Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə58/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   54   55   56   57   58   59   60   61   ...   82

190
Buxovları qıran
da  imanlılar  arasında  böyük  qorxu  var  idi,  çünki  Allah  yalanda 
yaşayan  imanlılara  qarşı  Öz  mövqeyini  dramatik  yolla  nümayiş 
etdirmişdi. Üçüncüsü, cəzanın ciddiliyi bildirir ki, Allah imanlılar 
cəmiyyətində həqiqətin vacibliyini vurğulayır. İmansızlar həmişə 
yalan  danışırlar  və  adətən,  Xananya  və  Sapfira  kimi  tez  və 
dəqiqliklə məhkum olunmurlar. Mən inanıram ki, Allah məbədə 
güclü bildiriş göndərirdi. O bilirdi ki, əgər şeytan imanlıları aldada 
bilsə, o, onların həyatlarını nəzarət altına sala bilər. 
Xananyanın  problemi  bu  idi  ki,  yalanla  ürəyinin  dolmasında 
(idarə  etməsində)  şeytana  yol  vermişdi.  Həv.  İş.  5:3-də  verilən 
«buraxmaq»  sözü  yunan  dilində  pleroo  feilidir.  Bu  yunan  feili 
Efes. 5:18-də «dolmaq» kimi verilib. İmanlının şeytani yalanla və 
ya Ruhla dolması mümkündür. Siz hansı mənbəyə təslim olsanız, 
həmin mənbə tərəfindən də dolacaqsınız (yəni, idarə olunacaqsı-
nız).  Həyatınızın  hər  hansısa  bir  sahəsində  şeytanın  sizi  aldat-
masına imkan versəniz, həmin sahədə onun idarəçiliyinə məruz 
qalacaqsınız. 
Ş
eytan bunu etməyə səni vadar etmədi 
Xananya və Sapfiranın ölümündə bütün təqsiri şeytanın üzərinə 
qoymamaq üçün yadda saxlamalıyıq ki, onları ölümə aparan ya-
landa iştirak etməyi bu iki imanlı özü istəmişdi. Peter Xananya və 
Sapfiranı bu sözlərlə qarşıladı: «Bu, nə niyyətdir, ürəyində tutmu-
san?…Niyə əlbir olub Rəbbin Ruhunu sınamaq istədiniz?» (Həv. 
İş. 5:4, 9). Bəli, şeytan onların ürəklərini yalanla doldurdu və səhv 
hərəkətlərində onları qismən idarə etdi. Amma o, yalnız belə edə 
bilərdi, çünki hansısa məqamda Xananya və Sapfira şeytan üçün 
qapı açmışdı. 
Kömək üçün yanıma gələnlərə fayda olsun deyə, mən heç vaxt 
«İblis  məni  məcbur  etdi»  bəhanəsini  qəbul  etmirəm.  Biz  hamı-
mız  öz  münasibətlərimizə  və  hərəkətlərimizə  görə  cavabdehik. 
Şeytan, sadəcə, bizim ona verdiyimiz imkanlardan istifadə edir. 
Bizdə Məsihdəki qalib həyatı yaşamaq üçün lazım olan bütün eh-


Özünü idarə etməniitirmək təhlükəsi  
191
tiyatlarımız və müdafiəmiz var. Əgər biz bu həyatı yaşamırıqsa, 
bu,  bizim  seçimimizdir.  Biz  günaha  sövqolunmaya,  ittihama  və 
ya aldatmaya qarşı durmamaqla iblis üçün qapını açıq qoyuruqsa, 
o, oraya girəcək. Və əgər onun girməsinə icazə verməkdə davam 
etsək, o, zəbt etməyin hüquqlarını öz üzərinə götürəcək. Biz öz 
xilasımızı itirməyəcəyik, amma gündəlik qələbəmizi itirəcəyik. 
Əgər biz zirehlərin bəzisini taxmadan döyüşə girsək, biz əzilmə, 
yaralanma və itki ilə qarşılaşacağıq! Əgər biz Allahın təmin etdiyi 
zirehlər  ilə  özümüzü  müdafiə  etməsək,  həmin  müdafiəsiz  qalan 
yerlərimiz hücum qarşısında zəif olacaq. Dr. Anqerin qeydlərindən: 
Əgər məsihçi öz zirehindən istifadə etməsə, o, [şey-
tan] imanlının qalasını zəbt etmədən əl çəkərmi? Əgər 
o, zəbt edirsə, imanlı elə bu səbəbə görə iblisin istəyini 
yerinə  yetirmək  üçün  əsir  tutularaq  qula  çevrilə  bilər 
(2 Tim. 2:26). İmanlı düşmən tərəfindən zəbt olunur və 
talan edilir. Zəbt edən hər bir işğalçı kimi işğal olunmuş 
ölkənin sakinlərinə hansısa növ silahdan istifadə etməyə 
icazə vermir. Bunun nəticəsində heç bir döyüş getmir, 
yalnız məcbur edilmiş tabelik və itaətkarlıq yaranır. 
Yaqub 4:1 göstərir ki, bizim davalarımızın və çəkişmələrimizin 
mənbəyi  «bədənlərinizin  üzvlərində  mübarizə  edən»  ehtiraslar-
dır. Paul öyrədirdi ki, «qoymayın ki, günah sizin fani bədəninizə 
hökmranlıq  etsin  və  siz  də  bədəninizin  ehtiraslarına  itaət 
edəsiniz» (Roma. 6:12). Dünya, iblis və bədən içərimizdə olan Ru-
hun həyatına qarşı daim mübarizə aparırlar. Əgər biz imanımızda 
möhkəm dayanmasaq, onda necə olar? Üstümüzdə hökm sürmək 
üçün  mübarizə  aparan  ehtiraslar  üzərində  biz  hələ  də  qalib  ola 
biləcəyikmi? 
Həqiqəti  seçmək,  saleh  həyat  yaşamaq  və  Allahın  zirehlərini 
taxmaq  hər  bir  imanlının  şəxsi  məsuliyyətidir.  Mən  sizin  üçün 
məsuliyyət  daşıya  bilmərəm  və  siz  də  mənim  üçün  daşıya 
bilməzsiniz.  Mən  sizin  üçün  dua  edə  bilərəm,  imanda  sizi  ruh-
landıra bilərəm və məsləhət verə bilərəm, amma döyüşə zirehləri 


192
Buxovları qıran
taxmadan getsəniz, yaralana bilərsiniz. Bu məsələ məni nə qədər 
narahat etsə də, hələ də sizin cavabdehliyinizə aid qərarları çıxara 
bilmərəm. Həmin seçimlər yalnız sizindir, amma sizin seçiminiz 
var – və kitabın qalan hissələri bu haqdadır. 
Nəhayət,  gəlin  mən  sizinlə  sevimli  şəhadətliklərimdən  bi-
rini  bölüşüm.  Bu  qadın  öz  əhvalatını  danışarkən  siz  özünüzə 
bəzi suallar verin: Onun təsvir etdiyi normal bir şeydirmi? Bu, 
sadəcə,  hər  birimizdə  olan,  ciddi  bir  «özünü  pisləmək»  halıdır-
mı? Onun şəxsiyyətinin ikiləşməsidirmi? O psixozdurmu? Onun 
çoxlu  şəxsiyyəti,  yoxsa  keçmişinin  daxili  uşağı  var?  Məsləhətçi 
öz  təhsilindən  və  həyat  təcrübəsindən  asılı  olaraq  həmin  diaq-
nozlardan  birini  çıxara  bilər.  Sizcə,  onun  problemi  nədir?  O  öz 
şəhadətliyini belə adlandırıb: 
Sükut
Mən oturub fikirləşəndə, bir çox şeylər — həyatım, 
etmək istədiklərim, məsələlər və insanlar barəsində dü-
şündüyüm şeylər barəsində fikirləşirəm. Başımın içində 
özümlə söhbət edirəm. Mən özümlə danışıram və özümə 
cavab  verirəm…mən  özümün  ən  yaxşı  dostuyam.  Biz 
bir-birimizlə əla yola gedirik! Bəzən gün ərzində özümlə 
o qədər danışıram ki, günün axırında lap əldən düşürəm. 
Amma özüm-özümlə danışmağım məni darıxmağa qoy-
mur. 
Bəzən mən özüm haqqında iki insan kimi düşünürəm: 
həftənin  bütün  günləri  mən  olan  biri…  dəyişmək 
istədiyimdir. Bu insan özünə çox aşağı qiymət verir və 
hər bir kəsin qarşısında həqiqətən özü olmağa qorxur. 
Və sonra mənim daxilimdə olan o birisi… özünə arxa-
yın olan birisi, mən onun bayıra çıxmasını istəyərdim, 
amma o, bunu nədənsə edə bilmir. Mən həmin hissəmi 
«o»  adlandırıram.  O,  bir  qadındır  və  mən  də  ona  belə 
müraciət  edirəm.  O,  çox  qoçaqdır  və  hər  bir  kəs  onu 
sevir — ən azı mən belə fikirləşirəm ki, əgər onun çıx-


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə