Öz
istəyini etməyə sövq olunmaq
135
ehtiyaclarınız qayğıkeş, eləcə də bu günahlı dünyanın
dəyərlərinə
məruz qalmaqdan müdafiə edən valideynlər tərəfindən ödənilibsə,
böyük əxlaqsızlıq etməyə elə də çox sövq olunmayacaqsınız.
Yaxşı şeyin həddən artıq çox olması
Bizlərdən əksəriyyətimiz silahlı soyğunçuluq, qatillik və ya zor-
lama kimi aşkar günahları etməyə sövq olunmayacağıq. Şeytan
bunun üçün həddən artıq ağıllı və mahirdir. O bilir ki, biz belə
sövqolunmalarda biabırçı səhvi tanıyacağıq və onları etməkdən
imtina edəcəyik. Əksinə, onun taktikası, hansısa yaxşı bir şey
günaha çevrilənə qədər bizi Allahın iradəsinin sərhədindən kənara
itələməyə şirnikləndirməkdir. O, bizimlə zərb-məsələ çevrilmiş qa-
zandakı qurbağa kimi rəftar edir: hansısa yaxşı bir şeyin günaha
çevrilməzdən qabaq Allahın iradəsinin sərhədinə yaxınlaşmağımı-
zı hiss etmədiyimizə və qazandan tullanmadığımıza ümid edərək
yavaş-yavaş sövqolunma istiliyini artırır.
Paul yazırdı: «'Mənim üçün hər şeyə icazə var' deyirsiniz, lakin
hər şey xeyir vermir. Mən də 'hər şeyə icazə var' deyə bilərəm,
amma özümü heç bir şeyə tabe etməyəcəyəm» (1 Kor. 6:12). O,
məsihçi həyatının hər istiqamətində yaşıl işıqdan başqa heç nə
görmürdü. Hər bir şey bizim üçün yaxşıdır və onlara icazəmiz
var, çünki biz günahdan azadıq və artıq qanunun mühakiməsi
altında deyilik. Lakin Paul eləcə də bilirdi ki, əgər biz bu yaxşı və
icazəmiz olan istiqamətlərdən hansısa birində məsuliyyətsiz halda
sürətlə irəli getsək, əvvəl-axır Allahın iradəsinin qırmızı işığını
keçəcəyik, bu da ki günahdır.
Aşağıdakı fikirlər Allahın yaratdığı yaxşı şeylərdən sui-istifadə
haqqındadır. Bunlar Onun iradəsinə uyğunlaşmayanları etməyə
sövq olunduğumuz müxtəlif sahələrdəki günahlı nəticələri göstərir:
• Fiziki istirahət tənbəlliyə çevrilə bilər.
• Sakitlik ünsiyyətsizliyə çevrilə bilər.
• Gəlir qazanmaq bacarığı xəsisliyə və tamahkarlığa
çevrilə bilər.
Öz istəyini etməyə sövq olunmaq
137
azadlıqda yaşamaqdan saxlayan şəxsi və ruhani münaqişələri həll
ediblər. Onlar Məsihdə olan azadlıqlarında yaşayırlar və necə azad
qalmağı bilirlər.
Üçüncü səviyyə «atalar» (13, 14-cü ayələr) ilə təsvir edilir.
Onlar Allahı şəxsən dərindən tanımaqda və göylərdəki Ataları
ilə dərin şəxsi ünsiyyətdə böyüyüblər. Böyüməyə qərar vermək
həyatımızda günahın gücünə qarşı vuruşmaq üçün Yəhya bizi ruh-
landırandan sonra şeytanın bizi sövq etdiyi yolları təsvir etməyə
davam edir.
S
övqolunmanın
mənbələri
Müqəddəs Kitaba əsasən, Allahdan kənar müstəqil hərəkət
etməyiniz üçün şeytanın sizi tovlayacağı yalnız üç mənbə var.
Onlar imanlıların bu dünyaya olan münasibəti haqqında Yəhyanın
təlimatlarında yekunlaşıb:
Dünyanı və dünyada olan şeyləri sevməyin.
Kim dünya-
nı sevirsə, onda Atadan olan məhəbbət yoxdur. Çünki
dünyada olan hər şey – cismani ehtiraslar, acgözlük və
dünya malına görə təkəbbür Atadan yox, dünyadan gəlir.
Dünya və ondakı ehtiraslar keçib-gedir, amma Allahın
iradəsinə əməl edən əbədi qalır (1 Yəhya 2:15-17).
Sövqolunmanın üç mənbəyi
cismani ehtiraslar, acgözlük və
dünya malına görə təkəbbürdən irəli gəlir
. Cismani ehtiras-
lar öz gücünü bədən istəklərindən və onları bu dünyada yerinə
yetirməkdən alır. Acgözlük özünəmarağımızın xoşuna gəlir və
Allah Kəlamını sınayır. Dünya malına görə təkəbbür özünü gözə
soxmaqla və özünü yüksəltməklə əlaqəlidir. Şeytan bu sövqolun-
ma mənbələrinin hər biri vasitəsilə
həm ilk Adəm, həm də sonun-
cu Adəmlə qarşı-qarşıya durub. İlk Adəm uğursuzluğa düçar oldu
və biz hələ də onun uğursuzluğunun nəticələrindən əzab çəkirik.
Amma sonuncu Adəm – İsa Məsih – şeytanın üç sınağı ilə üzbəüz