Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə51/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   47   48   49   50   51   52   53   54   ...   82

Aldanma təhlükəsi  
169
Biz  mömin  olduğumuzu  düşünəndə,  amma  dilimizi 
yüyənləməyəndə özümüzü aldadırıq (Yaqub 1:26). Biz insanları 
inkişaf etdirmək əvəzinə onları hörmətdən salanda Allahı bundan 
çox kədərləndirən heç bir şey olmur. Biz heç vaxt dilimizdən baş-
qalarını alçaltmaq üçün istifadə etməməliyik. Əksinə, «eşidənlərə 
xeyir versin deyə lazım olanda başqalarının inkişafına səbəb olan 
sözlər»  deməliyik  (Efes.  4:29,  30).  Əgər  siz  dilinizi  idarə  edə 
bilmirsinizsə,  amma  ruhani  həyatınızın  yaxşı  olduğuna  inanırsı-
nızsa, onda özünüzü aldadırsınız. 
Biz əkdiyimizi biçməyəcəyimizi fikirləşəndə özümüzü alda-
dırıq (Qalat. 6:7). Bir məsihçi kimi bəzən biz bu prinsipdən azad 
olduğumuzu düşünürük, amma biz bu prinsipdən azad deyilik. Biz 
düşüncələrimizin, sözlərimizin və hərəkətlərimizin yaxşı və ya pis 
nəticələri ilə yaşamalı olacağıq.
Biz haqsızlıq edənlərin Allahın padşahlığını irs olaraq ala-
cağını düşünəndə özümüzü aldadırıq (1 Kor. 6:9, 10). Bir gün 
məbəd xidmətçilərindən biri olan Keyt adlı cavan qadın ofisə çox 
ruhdan  düşmüş  bir  halda  gəldi.  O,  yenicə  xəbər  tutmuşdu  ki, 
onu Məsihə gətirən böyük bacısı Allahdan uzaqlaşıb və lesbian 
həyat tərzi yaşayır. «Mənim həyat tərzim Allahla ünsiyyətimə 
heç bir təsir etmir»- deyə, Keytin bacısı mübahisə edib. «Allah 
məni sevir və mən bağışlanmışam.» Keyt həyəcan və çaşqınlıq 
içərisində idi. 
Mən 1 Kor. 6:9, 10-cu ayələri ona söylədim: «Aldanmayın, çünki 
əxlaqsızlar, bütpərəstlər, zinakarlar, fahişə kişilər, kişibaz kişilər…
Allahın Padşahlığını irs olaraq almayacaq». Keytin bacısı və onun 
kimi  başqaları  bu  həqiqəti  başa  düşməyərək  aldanıblar:  abırsız 
günahlı həyat tərzi yaşamaq Allah qarşısında saleh sayılmamağın 
güclü  əlamətidir.  Mən  demirəm  ki,  əməllərlə  xilas  olmaq  olar, 
sadəcə, belə həqiqi şagirdləri bəhrələrindən tanımaq olar. Əgər siz 
həyat tərzinizin bəyan etdiyiniz iman ilə uyğunlaşmasının vacib 
olmadığına inanırsınızsa, onda siz aldanmısınız. 


170
Buxovları qıran
Biz  pis  insanlar  ilə  daim  ünsiyyətdə  olub  əxlaqımızın  po-
zulmamağını  düşünəndə  özümüzü  aldadırıq  (1  Kor.  15:33). 
Mən yeni məsihçi olanda Nyu Orlins şəhərində yaşayan «Borbon 
küçəsinin  vaizi»  adlanan  bir  müjdəçinin  audio  yazılarına  qulaq 
asardım. O iddia edirdi ki, həmin insanlara xidmət edir. Bu kişi 
fahişələrin və başqa əxlaqsız həyat sürənlərin yerləşdiyi rayonda 
yaşayırdı. Amma 1 Kor. 15:33-ə əsasən, həmin mühitdə həddən 
artıq çox qalan hər bir kəs başına iş açacaq. Bu müjdəçi ilə də belə 
oldu. O, Borbon küçəsinin əxlaqsız tərəfində o qədər dolaşıb qaldı 
ki, axırda öz xidmətini itirdi. 
Bu, o deməkdir ki, biz pis əxlaqı olanlara xidmət etməməliyik? 
Xeyr, biz onlarla Məsihi bölüşməliyik. Amma biz onların mühitində 
itib  batsaq,  xidmətimiz  əvvəl-axır  zəifləyəcək  və  əxlaqımız 
pisləşəcək. 
Y
alançı peyğəmbərlərdən və müəllimlərdən ehtiyatlı olun 
Bu yaxınlarda otuz yaşlarında olan bir kişi mənin yanıma gəldi. 
Alvin ruhdan düşmüşdü və məğlub olmuşdu. O, neçə illər özündə 
Allahın  xüsusi  peyğəmbərlik  ənamının  olduğuna  inanmışdı.  O, 
özünəməxsus yolla peyğəmbərlik etməklə Allahın natiqi kimi da-
nışmaq üçün bir məbəddən o biri məbədə dəvət alırdı. Amma bir 
neçə ay ərzində onun həyatı dağılmağa başladı. Nəhayət, Alvin 
cəmiyyətdə  artıq  fəaliyyət  göstərə  bilmədiyi  bir  məqama  gəlib 
çatdı və o, insanlardan tamamilə təcrid olmağa başladı. O, mənim 
yanıma gəlməzdən qabaq iki il müddətində işsiz qalmışdı, atası 
ona qulluq edirdi və o, reseptlə verilən dərmanların qulu idi. 
Alvinlə mən 1 Salonik. 5:19-21-i oxuduq: «Ruhu söndürməyin. 
Peyğəmbərlik sözlərinə xor baxmayın. Hər şeyi sınaqdan keçirin 
və yaxşı olandan möhkəm tutun». Mən dedim: «Alvin, Müqəddəs 
Kitab  peyğəmbərlik  ənamının  olduğunu  söyləyir.  Amma  şeytan 
ruhani ənamları saxtalaşdıra bilər və onların Allahdan olduğuna 
inandırmaqla bizi aldada bilər. Ona görə də Kəlam bizə öyrədir ki, 
hər bir şeyi sınaqdan keçirək». 


Aldanma təhlükəsi  
171
Yalançı peyğəmbərlər və müəllimlər haqqında uzun müzakirədən 
sonra Alvin: «Məncə, mənim problemim mənə yalançı müəllimlər 
tərəfindən ötürülmüş müxtəlif dillərdə danışmaq və peyğəmbərlik 
ənamlarını  sınaqdan  keçirmədiyinə  görə  başladı.  Təkcə  mən  al-
danmamışam,  eləcə  də  mən  başqalarını  aldatmışam»  —  deyə, 
etiraf etdi. 
«Sən özünün dillərdə danışmaq ənamını sınamaq istərdinmi?» 
— deyə, mən soruşdum. Mən Alvini əmin etdim ki, biz onu deyil, 
ruhu  sınayacağıq.  O  razılaşdı,  beləliklə,  mən  ondan  öz  «ruhani 
dilində» ucadan dua etməsini xahiş etdim. Alvin ənamı olduğunu 
düşündüyü  dildə  duanı  etməyə  başlayandan  sonra  mən  dedim: 
«Məsihin  adı  və  Allahın  Kəlamına  tabeçilik  ilə  bu  ruhun  özünü 
tanıtdırmasını əmr edirəm.» 
Alvin «duanı» dayandırdı və «mən oyam» dedi. 
Əgər belə məsələlərdə təcrübəsizsinizsə və ya ruhları ayırd etmə 
ənamınız çatışmırsa, bu cür vəziyyətlərdə müqəddəs torpaqda ol-
duğunuzu  düşünərək  siz  ayaqqabılarınızı  çıxarmağa  sövq  oluna 
bilərsiniz. Amma mən ruhu sınamaqda davam etdim: «Sən Ponti 
Pilatın əmri ilə çarmıxa çəkilən, dəfn edilən, üçüncü gün dirilən və 
hal-hazırda Səmavi Atanın sağında oturan Məsihsənmi?» 
Cavab belə oldu: «Yox! O yox!»
Aydındır ki, bu, səhv ruh idi!
Ruhun  müəyyən  ənamlarına  qarşı  olan  sizlərdən  bəziləriniz 
Paulun təliminə qulaq asın: «Peyğəmbərlik etməyi səylə istəyin 
və naməlum dillərdə danışmağa da mane olmayın» (1 Kor. 14:39) 
və  «Ruhu  söndürməyin.  Peyğəmbərlik  sözlərinə  xor  baxmayın» 
(1  Salonik.  5:19,  20).  Allahın  bütün  ənamlarını  istəyən,  amma 
ruhları  ayırd  etmə  ənamı  çatışmayan  insanlar,  Paulun  təliminə 
qulaq asın: «Hər şeyi sınaqdan keçirin və yaxşı olandan möhkəm 
tutun. Hər cür şərdən uzaq durun» (1 Salonik. 5:21, 22). Yalançı 
peyğəmbərlərin  və  müəllimlərin  xidməti  asanlıqla  irəliyə  doğru 
gedir, çünki məsihçilər ruhani ayırdetmə ənamını tətbiq etmədən 
onları qəbul edirlər. 


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə