Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə37/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   33   34   35   36   37   38   39   40   ...   82

Sirli gücə və biliyə şirniklənmə 
125
dəfə görüşürdü. Görüşü təşkil etmək növbəsi bizim universitetə 
çatanda o, məndən xahiş etdi ki, mədəniyyətimizdə olan okkultik 
fəaliyyətlər  haqqında  danışım.  O  dedi:  «Qrupda  məsihçilər  çox 
deyil, amma onlar universitetimizə gələcəklər, ona görə də onlarla 
danışmağınızı istəyirəm». Mən bununla razılaşdım.
Bu,  keçmiş  hərbçi  kişilərdən  və  polis  məmurlarından  ibarət 
təcrübəli qrup idi. Mən cəmiyyətimizdə satanizmin dirçəlişi haq-
qında danışmağa başlayanda qrupun içərisində şübhə və ya isteh-
za edən bir nəfər də yox idi. Onların hər biri universitetlərində 
satanizmə məxsus olan dəhşətli əlamətlərin aşkar edilməsi haq-
qında  öz  hekayələrini  bölüşə  bilərdilər.  Hər  mühafizəçi  məmura 
onu ört-basdır etmək tapşırılmışdı. Universitet rektorları zorlama 
hallarını  bildirməyi  xoşlamadıqları  kimi,  cəmiyyətin  belə  şeylər 
haqqında bilməsini də istəmirlər.
Musanın  Kənan  torpağında  İsrail  xalqına  uzaqlaşmaq  üçün 
xəbərdarlıq  etdiyi  hər  bir  kult  və  ya  okkultik  hərəkətlər  –  «zi-
yansız» ulduz falından heyvan və insan qurbanlarının düşünülməz 
vəhşiliyinə qədər – bu gün mədəniyyətimizdə var və fəaliyyətdədir.
Q
aranlıq tərəfdə olan bilik
Mədəniyyətimizdə sirli olan, «əlavə» biliyə qızğın həvəs Kali-
forniyanın Pasadena şəhərində keçirilən iki açıq konfransda mənə 
aydınlaşdı. Konfranslardan biri beynəlxalq müjdəçilik üzrə böyük 
dünya konfransı idi və 600-ə yaxın adam iştirak edirdi. Eyni za-
manda Pasadena Mülki Mərkəzində «New Age» cərəyanının kon-
fransa keçirildi və 40000-dən artıq adam iştirak edirdi! Bu, bizim 
cəmiyyətimizdir.  İnsanlar  Allahın  demək  istədiyi  şeylərə  qulaq 
asmaq istəmirlər. Onlar «sirli biliyə malik olan» başqa adamdan 
məlumat  və  istiqamət  eşitmək  istəyirlər,  məsələn:  cindar,  falçı, 
ovuc oxuyan, kartla fala baxan və ya ölmüş dostun, yaxud qohu-
mun ruhu ilə danışan insan. 
Allah Öz xalqına Özündən başqa fövqəladə mənbədən məsləhət 
almağı  qəti  qadağan  edib.  «Cindarlara  və  ruh  çağıranlara  tərəf 


126
Buxovları qıran
dönməyin,  onlarla  danışmayın,  yoxsa  murdarlanarsınız…Mənə 
xəyanət  edərək  cindarlara  və  ruh  çağıranlara  tərəf  dönən  hər 
kəsdən üz döndərib xalqın arasından qovacağam… Cindar, yaxud 
ruh  çağıran  kişilər  və  ya  qadınlar  öldürülməlidir»  (Lev.  19:31; 
20:6, 27). Yanlış bələdçiləri axtaran hər bir kəs xalqın arasından 
qovulmalı idi və yanlış bələdçilik edən ölümə məhkum olmalı idi. 
Allah hələ də əvvəlki işləri görür, amma biz sonrakı işləri görmü-
rük. 
Biz, demək olar ki, əksinə edirik. İnsanlar televiziyada və ra-
dio  proqramlarında  falçılıqla  məşğul  olurlar  və  məsihçilərə  yol 
verilmədiyi  halda  «New  Age»  müəllimləri  öz  dünyagörüşlərini 
təbliğ edirlər. Mən bu yaxınlarda oxumuşam ki, qadınların çoxu 
ixtisaslaşmış  peşəkar  psixoloqlardansa,  falçılar  və  ya  «New 
Age» ilə məşğul olanların yanına gedirlər. Siz bizim ölkədə olan 
hər bir şəhərdə falçı yanına gedə bilərsiniz və həyatınız barədə 
nəsə  öyrənməyə  görə  pul  ödəyə  bilərsiniz.  Bunu  sizə  söyləyən 
şəxs  ya  yalançıdır,  ya  da  trans  vəziyyətinə  girib  murdar  ruh 
üçün kanala çevrilən cindardır. Bunlar cəmiyyətin xəstəliyi kimi 
görünməkdənsə, çox vaxt öz «bacarıqları»na görə onlara pastorlar 
və həkimlər kimi münasibət bəsləyirlər. Əslində, məbəd üçün ən 
böyük ruhani təhlükələrdən biri «New Age» «müalicə üsulunun» 
sürətlə yayılmasıdır. 
Fırıldaqçılar və həqiqi falçılar
Falçılar  və  cindarlar  «ecazkar»  məlumatı  və  duyumları  hara-
dan  əldə  edirlər?  Onların  çoxu  «aldadıcı  ruhlara  qulaq  asırlar» 
(1Timotey 4:1), amma falçılıq və cindarlıq adlanan şeylərin bəzisi 
ağıllı xülyadır. Bu ağıllı fırıldaqçılar hər şeyə inanan insanlara sadə 
və öz məqsədlərinə yönəldən aparıcı suallar verirlər. Onlar eləcə 
də müştərilərinin nitqinə, özünü aparma tərzinə, görünüşünə və 
paltarına  fikir  verirlər.  Həmin  cavablara  və  şəxsi  müşahidələrə 
əsaslanaraq,  onlar  olduqca  düz  olan  ümumi  fikirlər  söyləyirlər. 
Amma hər şeyə inanan insanlara onların «vəhy»lərinin dəqiqliyi 
elə təsir göstərir ki, onlar daha çox məlumat verməyə başlayırlar, 


Sirli gücə və biliyə şirniklənmə 
127
fırıldaqçılar  da  bunu  «tale  haqqında  bilik»  deyə  uydururlar.  Bu, 
şeytani deyil; bu, sadəcə, aldatmadır. 
Amma  Allahın  Levililərdə  və  Qanunun  Təkrarı  kitabında 
xəbərdarlıq  etdiyi  falçılar  və  cindarlar  fırıldaqçılar  deyildi,  təbii 
hisslərlə  gəlməyən  biliyə  malik  olan  və  ötürən  insanlardır.  Bu 
insanlar  özlərini  murdar  ruhani  aləmə  açıblar  və  onların  kanal-
larına  çevriliblər.  Fırıldaqçı  yalnız  sizin  pulunuzu  oğurlamaqla 
maraqlanır.  Amma  falçı  vasitəsilə  şeytandan  gələn  yalançı  bilik 
və  istiqamət  sizin  ruhani  həyatınızı  və  azadlığınızı  oğurlamaq 
məqsədini güdür. 
Yadımdadır ki, bir dəfə yanıma falçının qurbanı olmuş bir nəfər 
məsləhət üçün gəldi. Rori qırx yaşlarında olan təzəliklə boşanmış 
xoş görkəmli bir kişi idi, o, ofisimə gəlib başına gəlmiş inanılmaz 
hekayəni danışdı. Bir gün o, yeni qadın dostu olan Bernisini Ka-
liforniyanın əyləncə parkına dəvət etmişdi. Onlar dükanları gəzə-
gəzə falçının işlədiyi yeri reklam edən kiçik dükana yaxınlaşdılar. 
Elanda yazılmışdı: «İçəri girin və həyatınız üçün təlimatlar əldə 
edin.» 
Rori və Bernis içəri girdi və falçı onları sirli biliyi ilə valeh etdi. 
Qadının tanış ruhdan məlumat əldə edən həqiqi falçı olduğunu, ya 
da ağıllı fırıldaqçı olduğunu deyə bilmərəm. Amma cütlüyə dərin 
təsir etmişdi. «Əgər sizdə belə güc varsa,» — deyə, Rori nida etdi 
— «mənim üçün başqa nə edə bilərsiniz?» Falçı ona öz işində və 
həyatının başqa bütün sahələrində uğur qazanmaqda kömək edə 
biləcəyini vəd etdi. 
Rori buna inandı və Bernis ilə müntəzəm olaraq onun yanına 
getməyə başladı. Falçı onlara evlənməyi məsləhət gördü, onlar da 
evləndilər. Onlar bir cütlük kimi falçının məsləhətini almaqda və 
ona əməl etməkdə davam edirdilər. 
Dörd  ildən  sonra  Rori  mənim  ofisimə  gəldi.  Onun  Bernis  ilə 
nikahı fəlakət idi və falçının vəd etdiyi uğurlu iş heç vaxt həyata 
keçmədi. Mən ondan «ruhani» bilik axtarmaq məqsədilə tökdüyü 
pulların miqdarını soruşanda Rori: «Mən şəxsən ona, demək olar 
ki, 15000 dollar vermişəm, amma Bernis isə 65000 dollardan çox 
pul verib» — deyə, cavab verdi. 


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə