Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə50/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   46   47   48   49   50   51   52   53   ...   82

166
Buxovları qıran
həqiqətlə təqdis et. Sənin sözün həqiqətdir» (Yəhya 17:17). «Biz 
belimizə həqiqəti kəmər kimi bağlamaqla» (Efes. 6:14) özümüzü 
müdafiənin birinci vasitələri ilə təmin edirik. 
Sizi Allahın həqiqətindən yayındırmağa cəhd göstərən və öz ya-
lanlarına inandırmaqla aldadan şeytanın üç ilkin vasitəsi var: özü-
nü aldatma, yalançı peyğəmbərlər, müəllimlər və aldadıcı ruhlar. 
Əgər biz hər bir düşüncəni əsir edərək Məsihə itaət etdirməsək, 
onda biz şeytanın yalanlarına məruz qalacağıq (2 Kor. 10:5). 
Ö
zünü aldatmadan ehtiyatlı olun 
Bizim özümüzü aldada bildiyimiz bir neçə yollar var: 
Biz  Kəlamı  eşidib  ona  əməl  etməyəndə  özümüzü  aldadırıq 
(Yaqub  1:22;  1  Peter  1:13).  Mən  dəfələrlə  özlərinin  etdikləri 
günahlara  qarşı  vəz  edən  və  öyrədən  pastorlar,  müjdəçilər  və 
Müqəddəs Kitab müəllimləri ilə qarşılaşmışam. Allahın Kəlamını 
öyrətməyə  və  ya  vəz  etməyə  çağırılmış  bizlər  əvvəlcə  həmin 
Kəlamı  birinci  özümüzə  tətbiq  etməliyik.  Biz  Allah  qarşısında 
dizlərimizi  qatlamalıyıq  və:  «Rəbbim,  öyrətmək  istədiyim  şeyi 
mən  həyatımda  edirəmmi?»  —  deyə,  soruşmalıyıq.  Əgər  belə 
deyilsə,  bizi  dinləyənlərə  səmimi  olaraq  belə  deməliyik:  «Mən 
arzu edərdim ki, bu hissə üçün daha yaxşı nümunə olum, amma 
belə  olmadığıma  baxmayaraq,  Allah  Kəlamının  bu  hissəsini  də 
vəz etməliyəm. Hər birimizin həqiqətə uyğun yaşaya bilməyimiz 
üçün  sizin  üçün  dua  etdiyim  kimi  siz  də  mənim  üçün  dua  edə 
bilərsinizmi?» Allah Kəlamını həyatımızda icra etmədiyimiz halda, 
onu icra etdiyimizi bəyan ediriksə, onda özümüzü aldadırıq. 
Əgər Kəlamı qəbul edən bizlər onu tətbiq etməsək, özünü al-
datmanın  təhlükəsinə  məruz  qalarıq.  Biz  vəzə  və  ya  dərsə  qu-
laq  asırıq  və:  «Əla!  Necə  böyük  həqiqətdir!»  —  deyirik  və  onu 
ətraflı düşünmədən və həyatlarımıza tətbiq etmədən başqa adamla 
bölüşürük. Yaqub deyir ki, Kəlamı eşidib onu tətbiq etməyənlər 
özlərini aldadırlar (1:22). 


Aldanma təhlükəsi  
167
Həyatlarımız  Kəlamla  mükəmməl  şəkildə  uyğunlaşmayanda 
niyə onu etiraf etməyə qorxuruq? Biz bağışlandığımızı və Allahın 
bizi necə varıqsa, elə qəbul etdiyini bilmirikmi? Onun şərtsiz sev-
gisi və qəbul etməsi necə varıqsa, elə olmağımız üçün bizi azad 
edir.  Allahın  məhəbbətini  və  qəbul  etməsini  əməllə  qazanmağa 
sürüklənənlər  tələbkar  olmağa  meyl  göstərəcək  və  uğursuzluğu 
etiraf edə bilməyəcəklər. Amma biz həyatımızda kamilliyi göstərə 
bilmərik; biz yalnız artımı göstərə bilərik. Ətrafımızdakı insanlar 
bilməlidirlər ki, biz Məsihə bənzəmək prosesində olan adi insanla-
rıq. Onlar həm bizim uğuru necə qarşıladığımızı, həm də uğursuz-
luğu necə qarşıladığımızı görməlidirlər. Biz məsihçi cəmiyyətində 
səmimiyyətin  belə  bir  nümunəsini  yaradarkən  aldadanın  dayaq 
nöqtəsini əldə etmə ehtimalını olduqca azaldırıq. 
Biz  günahımızın  olmadığını  deyəndə  özümüzü  aldadırıq 
(1 Yəhya 1:8). Kəlam bizim günah olduğumuzu söyləmir; o, bizim 
günah edə bildiyimizin və fani bədənlərimizdə günahın yaşamasının 
mümkün olduğunu deyir (Roma. 6:12). Biz günahsız müqəddəslər 
deyilik; biz günah edən müqəddəslərik. Uğursuzluğumuzu səmimi 
şəkildə etiraf etmək və gündəlik çarmıxımızı götürmək vacibdir. Biz 
Məsihdə olan kimliyimiz ilə davranışımız arasında fərqdən xəbərdar 
olanda onu etiraf etməliyik və onu yoluna qoymalıyıq. Belə günahlı 
fərqləri inkar etməklə və onların yığılmasına icazə verməklə özünü 
aldadan insan yıxılmağa doğru gedir.
Zəlzələyə  meyilli  olan  Kaliforniyanın  cənubunda  yaşayan  in-
sanlar qaçılmaz «böyük zəlzələ» haqqında tez-tez eşidirlər. Kiçik 
zəlzələlər həmin ərazinin sakinlərini narahat edə bilər, amma on-
lar çox az ziyan vururlar. Bu kiçik təkanlar yeraltı qatların yerini 
dəyişdiyini və təzyiqi azaltdığını bildirdiyi üçün cənubi kaliforniya-
lılar onları xoşlayırlar, çünki tez-tez baş verən xırda dəyişikliklər 
daha yaxşıdır. Əgər onlar baş verməkdə davam edərsə, ola bilsin 
ki, «böyük zəlzələ» heç vaxt baş verməz. 
Bu  şey  bizim  üçün  də  eynidir.  Əgər  biz  «mənim  heç  bir  gü-
nahım  yoxdur»  deməkdə  davam  etsək,  çatışmazlıqlarımızı  etiraf 
etməsək,  insanlar  və  Allah  ilə  ünsiyyətlərimizi  bərpa  etməsək, 


168
Buxovları qıran
onda «böyük zəlzələ» olacaq. Biz özümüzü alçaltmağı seçə bilərik; 
amma biz bunu etməsək, onda Allah edəcək. «Allah məğrurlara 
qarşıdır,  itaətkarlara  isə  lütf  göstərər»  (Yaqub  4:6).  Öz  sağlam-
lığını,  ailəsini,  işini  və  dostluğunu  itirənədək  problemi  olduğunu 
etiraf  etməyən  içki  içən  insanı  müşahidə  edin.  Etiraf  edilməmiş 
günah xərçəng hüceyrələri kimidir. Əgər bu hüceyrələr müntəzəm 
müayinə vasitəsilə inkişafın erkən mərhələsində aşkar edilsə, proq-
noz  yaxşı  olacaq;  amma  onlar  gizli  qalsa,  proqnoz  pis  olacaq. 
Gündəlik həyatda nurda yaşamaq və tez-tez hərəkətlərimiz haq-
qında Allaha hesabat vermək əsas ruhani böhranların qarşısını alır. 
Biz bir şey olmadığımız halda nəsə olduğumuzu düşünəndə 
özümüzü aldadırıq (Roma. 12:3; Qalat. 6:3). Kəlam bizə öyrədir 
ki, özümüz barəsində lüzumundan artıq fikirləşməyək. Siz: «Amma 
mən kim olduğumu bilirəm» –deyirsiniz — «Mən Allahın övladı-
yam, mən Məsihlə göylərdə oturmuşam və Onun vasitəsilə hər bir 
şeyi etməyə qadirəm.» Bu, məni çox xüsusi edir. Bəli, siz Allahın 
gözündə çox xüsusisiniz. Amma siz hər nəsinizsə, Allahın lütfünə 
görə  eləsiniz  (1  Kor.  15:10).  Yaşadığınız  həyat,  məxsus  olduğu-
nuz istedadlar və əldə etdiyiniz ənamlar şəxsi nailiyyətlər deyil; 
onlar Allahın lütfüdür. Allahın verdiyi şeyləri öz adınıza yazmayın; 
əksinə, Rəbbi izzətləndirən layiqli işləri görməkdən həzz alın. 
Biz bu dövrdə müdrik olduğumuzu düşünəndə özümüzü al-
dadırıq  (1  Kor.  3:18,  19).  Allahın  açıqlaması  olmadan  özünü 
müdrik  saymaq  ziyalı  qürurunun  ən  yüksək  dərəcəsidir.  «Müd-
rik olduqlarını iddia etdikləri halda ağılsız oldular» (Roma. 1:22). 
Bəzən dərrakə və bilik sahəsində bu dünyanın allahı ilə yarışa bil-
diyimizi düşünməklə sövq olunuruq. Amma biz cismani təbiətdə 
onunla yarışa bilmərik. Biz öz gücümüzdə şeytandan daha ağıllı 
olduğumuzu düşünən vaxt onun hiyləgərliyi vasitəsilə yolumuz-
dan azmaq üçün əsas namizədlərik. Amma şeytan Allah ilə yarışa 
bilmir. Bizim öz idrakımıza etibar etməməyimiz, Məsihin ağlını 
tətbiq etməyimiz və bütün yollarımızda Onu tanımağımız vacibdir 
(Sül. Məs. 3:5, 6; 1 Kor. 2:16). 


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə