Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə38/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   34   35   36   37   38   39   40   41   ...   82

128
Buxovları qıran
Belə  falçı  və  ya  fırıldaqçı  işindən  çox  pul  qazanmaq  olar  və 
çoxlu  sehrbazlar  külli  miqdarda  pul  alırlar.  Bir  çox  insanlar  öz 
həyatları və gələcəkləri barəsində nəsə əlavə şeylər bilməyə can 
atırlar və arzu etdikləri sirli məlumat üçün səxavətlə ödəyirlər. 
Qaranlıq tərəfi axtarmağın acı nəticələri 
Bizim  «cindar»  və  «ruhçağıran»  Müqəddəs  Kitab  terminləri 
haqqında  çox  məlumatımız  yoxdur.  «Cindar»  (ob,  «cadugər  və 
ya  sehrbaz»  mənası  verir)  sözü  qadın  cinsində  olduğundan  və 
«ruhçağıran»  (yidd  oni,  «bilmək»  sözünün  kökündən)  sözü  kişi 
cinsində  olduğundan  Müqəddəs  Kitabın  bəzi  alimləri  düşünürlər 
ki, onlar eyni rola məxsus qadın və kişi üçün adlardır. 
Əhdi-Ətiqdə İsrail xalqını Allaha qarşı üsyankar olmağa aparan 
padşahlar, yalançı peyğəmbərlər və cindarlar haqqında çox danı-
şılır. Daha çox tanınmış hallardan biri İsrailin birinci padşahıdır. 
Şaul Allahın idarəçiliyini axtarmaqla yaxşı başlamışdı və Şamuel 
tərəfindən İsrailin padşahı təyin edilmişdi (1 Şamuel 9). O, Allahın 
iradəsinə qarşı ləyaqətsiz üsyankarlığına qədər yaxşı xidmət etdi 
(1Şamuel 15). Üsyankarlıq Allahın cadugərlik günahı ilə eyni say-
dığı günahdır (23-cü ayə). Şaul niyə günah etdi və Rəbbin sözünü 
rədd etdi? Çünki o, Allahın səsindən daha çox insanların səsindən 
qorxdu – bu gün həmin problem bütün dünyamızda açıq-aşkardır. 
Şaul  günah  etdiyinə  təəssüfləndisə  də  (yaxud  ən  azı  bu  işin 
üstündə tutulduğuna görə üzr istədisə də), onun həqiqətən tövbə 
etdiyini təsdiqləyən heç bir sübut yoxdur. Allaha tabe olmayan bir 
çox insanlar kimi o öz səhvini düzəltməyə çalışdı, amma bu, çox 
gec idi və Rəbbin Ruhu Şauldan ayrıldı və Rəbbin izni ilə şər bir 
ruh ona əzab verməyə başladı» (1Şamuel 16:14). 
İki səbəbə görə bu, çətin hissədir. Birinci səbəbdən elə görünür 
ki, insan itaətsizliyə görə Müqəddəs Ruhu itirə bilər. Amma bunu 
da başa düşmək lazımdır ki, Əhdi-Ətiqdə Müqəddəs Ruhun hüzuru 
müəyyən vaxt ərzində yalnız bir neçə seçilmiş insana verilib. Şa-
ulun üzərinə enmiş Ruh, yəqin ki, 13-cü ayədə Davudun üzərinə 
enmiş Ruh ilə eynidir: Allahın məsh edilmiş padşahı kimi rəhbərlik 


Sirli gücə və biliyə şirniklənmə 
129
etmək üçün Ruhla təmin olunmuşdu. Bu unikal təminat bu gün 
Onun övladları kimi bizim Allahla Ruhda şəxsi ünsiyyətimiz ilə 
eyni deyil. 
Çarmıxdan bəri məbəd Allahın övladlarını göylərdəki Ataları ilə 
əbədi birləşdirən Müqəddəs Ruhun hüzuru ilə tanınır (Efes. 1:13, 
14). İsa vəd etdi ki, Onun əlindən bizi heç kim ala bilməz (Yəhya 
10:28) və Paul bizi əmin edir ki, heç bir şey – hətta itaətsizlik 
belə — bizi Allahın məhəbbətindən ayıra bilməz (Roma. 8:35-39). 
Biz Məsihdə təhlükəsiz yerdəyik. Məsihin çarmıxdakı işinə iman 
etməyimiz nəticəsində Müqəddəs Ruh bizdə yaşayır. 
İkinci  problem  murdar  ruhun  Rəbdən  gəlməsi  ideyası  ilə 
əlaqəlidir. Amma biz Allahın ali olduğunu yadda saxlamalıyıq və 
O, şeytanı və onun kəşfiyyatçılarını Şaulla etdiyi kimi Öz xalqını 
tərbiyələndirmək  üçün  istifadə  edə  bilər.  Bu,  Allahın  Öz  xalqını 
tərbiyələndirmək  üçün  «Mənim  qəzəb  əsam»  kimi  allahsız  As-
suriya xalqından istifadə etməsindən fərqli bir şey deyil (Yeşaya 
10:5, 6). Allahın Öz iradəsini yerinə yetirməkdə cinlərdən istifadə 
etməsi  Onun  təbiəti  və  ya  planı  ilə  uyğunlaşır.  Hətta  məbədə 
biabırçı  əxlaqsız  üzvü  «Şeytana  təslim  edin  ki,  cismani  təbiəti 
yox  olsun,  ruhu  isə  Rəbbin  günündə  xilas  olsun»  (1  Kor.  5:5) 
məsləhəti verilib. 
Bunu  qeyd  etmək  maraqlıdır  ki,  murdar  ruh  nə  vaxt  Şaulun 
üzərinə gələndə Davud öz lirasında çalardı və murdar ruh çıxıb 
gedərdi (1 Şamuel 16:23). Ruhani aləmdə musiqinin Kəlama uy-
ğun  qabarıqlığından  agah  olmamağımız  necə  də  acınacaqlı  bir 
haldır! Elişa Allahdan soruşmazdan qabaq dedi: «'İndi mənim ya-
nıma cəng çalan bir adam gətirin'. Gətirilən adam cəng çalarkən 
Rəbbin əli Elişanın üzərinə gəldi» (2 Pad. 3:15). Davudun pad-
şahlığı dövründə 4000-dən artıq musiqiçi məbəddə gecə və gün-
düz oxumaq üçün təyin edilmişdi (1Salnamə. 9:33; 23:5). Rəbbə 
ürəklərində mahnı oxumaq və melodiya bəstələmək və bir-birlərinə 
məzmurlar,  ilahilər  və  ruhani  nəğmələr  oxumaq  Ruhla  dolmuş 
məsihçilərin əlamətidir (Efes. 5:18-20).
Digər  tərəfdən  musiqi  aləmində  dünyəvi  musiqinin  dağıdı-
cı  qüvvəsi  var.  İmana  gətirdiyim  satanist  şəxs  şeytanla  əlaqəli 


130
Buxovları qıran
qrupları göstərən məşhur rekord albomlarının üzərində olan çox-
lu  sayda  simvolları  mənə  göstərdi.  O,  güman  edir  ki,  bu  gün-
kü  ağır  rok  və  punk  (mədəniyyətə  zidd  gedən  üsyankar  mu-
siqi  növü,  tərcüməçinin  qeydi)  musiqi  qruplarının  85  faizinə 
satanistlər  «sahibdirlər».  Onlar  dərk  etmədən  məşhurluq  və 
sərvətin müqabilində özlərini satanizmə satıblar. Bu musiqiçilərin 
az bir qismi satanizmlə məşğuldur, çox hissəsi isə ümidsiz halda 
azmış insanlardır və musiqilərindəki allahsız düşüncələr vasitəsilə 
başqalarını yoldan çıxarırlar. 
Şamuel  peyğəmbər  öləndən  sonra  Şaulun  ruhani  bilik  üçün 
yanlış  yanğısı  onu  cindardan  məsləhət  almağa  gətirib  çıxardı. 
Əvvəllər xalqı cindarlardan və ruhçağıranlardan təmizləyən Şaul 
(1 Şamuel 28:3) özünü bir təhər bu qırğından qurtarmış En-Dorda 
yaşayan bir cindarla görüşmək qərarına gəlir. Qiyafəsini dəyişərək 
cindarın  yanına  gəlmiş  Şaul  onu  Şamueli  çağırmağa  razı  saldı 
(8-19-cu ayələr). Amma Allah (saxta ruhun gəlməsini gözləyən) 
cindarı qorxuya salan Şamuelin özünün orada görünməsinə icazə 
verəndə plan gözlənilməz bir şeylə nəticələndi. Şamuelin Şaula 
dediyi  sözlər  bəd  xəbər  idi,  bu  xəbərdə  yaxınlarda  fələstinlilər 
tərəfindən  İsrailin  zəbt  olunması,  özünün  və  oğullarının  ölümü 
əvvəlcədən bildirildi (19-cu ayə).
Allah ölülərlə danışmağı qəti qadağan edir. «Sizə bəzi adamlar 
deyəndə ki, «pıçıldayıb — mırtıldayan cindarlarla, ruhçağıranlarla 
danışın», onlara belə cavab verin: «Xalq öz Allahından məsləhət al-
mamalıdırmı? Heç dirilər barəsində ölülərlə danışarlarmı? Allahın 
təliminə,  şəhadətinə  sarı  dönün!  Əgər  onlar  Allahın  kəlamı  ilə 
danışmasa, onlar üçün nur şəfəqi saçmayacaq» (Yeşaya 8:19, 20). 
Varlı  adamla  Lazarın  hekayəsi  indiki  dövrdə  ölülər  ilə  danış-
mağın  qeyri-mümkünlüyünü  öyrədir  (Luka  16:19-31).  Əgər  falçı 
ölülər  ilə  əlaqə  saxladığını  iddia  edirsə,  ona  inanmayın.  Psixo-
loq hipnoz vasitəsilə müştərini öz həyatından əvvəlki həyatından 
birinə qaytardığını iddia edərsə, ona inanmayın. «New Age» falçısı 
indiki vaxtda keçmişdəki adamla danışdığını iddia edirsə, inanın 
ki, bu, şeytani ruhdan və ya fırıldaqçının aldadıcı əməlindən başqa 
bir şey deyil. 


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə