Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə47/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   43   44   45   46   47   48   49   50   ...   82

156
Buxovları qıran
onda siz onların mənbəyini tanıyacaqsınız. Siz özünüzü təqsirkar, 
dəyərsiz, axmaq və ya bacarıqsız hiss edirsinizmi? Həmin hisslər 
həqiqəti əks etdirmədiyi üçün ittiham tərəfindən yaranmış kədərdir. 
Ədalət baxımından siz artıq təqsirkar deyilsiniz; siz Məsihdə iman 
vasitəsilə saleh sayılmısınız və İsa Məsihdə olanlar üçün heç bir 
məhkumluq yoxdur. Siz dəyərsiz deyilsiniz; İsa Özünü sizin üçün 
verib. Siz axmaq və ya bacarıqsız deyilsiniz; siz Məsihin ağlına 
maliksiniz və sizi möhkəmləndirən Məsih vasitəsilə hər şeyə qa-
dirsiniz.  Siz  kədər  hisslərinizin  altında  gizlənən  yalanları  aşkar 
edəndə — xüsusilə hissləriniz sizi daim aşağı çəksə — siz düzgün 
olmayan tərzdə ittiham olunursunuz. Siz dəyişsəniz də, özünüzü 
hələ də pis hiss edəcəksiniz, çünki həmin vaxt şeytan sizi narahat 
etməyə başqa bir şey tapacaq. İttihamın kədərini yox etmək üçün 
siz özünüzü Allaha tabe etdirməlisiniz, şeytana və yalanlarına qar-
şı durmalısınız. 
Amma davranışınızın sizin Məsihdə olan həqiqi kimliyinizi əks 
etdirmədiyinə  görə  kədərlisinizsə,  bu,  Allahın  iradəsinə  uyğun 
şəkildə  tövbəni  hasil  edən  kədərdir.  Bu,  1  Yəhya  1:9-a  əsasən 
sizi «Əziz Rəbbim, mən səhv etmişəm» etirafını etməyə səsləyən 
Müqəddəs  Ruhdur.  Siz  etiraf  və  tövbə  edən  kimi  Allah  «Bunu 
Mənimlə  bölüşdüyünə  görə  sevinirəm.  Sən  təmizləndin;  indi 
həyatında  azad  yaşamağa  davam  elə»  deyir.  Müqəddəs  Ruhun 
sizdə  bu  işi  görməsi  nəticəsində  azad  olacaqsınız.  Kədər  keçib 
getdi və sizin uğursuzluq sahənizdə Allaha itaət etməyiniz üçün 
qərar verə bilərsiniz. 
İttiham ilə Müqəddəs Ruhun vicdanı narahat etməsi arasında 
ziddiyyətin  əyani  nümunəsi  Yəhuda  İskaryot  və  Şimon  Peterin 
həyatlarında var. Yəhuda İsanı 30 gümüş pula satmaqla şeytanın 
onu  aldatmasına  icazə  verdi  (Luka  22:3-5).  Yəhuda  nə  etdiyini 
dərk  edəndə  dünyanın  kədərinə  tabe  oldu  və  özünü  asdı.  Onun 
intihar etməsi şeytanın ittihamının nəticəsi idi, yoxsa Allahın vic-
danı  narahat  etməsinin  nəticəsi  idi?  Bu,  ittiham  idi,  çünki  bu, 
Yəhudanı özünü öldürməsinə gətirib çıxardı. İttiham ölümə apa-
rıb çıxarır; Müqəddəs Ruhun vicdanı narahat etməsi tövbəyə və 
həyata aparıb çıxarır. 


Yalanlar atası tərəfindən ittiham edilmiş 
157
Eləcə də Peter İsanı inkar etməklə rədd etdi. Belə görünür ki, 
bu, şagirdlərin öz aralarında kimin ən böyük olacağını mübahisə 
etdikləri  zaman  qürurla  başlamışdı  (Luka  22:24-30).  İsa  Peterə 
dedi: «Şimon, Şimon! Şeytan sizi buğda kimi xəlbirdən keçirməyə 
icazə istədi» (31-ci ayə). Bu, doğrudur – İsa şeytana icazə ver-
di  ki,  o,  Peteri  xəlbirdən  keçirsin,  çünki  Peter  qürur  vasitəsilə 
düşmənə  yer  vermişdi.  Amma  İsa  Peterə  baxıb  bunu  da  dedi: 
«Amma Mən imanın itməsin deyə, sənin üçün dua etdim. Sən də 
bir zaman geri dönüb öz qardaşlarını qüvvətləndir» (32-ci ayə). 
Peter  İsa  ilə  öləcəyinə  and  içdi,  amma  üç  dəfə  Onu  inkar 
edəcəyini İsa ona söylədi (33, 34-cü ayələr), o, bunu etdi. Peterin 
keçirdiyi peşmançılıq eynilə Yəhudanın keçirdiyi peşmançılıq kimi 
ağrılı bir hiss idi. Amma Peterin kədəri tövbəyə aparan Müqəddəs 
Ruhun vicdanı narahat etməsindən yaranmışdı (Yəhya 21:15-17). 
Əgər  sizin  peşmançılıq  hissləriniz  sizi  yerə  yıxırsa  və  Allahdan 
uzaqlaşdırırsa,  onda  siz  şeytan  tərəfindən  ittiham  olunursunuz. 
Ona  qarşı  durun.  Lakin  kədəriniz  sizi  Allahla  qarşılaşmağa  və 
səhvinizi etiraf etməyə səsləyirsə, onda Müqəddəs Ruh sizin vic-
danınızı narahat edir. Qoy kədər sizi tövbəyə aparsın. 
Vəhy 12:10-a əsasən, şeytan qardaşları ittiham etməkdə davam 
edir. Lakin şad xəbər budur ki, Məsih Peter üçün etdiyi kimi, bi-
zim üçün vəsatətçilik etməkdə davam edir. İbranilərə məktubun 
müəllifi bəyan edir: «O Özü vasitəsilə Allaha yaxınlaşanları tam 
xilas etməyə qadirdir. Çünki O, onlar üçün vəsatətçilik etməkdən 
ötrü həmişə yaşayır» (7:25). Bizim inadkar düşmənimiz var, lakin 
Ona olan imanımıza əsasən bizi Ata qarşısında müdafiə edən daha 
inadkar, əbədi Vəsatətçimiz var (1 Yəhya 2:1). 
İ
ttiham bataqlığı 
Şeytanın  inadlı  ittihamlarına  qarşı  durmağımızı  öyrənmək  nə 
qədər  vacibdir?  Bu,  bizim  Məsihdəki  gündəlik  qələbəmiz  üçün 
həddən  çox  vacib  bir  şeydir.  Biz  hamımız  hərdənbir  özümüzü 
dəyərsiz  və  əhəmiyyətsiz  hiss  edirik.  Biz  özümüzü  dəyərsiz  və 


158
Buxovları qıran
əhəmiyyətsiz  adam  kimi  hiss  edəndə  dəyərsiz  və  əhəmiyyətsiz 
adam kimi hərəkət edirik və həqiqətə inanmağı seçənə və tövbə 
edənə  qədər  həyatlarımız  və  xidmətlərimiz  uğursuzluğa  düçar 
olur. Şeytan heç vaxt təslim olmur. O, bir yanlış ittihamı o biri-
sinin dalınca tullamaqla bizi ruhdan salıb uzun müddət bizi belə 
vəziyyətdə saxlamağa çalışır. Əgər biz ona qarşı dura bilməsək, 
biz şeytanın daha ciddi hücumlarına məruz qala bilərik. Canella-
nın hekayəsi son dərəcədə ciddi bir vəziyyətdir, amma bu, bacı-
qardaşların  ittihamçısına  qarşı  dayanmayan  məsihçinin  başına 
gələ bilən işləri təsvir edir.
Canella öz pastoru ilə yanıma gələn ciddi emosional problemləri 
olan  bir  məsihçi  qadın  idi.  Canellanın  nişanlısı  Kört  də  onlarla 
birlikdə  gəlmişdi.  Məni  Canella  və  Kört  ilə  tanış  etdikdən  son-
ra pastor çıxıb getmək istədi. «Bir dəqiqə gözlə» dedim. «Sənin 
bizimlə qalmağın daha yaxşı olar.»
«Mən ürəyi xəstə adamam» — deyə, pastor cavab verdi. Ola 
bilsin ki, onun ürəyi xəstə idi, amma mənə elə gəlir ki, o, bizim 
söhbətimizin bir az qəribə olacağından qorxurdu. 
«Mənim  fikrimcə,  bu  gün  sənin  ürəyinə  təsir  edəcək  heç  bir 
şey burada baş verməyəcək» — deyə, onu əmin etdim (Nə baş 
verəcəyindən heç özüm də agah deyildim!). «Bundan başqa, sən 
onun pastorusan və sənin dua dəstəyini qiymətləndirirəm.» Pastor 
könülsüz razı oldu. 
Canella  öz  başına  gələn  əhvalatı  danışdıqca  bacı-qardaşların 
ittihamçısının  onun  başına  həqiqətən  nə  qədər  oyunlar  açdığını 
gördüm. O, uşaq və gənc ikən bir-birinin ardınca baş verən cinsi 
zorakılığın qurbanı olmuşdu. Eləcə də, onun keçmişinə okkultla 
məşğul olan əvvəlki sevdiyi şəxs ilə anormal ünsiyyət daxil idi. 
Neçə  illər  ərzində  o,  şeytanın  yalanlarına  —  çətinliklərinə  özü-
nün  səbəb  olduğuna  və  Allah,  yaxud  başqa  kimin  üçünsə  heç 
bir dəyərinin olmadığına inanmışdı. Onun özünə hörmət hissi ən 
aşağı səviyyədə idi. 
Şeytanın tanış strategiyasını bilərək, mən: «Canella, biz sənə 
problemlərinin həllində kömək edə bilərik, çünki döyüş ağılda ge-
dir və qələbə çalmaq üçün Allah bizə səlahiyyət verib» — dedim. 


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə