Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə52/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   48   49   50   51   52   53   54   55   ...   82

172
Buxovları qıran
Saxtanı həqiqi ilə müqayisə etmək 
Əhdi-Ətiqdə olan Allahın hər bir peyğəmbəri, əsasən, müjdəçi 
idilər.  Həqiqi  peyğəmbər  insanları  Allaha  və  Onun  Kəlamına 
doğru  cəlb  edirdi.  Salehliyə  çağırış  əsl  peyğəmbəri  yalan-
çı  peyğəmbərdən  fərqləndirən  standart  idi.  Yeremya  yazırdı: 
«Ordular  Rəbbi  belə  deyir:  «Sizin  üçün  peyğəmbərlik  edən 
peyğəmbərlərin  sözünə  qulaq  asmayın…Bu  peyğəmbərləri 
Mən  göndərmədim,  amma  ora-bura  qaçdılar.  Onlara  Mən  söz 
demədim, amma peyğəmbərlik etdilər. Ancaq onlar məclisimdə 
dursaydılar, sözlərimi xalqıma çatdırardılar. Pis yollarından, şər 
əməllərindən xalqı çəkindirərdilər» (Yeremya 23: 16, 21, 22). 
Rəbb Yeremya vasitəsilə əsl peyğəmbəri yalançı peyğəmbərdən 
fərqləndirmək  üçün  başqa  bir  ölçünü  aşkar  etdi:  «Mənim  adım-
dan yalan söyləyən peyğəmbərlərin 'Yuxu gördüm, yuxu gördüm!' 
sözlərini  eşitdim…Yuxu  görən  peyğəmbər  yuxusunu  söyləsin. 
Amma sözüm nazil olan adam onu dəqiq danışsın. Daha buğdanın 
yanında saman nədir?» (25, 28-ci ayələr). Allah yuxularını Onun 
Kəlamından üstün qiymətləndirən peyğəmbərlərə qarşı Öz xalqına 
xəbərdarlıq edir.
Allah Müqəddəs Kitabdakı insanlarla çox vaxt yuxular vasitəsilə 
danışıb. Amma Onun Kəlamının qidalı toxumu ilə müqayisədə yu-
xular, sadəcə, samandırlar. Əgər mal-qaranı təkcə samanla qida-
landırsanız, onlar ölərlər. Onlar samanın üstündə yatırlar, amma 
onu yemirlər, çünki onda qidalı maddələr yoxdur. Buna oxşar ola-
raq, yuxuların öz dəyəri var, amma onlar heç vaxt Allahın Kəlamı 
ilə bərabər tutulmamalıdır, heç imanımız üçün əsas kimi də olma-
malıdır. Yuxular Allahın Kəlamı ilə razılıqda olmalıdır. Bu, tərsinə 
olmamalıdır.
Yeremya  davam  edir:  «Mənim  sözüm  bir  od  kimi,  qaya-
ları  parçalayan  gürz  kimi  deyilmi?»  —  deyə,  Rəbb  bəyan  edir 
(23:29).  Əgər  siz  ibadət  vaxtı  peyğəmbərliklər  edilən  məsihçi 
cəmiyyətinə gedirsinizsə və toplantının üzvləri günahda yaşayır-
sa, «Övladlarım, mən sizi sevirəm» və ya «Mən tezliklə gəlirəm» 
kimi  peyğəmbərlikləri  gözləməyin.  Belə  fikirlər  doğru  olsa  da, 


Aldanma təhlükəsi  
173
Kəlamı oxuyan hər bir imanlı bunu bilsə də, Allahın Ruhu günah-
lı  laqeydlikdə  olan  xalqına  lay-lay  çalmayacaq.  Yadda  saxlayın, 
mühakimə Allahın evindən başlayır (1 Peter 4:17). 
Peyğəmbərlik  sözü  insanları  günahda  sakitləşdirməkdənsə, 
salehliyə  doğru  həvəsləndirəcək.  Paulun  dediyinə  görə, 
peyğəmbərlik  ənamı  insanın  ürəyinin  sirlərini  aşkar  etməklə 
(1 Kor. 14:24, 25)  onun  üzüstə  yıxılıb  Allaha  səcdə  etməsinə 
gətirib  çıxaracaq.  Allah  məbədin  inkişafından  daha  çox  onun 
paklığı ilə maraqlanır, çünki məbədin paklığı onun inkişafı üçün 
əsas şərtdir. Təsəlli yalnız salehliyə görə əzab çəkənlər və təqib 
olunmuşlar üçün gəlir. 
Yeremya yalançı peyğəmbərlərin başqa əlamətlərindən danışır: 
«Buna görə də Mən peyğəmbərlərə qarşıyam, onlar sözlərimi bir-
birlərindən  oğurlayır»  Rəbb  belə  bəyan  edir  (23:30).  Bu,  ədəbi 
oğurluqdur: Allahın başqasına verdiyi bir şeyi götürüb sanki özü-
nünkü  kimi  istifadə  etməkdir.  «'Bax,  Mən  peyğəmbərlərə  qarşı-
yam. Onlar öz dillərini tərpədib «Rəbb belə deyir» söyləyir' Rəbb 
belə bəyan edir» (31-ci ayə). 
Allahdan  gəlməyən  öz  sözlərinizin  birbaşa  Rəbdən  olduğunu 
bəyan  etmək  Allah  qarşısında  böyük  günahdır.  Sözün  Rəbdən 
gəldiyini iddia etməklə insanları idarə etmək ruhani zorakılıqdır. 
Məsələn,  mənim  yanıma  ərlərinin  onlara  «Allah  mənə  açıb  ki, 
biz evlənməliyik» dediyi bir neçə qadın məsləhətə gəlib. Demək 
istəyirəm ki, mənim qızlarım ilə ailə qurmaq istəyən və gəlib mənə 
söyləyən istənilən oğlan əmrlə deyil, acizanə xahişlə gəlməlidir. 
Bizim agah olmalı olduğumuz başqa bir hiyləgər yalan da var. 
Heç kimsə sizə «Rəbb mənə dedi ki, sənə…deyim?» söyləyibmi? 
Mən  yəqin  ki,  belə  cavab  verərdim:  «Xeyr,  O  deməyib!»  Əgər 
Allah  mənim  şəxsən  nəyisə  bilməyimi  və  ya  nəsə  etməyimi 
istəsəydi, niyə birbaşa mənə deməzdi? Mən imanlıların kahin ol-
duqlarına inanıram; Allah başqaları vasitəsilə bizi ruhlandırır və 
Öz Kəlamını təsdiqləyir. Məsələn, Allahın məni idarə edə bilməsi 
üçün başqa bir adam Onunla düzgün münasibətdə olmağa məni 
səsləyərək peyğəmbərlik sözü söyləyə bilər. Amma Allah Öz öv-
ladları  ilə  danışanda  «bir  Allah  və  Allahla  insanlar  arasında  bir 


174
Buxovları qıran
Vasitəçi vardır. O, İnsan olan Məsih İsadır» (1 Timotey 2:5). Heç 
bir məsihçi vasitəçi kimi fəaliyyət göstərməməlidir. 
Əlamətlər və möcüzələr: Kim sınağa çəkilir?  
Peyğəmbərin peyğəmbərlikləri həqiqətə çevrilməyəndə onun ya-
lançı olduğu aşkar olunur. Musa peyğəmbərlikləri yerinə yetməyən 
peyğəmbərə inanmamağı bizə öyrədir (Qan. Tək. 18:22). Amma 
Qan. Tək. 13:1-3 bizə eləcə də əlamətləri və möcüzələri yerinə 
yetən  yalançı  peyğəmbər  barəsində  xəbərdarlıq  edir:  «Əgər  ara-
nızdan bir peyğəmbər, yaxud bir röya görən çıxıb sizə bir əlamət, 
ya  da  möcüzə  olacağını  söyləyərsə,  sonra  'tanımadığınız  yad 
allahların ardınca gedək və onlara sitayiş edək' deyərsə, bəhs et-
diyi əlamət və ya möcüzə həyata keçsə də, belə peyğəmbərin, ya-
xud röya görənin sözlərinə qulaq asmayın. Bilin ki, Allahınız Rəbb 
sizi sınayır, görmək istəyir, siz Allahınız Rəbbi bütün qəlbinizlə, 
bütün varlığınızla sevirsinizmi?» (Eləcə də Matta 24:4-11, 23-25; 
Vəhy 13:11-14-ə baxın).
Hər  bir  möcüzəli  hadisənin  Allahdan  olduğunu  güman  etmək 
səhvdir.  Allah  Kəlamını  təsdiq  etmək  üçün  əlamətlərdən  və 
möcüzələrdən istifadə edə bilər, amma Müqəddəs Kitab, eləcə də 
xəbərdarlıq  edir  ki,  «yalançı  məsihlər  və  yalançı  peyğəmbərlər 
törəyəcək.  Onlar  əlamətlər  və  xariqələr  göstərəcəklər  ki,  imkan 
taparlarsa,  seçilmişləri  də  aldatsınlar»  (Mark  13:22).  Şeytan  da 
əlamətlər və möcüzələr göstərə bilər, amma o, bunu ona görə edir 
ki, bizim ibadətimizi Allaha tərəf deyil, özünə tərəf yönəltsin. Qan. 
Tək. 13:5-11 şeytanın fəaliyyətini Allahın adına yazmağın ciddiliyini 
aşkar edir. Belə işlərlə məşğul olan adamlar, hətta qohumlar olsalar 
da, edam edilməli idi. Biz Allahı sevməliyik, Onun Kəlamına itaət 
etməliyik, bütün əlamətləri, möcüzələri və yuxuları sınamalıyıq.
Məbəddə saxtalıqlar 
«Yalançı  peyğəmbərlər»  və  «yalançı  müəllimlər»  terminlərini 
eşidəndə  ağlınıza  nə  gəlir?  Bir  çox  insanlar  şərq  mistikası  ilə 


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə