Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə54/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   50   51   52   53   54   55   56   57   ...   82

178
Buxovları qıran
Ayırdetmə ruhuna malik olmaq üçün öz məqsədlərinizi tədqiq 
etməlisiniz. 1 Pad. 3-cü fəsildə İsrailin cavan padşahı kömək üçün 
Allahı  çağırır.  Allah  yuxuda  Süleymanın  yanına  gəlir  və  ondan 
nə istədiyini soruşur. Süleyman cavab verir: «İndi mənə elə bir 
dərrakəli ürək ver ki, yaxşı ilə pisi ayırd edib Sənin xalqına hökm 
edə bilim» (9-cu ayə). Allah cavab verir: «İndi ki özün üçün uzun 
ömür,  var-dövlət  və  düşmənlərinin  canını  istəmədin,  bunların 
yerinə ədaləti ayırd etmək üçün dərrakə istədin, Mən istədiyini 
yerinə yetirirəm: sənə elə bir hikmətli və dərrakəli ürək verirəm 
ki, sənin kimisi nə səndən əvvəl olmuş, nə də səndən sonra ola-
caq» (11, 12-ci ayə).
Həqiqi  ayırdetmə  üçün  məqsəd  heç  vaxt  özünügöstərmə, 
şəxsi  mənafe  və  ya  başqa  insanın  –  hətta  düşmən  olsa  belə, 
üzərində  üstünlük  qazanma  olmamalıdır.  Ayırdetmə  üçün  yu-
nan sözü diakrino – sadəcə qiymət qoymaq və ya fərq qoymaq 
deməkdir.  Ayırdetmənin  yalnız  bir  funksiyası  var:  düzgün  olanı 
təsdiq edib səhv olanı rədd etmək üçün düzgün şeyi səhv şeydən 
fərqləndirmək. 1 Kor. 12:10-da ayırdetmə yaxşı ruhu pis ruhdan 
fərqləndirmək üçün verilən ilahi qabiliyyətdir. Bu məbədi inkişaf 
etdirmək üçün istifadə edilən Ruhun nümayişidir.
Ruhani  ayırdetmə  ağlın  funksiyası  deyil;  bu,  ruhun  funksiya-
sıdır. Ruhani ayırdetməni mümkün edən şey bizim Allahla birli-
yimizdir. Biz həqiqət kəlamını ağlımızla anlayırıq, amma məntiq 
baxımdan yoxlaya bilmədiyimiz şeyləri bilmək üçün Ruh kömək 
edir. Biz nəyinsə doğru və ya səhv olduğunu ruhani tərzdə ayırd 
edə  bilərik,  amma  biz  heç  də  həmişə  məntiqi  baxımdan  onun 
səbəbini deyə bilmərik. 
Mən insanlara məsləhət vermə vaxtlarımda ruhumda nəyinsə 
səhv olduğunu hiss edə bilirəm və əsl məsələnin üzə çıxmadığını 
duya  bilirəm.  Bəzən  mənə  elə  gəlirdi  ki,  məsələnin  nə  olduğu-
nu «bilirəm», amma deməyin əvəzinə onu yoxlayırdım. Məsələn, 
əgər  məsləhətə  gələn  şəxsin  homoseksuallıq  əsarəti  altında  ol-
duğunu  duyuramsa,  ona:  «Sən  homoseksuallıqla  məşğul  olur-
san, elə deyilmi?» demirəm. Bu, mühakimə olar. Əksinə, müna-
sib  vaxtda  təəssüratımı:  «Sən  heç  homoseksual  fikirlərindən  və 


Aldanma təhlükəsi  
179
ya  meyillərindən  əziyyət  çəkmisən?»  deməklə  yoxlayıram.  Əgər 
mənim bu hissim məsləhətə gələn adamda Müqəddəs Ruhun onda 
vicdanı  narahat  edən  işi  ilə  uyğunlaşırsa,  problem,  adətən,  üzə 
çıxır və həll edilir. 
Şeytan,  eləcə  də,  bəzilərinin  Allahdan  verilmiş  ruhani  du-
yumları  olduğunu  düşünmələrinə  gətirib  çıxararaq,  ayırdetmə 
qabiliyyətini  saxtalaşdıra  bilər.  Mənim  yanıma  məsləhətə  gələn 
universitet  tələbəsi  Lana,  şeytanın  verdiyi  ayırdetmə  ilə  aldan-
mışdı. O, məsləhətçinin yanına gedirdi, çünki çox narahat idi. O, 
mənim  yanıma  gələndə  danışırdı  ki,  universitetimizin  ətrafında 
gəzərək narkotik maddələr və seks ilə problemləri olan tələbələri 
göstərə bilər. Onun heç bir faktı və ya təsdiqlənmiş sübutu yox 
idi;  o,  sadəcə  «bilirdi».  Mənim  fikrimcə,  o,  düz  deyirdi.  Lana 
fikirləşirdi  ki,  onda  Allahın  qeyri-adi  ənamı  var.  O,  mənə  dedi 
ki, hətta məsləhətçinin sonra nə edəcəyini və ya nə deyəcəyini 
deməklə onunla əqli oyunlar oynayırdı. 
O, bunları mənə danışanda onun ruhunda nəyinsə səhv olduğu-
nu bildim. «Lana, sən insanlar haqqında bu şeyləri bilməyi xoşla-
yırsan, elə deyilmi?» — deyə, mən ondan soruşdum. Mən yalançı 
ruhu ifşa edən anda həmin ruh özünü otağımda göstərdi. Nəhayət, 
o,  Məsihdə  azadlıq  tapanda  artıq  onun  başqalarının  günahlarını 
bilmək  «qabiliyyəti»  yox  idi.  Lananın  ağlı  o  qədər  sakitləşdi  ki, 
indi o, neçə illər ağlını qarışdırmış «yoldaşlar»ının səsi olmadan 
yaşamağı öyrənməli idi. 
Müqəddəs Ruh məsihçi aləmində hərəkət etdiyi kimi, murdar 
ruhlar da şeytani aləmdə hərəkət edirlər. Siz heç kiminsə bir söz 
deməzdən əvvəl məsihçi olduğunu «bilmisinizmi»? Heç hiss etmi-
sinizmi ki, sizdə olan ruh başqa imanlılarda da var? Burada sehrli 
heç bir şey yoxdur; bu, sadəcə, Müqəddəs Ruhun hüzurunun sizin 
ruhunuza  etdiyi  şəhadətliyidir.  Başqa  vaxtlarda  Müqəddəs  Ruh 
sizə  xəbərdarlıq  edir  ki,  digər  insanı  idarə  edən  ruh  Müqəddəs 
Ruh deyil. 
Əgər biz məbədlərimizdə və evlərimizdə ruhani baxımdan daha 
ayıq  olmağı  öyrənsək,  Allah  bizi  bir  çox  bədbəxtliklərdən  sax-
laya  bilər.  Qərb  dünyasında  bizim  məntiqi  fikirləşmək  tərzimiz 


180
Buxovları qıran
ayırdetmənin  ruhani  aləmdə  düz  yolu  tapmaq  üçün  əsas 
bələdçimiz  olduğunu  ümumiyyətlə  inkar  edir.  Lakin  İbranilərə 
məktubun müəllifi ayırdetmə ənamı olanları tanıdır: «Bərk yemək 
isə  yetkinlər,  yəni  duyğularını  xeyirlə  şəri  ayırd  etməkdən  ötrü 
həssas edənlər üçündür» (5:14).
Siz  şeytanın  aldatmasını  insan  ağlı  ilə  ifşa  edə  bilməzsiniz; 
siz yalnız bunu Allahın Ruhu və ilahi vəhy ilə edə bilərsiniz. İsa 
dedi: «Əgər siz Mənim sözümə sadiq qalsanız, həqiqətən, Mənim 
şagirdlərimsiniz. Onda siz həqiqəti biləcəksiniz və həqiqət sizi azad 
edəcək» (Yəhya 8:31, 32). İsa dua etdi: «Onları həqiqətlə təqdis 
et.  Sənin  sözün  həqiqətdir»  (Yəhya  17:17).  Allahın  zirehlərini 
geyinəndə birinci həqiqət qurşağını bağlamaq çox vacibdir (Efes. 
6:14). Həqiqətin nuru aldatmanın qaranlığına qarşı olan yeganə 
silahdır. 
Mən bu fəsli ruhlandırıcı bir məktubla bitirirəm. Bu məktubu 
bir  gənc  qadından  almışam.  İsa  onu  azadlıq  addımları  ilə  azad 
edənə qədər o, aldatmanın tələsində buxovlanmışdı: 
Mən  sizin  yanınıza  məsləhətə  və  duaya  görə 
gəldiyim həmin günü həmişə xatırlayacağam. Həmin 
gündən bəri mən özümü çox azad hiss edirəm. Artıq 
mənim beynimdə səslər və ya ağırlıq gətirən hisslər 
yoxdur.  Mən  azadlığın  hətta  fiziki  hisslərindən  də 
həzz alıram. Şeytan neçə dəfələrlə məni həmin köhnə 
fikirlər ilə əzməyə çalışır, amma onun dayaq nöqtəsi 
artıq məndə yoxdur. 
Sizin mənə dediyiniz sözləri heç vaxt unutmaram. 
Siz dediniz ki, Allah və özüm haqqında olan həmin 
mənfi  düşüncələr  şeytanın  ağlıma  əkdiyi  yalanlar-
dır.  Siz  dediniz  ki,  şeytana  qadağan  etmək  və  pis 
düşüncələri  rədd  etmək  üçün  İsa  Məsih  vasitəsilə 
gücə malikəm. Buna bütün ürəyimlə həqiqətən inan-
maq bir müddət vaxt apardı, amma təzəliklə vuruş-
maq qərarına gəldim – və bu, fayda verir! Təmiz be-
yin ilə problemlərimi həll etmək çox gözəl bir şeydir. 


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə