Yalanlar atası tərəfindən ittiham edilmiş
159
Mən bu sözləri Canellaya söyləyən kimi o, qəfildən donub qaldı.
O, daş kimi sakit qalmışdı, gözlərini bir nöqtəyə zilləyərək, şüşə
kimi donuq baxışlarla baxırdı.
«Onun belə hərəkət etdiyini heç görmüsünüzmü?» — deyə,
mən onun pastorundan və nişanlısından soruşdum.
«Xeyr» — deyə, onlar gözləri bərələ qalaraq cavab verdilər.
Onlar həddindən artıq qorxmuşdular.
«Düzü, burada narahatçılığa əsas yoxdur. Mən əvvəllər belə şey
görmüşəm» — dedim. «Biz onun üzərində səlahiyyəti üzərimizə
götürəcəyik, amma sizin hər ikinizin Allah ilə düzgün mövqedə
dayanmağınızı təsdiqləmək çox vacibdir.»
Mən pastora duanın sözlərini söylədim ki, o, təkrar etsin. Kör-
tün də bu duanı etməsi üçün ona tərəf çevriləndə o, əsməyə baş-
ladı.
«Kört, səninlə Allah arasında düzgün olmayan nəsə varmı?» —
deyə, mən soruşdum. «Mən həmin məsələni indi həll etməyi sənə
məsləhət görürəm.»
O, dərhal Canella ilə birlikdə yatdığını söyləyərək həyatında
olan günahı etiraf etməyə başladı. Mənim məsləhətimə cavab ola-
raq Kört bu işlə bir daha məşğul olmamağa qərar verdi. Bütün bu
vaxt ərzində Canella hərəkətsiz oturmuşdu.
Biz Körtün Allahla düzgün ünsiyyəti üçün birlikdə dua edib qur-
tardıqdan sonra mən ona üzərində dua yazılmış bir vərəq uzatdım.
Kört duanı vərəqdən oxumağa başlayan kimi Canella hədələyici
səslə bağırdı, sonra cumaraq Körtün əlindən vərəqi alıb hiddətlə
yerə çırpdı. Şeytan bizi qorxutmaq üçün onun qəfilliyindən
istifadə etməyə çalışdı və bir anlıq bizi diksindirdi. Bu, sadəcə,
diksindirmək üçün taktika idi. Əgər biz şeytandan çox qorxsaydıq,
onda şeytanı Allahdan yuxarı mövqeyə qaldırardıq. Biz şər olanın
Rəbb İsa Məsihin adı ilə bağlanması üçün Allahın səlahiyyətini
tətbiq etdik və duada razılığa gəldik.
Mən şeytanın cəhdinin Allahın səlahiyyəti ilə qarşılaşdığı vaxt
nə baş verdiyini skeptiklərə göstərmək üçün Canella ilə olan gö-
rüşümü, kaş ki, kasetə yazardım. Sanki Canella kəməndlə tutu-
lub stula bağlanmışdı. O, yerində qıvrılaraq Allahın səlahiyyətinin
160
Buxovları qıran
kəndirləri ilə stula bağlanmışdı. Onun gözləri Körtə qarşı nifrət
alovu saçırdı, bu, onu idarə edən şeytani qüvvənin daha bir əlaməti
idi. Canella Körtə nifrət etmirdi; o, onu sevirdi. Onlar evlənməyə
hazırlaşırdılar. Lakin şeytan Körtdə və Canellada olan istehkam-
larının dağılmasına görə hirslənmişdi və onun nifrəti Canellanın
üzünün ifadəsində əks olunurdu.
Canella öz stulunda qıvrılmaqda ikən Kört duanı oxuyub qur-
tardı. Sonra mən dua etdim: «Rəbbim, biz Məsihdən kənarda heç
bir şey edə bilmədiyimizə görə Səndən asılı olduğumuzu bəyan
edirik». İndi Canellanın göylərdəki Atasına itaət etməkdə azad
olması üçün Rəbb İsa Məsihin adı və səlahiyyəti ilə biz şeytana
və bütün qüvvələrinə əmr edirik ki, onu tərk etsinlər və bağlı qal-
sınlar». Qəfildən Canella çiyinlərini boşaltdı və donuq vəziyyətdən
özünə gəldi.
«Sən bizim burada etdiklərimizdən nəyisə xatırlayırsanmı?» —
deyə, mən ondan soruşdum.
«Xeyr, nə baş verib ki?» — deyə, o, çaşqın bir tərzdə cavab
verdi.
«Narahat olmağa dəyməz» — dedim. «Şeytan hansısa bir yolla
sənin həyatında dayaq nöqtəsi əldə edib və biz sənin Məsihdə
azadlıq addımlarından keçməyini istərdik.» Təxminən bir saatdan
sonra Canella azad idi.
Canellanı idarə etmək üçün şeytanın hansı hüququ var idi? Yal-
nız şeytanın yalanlarına təslim olmaqla və günahda yaşamaqla
Canellanın ona verdiyi hüquq. Şeytan onu inandırmışdı ki, onun
dəyəri azdır və etdiyi hər bir şey az əhəmiyyət kəsb edir. O,
əxlaqsızlıq və okkult ilə məşğul olduğuna görə şeytanın onun
üzərində hökm sürməsinə imkan vermişdi. Amma Canella güna-
ha və şeytana qoşulduğunu imtina etdikdən sonra şeytanın onun
üzərindəki səlahiyyəti ləğv edildi və o, çıxıb getməli oldu.
Əksəriyyətimiz üçün şeytanın aldadıcı ittihamları Canellanın
əhvalatında təsvir edilən əsarətlə nəticələnməyəcək. Lakin o,
ittihamları vasitəsilə Allah üçün dəyərinizə və ya Onun övladı
kimi yararlılığınıza şübhələnməyə sizi vadar etsə, onda o, Allah
üçün həyatınızı faydasız edə bilər. Öz hisslərinizi sınayın. Hər bir
Yalanlar atası tərəfindən ittiham edilmiş
161
düşüncəni əsir edin. Şeytanın sizin barənizdə dediyi heç bir şeyə
inanmayın; bu yalandır. Allahın sizin barənizdə dediyi hər bir şeyə
inanın; bu, sizi azad edəcək həqiqətdir.
Bağışlanmaz günah
Kəlamda olan bütün əminlik verən ayələrə baxmayaraq, əksinə,
bir çox imanlılar bağışlanmaz günah etdiklərini düşünərək qor-
xurlar. Bu, həll edilməli olan vacib məsələdir, çünki Allahın
zirehlərindən biri xilas dəbilqəsidir (Efes. 6:17). Bu qorxudan əzab
çəkənlər, adətən, sükunətdə əzab çəkirlər. Onlar Müqəddəs Ruha
küfr etməklə bağışlanmaz günah etdiklərini düşünürlər. Adətən,
bu qorxu məlumatsızlıqdan irəli gəlir, yaxud bu, düşmənin hücu-
mudur. Mark 3:22-30-a diqqət yetirin:
Yerusəlimdən gələn ilahiyyatçılar isə deyirdi: «O,
Baal-Zevula tutulub cinlərin başçısının gücü ilə cinləri
qovur». İsa ilahiyyatçıları yanına çağırıb onlarla bu
barədə məsəllərlə danışdı: «Şeytan şeytanı necə qova
bilər? Əgər bir padşahlıq öz daxilindən bölünübsə, da-
vam gətirməz. Əgər bir ev öz daxilindən bölünübsə, da-
vam gətirməz. Şeytan da özünə qarşı qalxıb öz-özünə
bölünübsə, davam gətirməz, yalnız axırı çatar. Heç kim
güclü adamın evinə girib əvvəlcə onun əl-qolunu bağla-
madan malını qarət edə bilməz. Gərək o, əvvəlcə ada-
mın əl-qolunu bağlasın, sonra evini qarət etsin. Sizə
doğrusunu deyirəm: bütün günahlar və nə qədər küfr
söylənərsə, bəşər övladlarına bağışlanacaq. Lakin kim
Müqəddəs Ruha küfr edərsə, heç vaxt bağışlanmayacaq
və günahı boynunda əbədi qalacaq». İsa bunu «Onda
natəmiz ruh var» dediklərinə görə söylədi.
Bütün insanları Məsihə cəlb etmək Müqəddəs Ruhun
özünəməxsus işidir. Əgər siz həmin şahidi rədd etsəniz, onda siz
heç vaxt Məsihə və xilasa gələ bilməzsiniz. Məsihə gələn hər bir
Dostları ilə paylaş: |