Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə44/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   40   41   42   43   44   45   46   47   ...   82

Öz istəyini etməyə sövq olunmaq 
147
xəbəri  yox  idi.  Mən  işimə  görə  səyahət  etməli  idim. 
Burada mən zinakarlığa yavaş-yavaş yaxınlaşdım. Mən 
həmişə fikirləşirdim ki, pornoqrafiya ilə səthi məşğul ola 
bilərəm və zina etmərəm, amma nəhayət, bu, baş verdi, 
sonra yenə və yenə baş verdi. Mən özümü təqsirkar hiss 
edirdim  və  vicdan  əzabı  çəkirdim,  amma  heç  vaxt  əsl 
tövbə etmirdim. 
Nəhayət, mənim fikrimcə Allah tərəfindən təşkil olun-
muş hadisələr arvadımın bundan agah olmasına gətirib 
çıxardı və mən gizli cinsi əlaqəyə aludə olduğumu etiraf 
etdim. «A Way of Escape» – «Çıxış yolu», «Qaranlıq 
üzərində  qələbə»  və  «Buxovları  qıran»  kitablarınızın 
köməyi ilə mən Məsihdə olan azadlığımı aşkar edə bil-
dim. Artıq əsarət yoxdur! Daha günaha qul deyiləm!
C
ıxış yolu 
Birinci Korinflilər 10:13-də deyilir: «Siz insanın qarşılaşdığı sı-
naqdan  başqa  bir  sınaqla  qarşılaşmadınız.  Allah  sadiqdir  və  O, 
sizi  gücünüzdən  artıq  sınağa  çəkilməyə  qoymaz.  Sınaqla  yana-
şı  bu  vəziyyətdən  çıxış  yolu  ilə  də  təmin  edəcək  ki,  tab  gətirə 
biləsiniz.»  Çıxış  yolu  haradadır?  Sövqolunmanın  təqdim  edildiyi 
yer  ilə  eyni  yerdə:  sizin  ağlınızda.  Hər  bir  sövqolunma  əvvəlcə 
sizin öz təbiətiniz və ya sövq edənin özü tərəfindən ağlınıza tanış 
edilən  fikir  olur.  Əgər  siz  həmin  fikri  götür-qoy  etsəniz  və  onu 
seçim hesab etsəniz, siz əvvəl-axır onu hərəkətə gətirəcəksiniz və 
bu, günahdır. Əksinə, Paul bizə öyrədir ki, hər bir düşüncəni əsir 
edərək  Məsihə  itaət  etdirək  (2  Kor.  10:5).  Sövqolunmadan  can 
qurtarmağın birinci addımı ağlınızın astanasında hər bir düşüncəni 
tutub saxlamaqdır.
Nüfuz  edən  düşüncəni  dayandırdıqdan  sonra  növbəti  addım 
Paulun  düşünməli  olduğumuz  fikirlər  haqqında  səkkiz  növlü 
ölçüsünə  əsasən  qiymətləndirməkdir:  «Nəhayət,  qardaşlar,  doğ-
ru, ləyaqətli, saleh, pak, cazibəli, etibarlı nə varsa, əgər əla və 


148
Buxovları qıran
tərifə  layiq  nə  varsa,  bunları  düşünün»  (Filip  4:8).    Özünüzdən 
soruşun: «Bu fikir Allahın həqiqətinə uyğundurmu? Bu, mənim 
nəyisə  ləyaqətli  etdiyimi  bildirirmi?  Salehdirmi?  Pakdırmı? 
Əgər  bu  fikir  hərəkətə  çevrilsə,  nəticəsi  cazibəli  olacaqmı  və 
həyatımda  əla,  tərifəlayiq  bir  şey  olacaqmı?  Başqa  imanlılar 
mənim hərəkətlərimi bəyənəcəklərmi? Bunun üçün Allaha şükür 
edə bilərəmmi?» Əgər bunlardan hansısa birinə cavab «yox» olar-
sa, həqiqəti seçməklə dərhal həmin fikri rədd edin. Əgər yenə geri 
qayıdırsa, «yox» deməkdə davam edin. Siz ağlınızın astanasında 
sövqedici düşüncələri dayandıraraq, Allahın Kəlamına əsasən on-
ları  qiymətləndirməklə  və  sınaqdan  keçməyənləri  rədd  etməklə 
onlara cavab verməyi öyrənəndə Allah Kəlamının vəd etdiyi çıxış 
yolunu tapırsınız.
Buna zidd olaraq, əgər fikir ağlınıza girib Filip. 4:8-də doğru, 
ləyaqət, saleh və s. imtahanından keçirsə, «bunları düşünün» (8-ci 
ayə) və «bunları həyata keçirin» (9-cu ayə). «Onda sülh qayna-
ğı  olan  Allah  sizinlə  olacaq»  (9-cu  ayə).  Bu  vəziyyət  sövqedici 
düşüncələrə  təslim  olduqdan  və  günahlı  hərəkətə  qoşulduqdan 
sonra  onların  arxasınca  gələn  ağrı  və  qarmaqarışıqlıqdan  fərqli 
olaraq, hədsiz gözəl bir vəziyyətdir. 
Tabe olun, etiraf edin, qarşı durun və dəyişin 
Günah et – etiraf et – günah et – etiraf et – günah et – etiraf 
et çevrəsinə ilişmiş insanlar əvvəl-axır günah üzərində istənilən 
həqiqi qələbəni yaşaya bilmə ümidini itirməyə başlayırlar. İradələri 
təklikdə onların yenicə etiraf etdikləri günahı təkrarlamaqdan sax-
laya bilməz və şeytan ittihamları yağdırır. Özünənəzarətin möv-
cud olmadığını düşünürlər və məsihçi həyatı sonsuz yoxuşları və 
enişləri olan həyatdır. 
Allah  məğlubiyyətin  bu  günah  çevrəsinə  qalib  gəlməyimizə 
imkan  verəcək.  «Övladlarım,  bunları  sizə  yazıram  ki,  günah 
etməyəsiniz.  Əgər  kimsə  günah  etsə  belə,  Atanın  hüzurunda 
Vəsatətçimiz var; O, saleh olan İsa Məsihdir» (1 Yəhya 2:1). Bi-
zim, eləcə də, etdiyimiz hər bir səhv şeyi ittiham edən düşmənimiz 


Öz istəyini etməyə sövq olunmaq 
149
var. Biz sövqolunma və günah üzərində azadlıq əldə etmək üçün 
saleh  Vəsatətçimizə  tərəf  çevrilməliyik  və  mənfur  düşmənimizə 
qarşı  durmalıyıq.  «Buna  görə  də  Allaha  tabe  olun.  İblisə  qarşı 
durun və o, sizdən qaçacaq» (Yaqub 4:7). 
Allaha tabe olmaq anlayışına etiraf etməkdən daha çox şeylər 
daxildir. Bu, ağlın və həyat tərzinin dəyişilməsi olan həqiqi tövbəni 
tələb edir. Aşağıdakı şəhadətlik bir kişinin günahın gücünə necə 
qalib gəlməsini göstərir: 
Mən neçə illər pornoqrafiyaya qurşanmışdım və onun-
la məşğul olurdum. Həyat yoldaşım xəbər tutanda mən 
bunun ən son həddində idim. Bu məsələdən az müddət 
sonra həyat yoldaşımla mən bir restorana getdik, həmin 
restoranda  məsihçi  kitabları  olan  rəf  var  idi.  Kitabla-
rın içərisində sizin «Helping Others Find Freedom in 
Christ» – «Başqalarına Məsihdə azadlıq tapmaları-
na kömək etmək» (Regal Books) adlı kitabınız var idi. 
Bunun mənim üçün olduğunu bildim. Ondan sonra mən 
bərpa olunmağa başladım. 
Mən  elə  yerə  gəlib  çıxmışdım  ki,  xilasıma  şübhə 
edirdim. Görəsən, Allah məni həqiqətən sevir? Mənim 
üçün  ümid  varmı?  Həmin  kitab  –  «Buxovları  qıran» 
və «A Way of Escape» – «Cıxış yolu» kitabları mənə 
qəlbimin  düşməni  tərəfindən  yalanlar  söylənildiyini  və 
onlara  aldandığımı  anlamağa  kömək  etdi  –  və  mən 
Məsihdə  azadlıq  addımlarını  atdım.  Mən  bu  gün  aza-
dam. Mən «satınalınmaya və günahlarımın bağışlanma-
sına»  malik  olduğuma,  eləcə  də  «günaha  münasibətdə 
ölü,  Allaha  münsaibətdə  isə  diri»  olduğuma  inanıram. 
Mən azad yaşamaq üçün ciddi olaraq öz məsuliyyətimi 
üzərimə götürürəm. Mən hər həftə məbəddəki kişilərin 
hesabat qrupu ilə görüşürəm. İndi mən Rəblə müntəzəm 
olaraq gündəlik vaxt keçirirəm. Mənim özüm üçün edə 
bilmədiyimi Allah mənim üçün edir. 


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə