başlayıram.  Mən 
məsihçi  həyatının  həqiqətən  necə  yaşanmalı  olduğunu 
dərk etmədən onu yaşaya bilməməkdə özümü günahlan-
dırırdım. Mən bu günaha təklikdə qalib gəlməyə çalışır-
dım və ağlımın idarəçiliyi uğrunda gedən mübarizəni heç 
vaxt başa düşməmişdim. 
Nil:  Sən  düzgün  fikirdəsən.  Özünü  mühakimə  etmək 
kömək  etməz,  çünki  Məsih  İsada  olanlar  üçün  heç 
bir  məhkumiyyət  yoxdur  (Rom.  8:1,2).  Gəl  görək, 
sənin  münaqişəni  əsl  tövbə  və  Allaha  imanla  həll  edə 
bilərikmi?  Gəl,  sənin  icazənlə  azadlıq  üçün  addımla-
rı  birlikdə  ataq.  Sonra  ağlın  idarəçiliyi  uğrunda  gedən 
mübarizədə  necə  qalib  gəlmək  haqqında  danışa  bilərik 
və Müqəddəs Ruhun gücündə imana görə həyat sürməyi 
öyrənərik. Bundan sonra sən cismani təbiətin ehtirasla-
rını icra etməyəcəksən (Qal. 5:16). 


4
Siz ağlınızda gedən 
döyüşdə qalib gələ bilərsiniz
«O bizi zülmət hakimiyyətindən xilas edib Öz sevimli Oğlunun 
Padşahlığına köçürtdü. Oğlunda verilən azadlığa – günahlarımızın 
bağışlanmasına malikik» (Kolos. 1:13,14). 
«Deməli,  kim  Məsihdədirsə,  yeni  yaradılışdır,  köhnə  şeylər 
keçib-getdi, təzə şeylər gəldi» (2 Kor. 5:17). «Çünki siz ölmüsü-
nüz və həyatınız Məsihlə birlikdə Allahda saxlanılıb» (Kolos. 3:3). 
«Əgər bu ayələr doğrudursa, onda məsihçi olmazdan əvvəl dö-
yüşdüyüm düşüncələr və hisslər ilə niyə hələ də mübarizə aparı-
ram?» Mən güman edirəm ki, hər bir səmimi məsihçi bu sualı ve-
rib və ya ən azı bu haqda düşünüb. Hələ də yenidən doğulmazdan 
əvvəlki kimi düşünməyinizin, hiss etməyinizin və çox vaxt əvvəlki 
kimi hərəkət etməyinizin çox məntiqi səbəbi var.
Həyatınızın  həmin  erkən  və  formalaşan  dövründə  sizdə  nə 
Allahın hüzuru, nə də Onun yollarını dərk etmək bacarığı var 
idi.  Bunun  nəticəsində  siz  Allahdan  kənar  müstəqil  həyat  ya-
şamağı  öyrəndiniz.  Bu  öyrənilmiş,  Allahdan  kənar  müstəqillik 
Kəlamın  cismani  təbiət  adlanan  əsas  səciyyəvi  xüsusiyyətidir. 
Siz  Məsihdə  yeni  yaradılış  olanda  yaddaşınızdakı  «silmək» 
düyməsini heç kim basmadı. Məsihdən əvvəl öyrəndiyiniz hər 
bir şey (və onunla uyğunlaşan hər bir hiss) hələ də öz yaddaşı-
nızda yazılıb. Ona görə də Paul deyirdi: «Bu dövrə uyğunlaşma-
yın, əksinə, düşüncənizin təzələnməsi ilə dəyişin» (Rom. 12:2). 
Hətta bir imanlı kimi biz hələ də səhv proqramlara qulaq asaraq 
və ya səhv materiallar oxuyaraq bu dövrə uyğunlaşa bilərik. 


58
Buxovları qıran
Ö
zünümüdafiənin istehkamları 
Biz təbii olaraq həyatda çətinliyin öhdəsindən gəlməyin və özü-
müzü müdafiə etməyin bir çox üsullarını öyrənmişik, belə ki, bun-
lar əqli və emosional baxımdan həmişə sağlam olmayan üsullar-
dır. Psixoloqlar belə ziyanlı həyat tərzlərini müdafiə mexanizmləri 
adlandırırlar  və  onlar  şübhəsiz  ki,  məsihçilik  ilə  uyğunlaşmır. 
Məsələn, bir çox insanlar özlərini müdafiə etmək üçün yalan da-
nışmağı öyrəniblər. Başqa geniş yayılmış müdafiə mexanizmlərinə 
aşağıdakılar daxildir:
•  inkar etmək (həqiqətlə üzləşməkdən şüurlu və ya şü-
ursuz imtina);
•  fantaziya etmək (həqiqi dünyadan qaçmaq);
•  emosional  təcrid  edilmək  (rədd  edilməkdən  uzaqlaş-
maq üçün geriyə çəkilmə);
•  keçmişə geriyə qayıtmaq (keçmişin az təhlükəli vaxt-
larına qayıtmaq);
•  ötürmək  (emosiyaları  digər  vəziyyətlərdə  büruzə 
vermək);
•  özünü əks etdirmək (özünüzdə gördüyünüz hərəkətləri 
başqalarında görməklə onları günahlandırmaq);
•  bəhanə  gətirmək  (pis  davranışa  görə  bəhanələr 
gətirmək). 
Müdafiə mexanizmləri Paulun qalalar adlandırdığı şeylərə ox-
şardır. O yazır: «Çünki cismən həyat sürsək də, cismani təbiətə 
görə  döyüş  aparmırıq.  Ona  görə  ki  döyüş  silahlarımız  cisimdən 
düzəldilən silahlar deyil, qalaları dağıdan ilahi qüvvəyə malik si-
lahlardır.  Nəzəriyyələri,  Allah  barədə  biliyə  qarşı  çıxan  hər  bir 
səddi yıxıb hər bir düşüncəni əsir edərək Məsihə itaət etdiririk» 
(2 Kor. 10:3-5). 
Qalalar  Allahdan  kənar  müstəqil  yaşamağı  öyrənərkən  si-
zin  ağlınızda  proqramlaşdırılan  cismani  düşüncə  tərzləridir.  Siz 


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə